Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
10:28 | 23 fevral 2025 | Bazar
Məqaləyə 244 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
ABŞ və Kiyev administrasiyası Rusiyanın birtərəfli qaydada Rusiya-Ukrayna müharibəsində ittiham olunduğu qətnamə layihəsinin hazırkı formada Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına təqdim edilməsi ilə bağlı razılığa gələ bilməyib.
“Wall Street Journal” (WSJ) bəzi avropalı diplomatlara istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin üçüncü ildönümündə Rusiyanı müharibənin yeganə günahkarı kimi göstərmək məsələsində ABŞ administrasiyası Kiyev administrasiyasından fərqli baxışa malikdir.
Diplomatik mənbələr, Avropa Birliyi ölkələrinin Ukraynanın bazar ertəsi, fevralın 24-də BMT-yə təqdim etməyə hazırlaşdığı qətnaməni dəstəklədiyini, ABŞ isə Ukraynadan layihəsində “Müharibənin yeganə məsul tərəfi kimi Rusiya qınanmalıdır” cümləsinə dəyişikliklər etməsini istəyib.
BMT Baş Assambleyasında 193 ölkədən 100-dən çoxunun Ukraynanın qanun layihəsini dəstəkləyəcəyini iddia edən avropalı diplomatlar Rusiyanın Ukraynanın təqdim etdiyinə deyil, ABŞ-ın təqdim etdiyi qətnaməyə səs verəcəyini proqnozlaşdırıblar.
“Ukraynanın qətnamə layihəsinin əleyhinə səs verməyi planlaşdırırıq”, – deyən ABŞ diplomatik mənbələri Avropa paytaxtlarına göndərilən notada “Ukrayna və Rusiya da daxil olmaqla, bütün üzv dövlətlər üçün məqbul olacağına inandığımız qısa və sadə mətn üzərində işləyirik. Sizi Ukraynanın öz qətnaməsini geri çəkməsi üçün bizə qoşulmağa çağırırıq”, – yazılıb.
Həmçinin bildirilirdi ki, ABŞ “müharibənin kim tərəfindən başladığına istinad etməyən və Kremldən konkret tələb irəli sürməyən” qətnaməsi müharibənin üçüncü ildönümünün qeyd olunacağı fevralın 24-də BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarıla bilər.
Diplomatlar həm ABŞ, həm də Ukrayna qətnamələrinin də BMT Baş Assambleyasında səsverməyə çıxarıla biləcəyi ehtimalını qeyd ediblər.
ABŞ prezidenti Donald Tramp Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün Rusiya ilə sülh danışıqlarına başlayıb və Ukrayna prezidenti Vladimir Zelenskini və AB administrasiyasını tənqid edib.