
Büdcə kəsirində tariflərin təsiri
35 milyardlıq azalma var
35 milyardlıq azalma var
ABŞ prezidenti Avropa Birliyinə etdiyi şərti “Böyük Yeddilik”dən də istədi
İllik əsas inflyasiya isə 3,1% təşkil edib
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
ABŞ-da işsizlik müavinətinə müraciətlər dörd ilin pik həddinə çatdı
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
Əmək Nazirliyində məlumat toplama prosesi ilə bağlı şübhələr yaranıb
ABŞ-dan gizli cihaz xəbərdarlığı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
ABŞ-da istehsalçı inflyasiyası mənfi olub
Çinin xarici işlər naziri Vang Yi Hindistana səfər edərək hindli həmkarı Subramanyam Cayşankarla görüşüb. Bu səfər diqqəti çəkib. Çünki iki ölkə arasındakı münasibətlər 2020-ci ilin yay aylarında sərhəddəki silahlı insidentdən sonra xeyli gərginləşib. İki ölkənin sərhədçilərinin dağlıq ərazidə toqquşması zamanı hər iki tərəfdən itkilər - 20 hindli və 43 çinli hərbçi həlak olub. Çin bundan sonra geri addım atmamış, əksinə sərhədin həmin hissəsinə əlavə qüvvələr toplayıb.
Baxmayaraq ki, sərhəd məsələsi bu günə qədər həllini tapmayıb, Çinin xarici işlər naziri Hindistana səfər etməyə üstünlük verib. Vang Yi Hindistandan əvvəl Pakistanda olub, onun Nepala da səfəri nəzərdə tutulub. Belə anlaşılır ki, Çin xarici işlər nazirinin Hindistana səfəri Cənubi Asiya turnesinin tərkib hissəsidir.
Dehlidə xarici işlər nazirləri sərhəd məsələsini və Ukraynadakı müharibəni müzakirə ediblər. Sərhəd məsələsindən fərqli olaraq Ukraynadakı müharibəyə baxışda Pekinlə Dehlinin mövqeləri üst-üstə düşüb. Pekin və Dehli Ukraynanın ərazi bütövlüyünü dəstəkləsələr də, Rusiyanın başladığı işğalçı müharibəni pisləmirlər. Hindistan və Çin bu məsələ ilə bağlı BMT-də keçirilən səsvermələrdə oxşar mövqedən çıxış ediblər.
Buna baxmayaraq, Hindistan ABŞ-ın, Çin isə Rusiyanın tərəfdaşıdır. Bundan başqa Hindistan ABŞ, Avstraliya və Yaponiya ilə dördlü ittifaqın üzvüdür. Bu ittifaqın başlıca məqsədi Çinin bölgədə hərbi hegemonluğunun qarşısını almaqdır. Bu Pekini ciddi narahat edir. Pekin Vaşinqtonu Çinə qarşı siyasi və hərbi bloklar yaratmaqda ittiham edir. Vang Yi son açıqlamasında ABŞ-ı nəzərdə tutaraq Çinlə Hindistanın arasını vurmaq istəyən güclərin olduğunu bildirib.
Pekinin siyasətində ziddiyyət var. Əgər Çin Hindistanın ona qarşı siyasi və hərbi bloklarda iştirakını istəmirsə gərək sərhədin dağlıq hissəsindən qoşunlarını geri çəksin və bu məsələdə Dehli ilə razılaşsın. Ancaq belə bir razılaşma yoxdur. Pekin sərhəd məsələsində güzəştə getmədiyinə görə Dehli Vaşinqtonla ittifaqdan imtina etməyəcək. Digər tərəfdən Çin Pakistanla müttəfiqdir. Bu səbəbdən də Pekinlə Dehlinin yaxınlaşması çətindir. Çin Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyir. Bu amil də Dehli ilə Pekinin yaxınlaşmasına imkan vermir.
Hindistanla Çinin yaxınlaşması ABŞ-ın maraqlarına cavab vermir. Ona görə də amerikalı rəsmilər və yüksək rütbəli diplomatlar tez-tez Hindistana səfər edərək tərəfdaşlığın inkişafı məsələlərini müzakirə edirlər. Bir neçə gün əvvəl isə Yaponiyanın baş naziri Dehliyə səfər etmiş, ölkəsinin Hindistana 43 milyard dollar yatırım qoymağa hazır olduğunu söyləmişdi. Böyük Britaniya və Avstraliya da Dehli ilə sıx əlaqələr qurmağa müvəffəq olublar. Beləliklə, Rusiya ilə yanaşı Çinə qarşı da böyük güclər birləşib.