Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
21:51 | 25 fevral 2025 | Çərşənbə axşamı
Məqaləyə 413 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
25.02.25 - ABŞ müharibələr zamanı SSRİ-yə daha çox yardım edib ya Ukraynaya?...
ABŞ Lend-Liz proqramı çərçivəsində 1941-1945-ci illərdə Sovet İttifaqına təxminən 11,3 milyard dollar dəyərində hərbi və iqtisadi yardım göstərib (o dövrün qiymətləri ilə).
O zamanın alıcılıq qabiliyyətindən çıxış edilsə həmin məbləğ hazırda 180 milyard dollara yaxın vəsait edərdi (Trampın açıqladığı rəqəmə görə, 2022-2024-cü illərdə ABŞ-nin Ukraynaya yardımı 350 milyard təşkil edib).
Lend-Liz proqramı çərçivəsində Sovet İttifaqına Amerikanın göndərdiyi ən vacib və ən çox tədarük edilən mallar bunlar idi:
1. Nəqliyyat və texnika:
• 430 min avtomobil, o cümlədən “Studebaker” yük maşınları, “Willys” və “Ford JEEP” modelləri
• 35 min motosiklet
• 1.900 lokomotiv və 11.000 vaqon
2. Hərbi avadanlıq:
• 14.000 təyyarə, əsasən “P-39 Airacobra”, “P-40 Warhawk”, “A-20 Boston” və “B-25 Mitchel”l
• 7.000 tank, xüsusilə “M3 Lee” və “M4 Sherman”
• 8.000 zenit və tank əleyhinə silah
3. Sənaye avadanlıqları və xammal:
• Metallar: 230 min ton alüminium (təyyarə istehsalı üçün həyati vacib idi)
• Təkərlər, rezin və ehtiyat hissələri
• Radiorabitə avadanlıqları və lokatorlar
4. Yanacaq və kimyəvi məhsullar:
• 2,7 milyon ton neft məhsulları (benzin, təyyarə yanacağı, yağlar və s.)
• 1 milyon ton kimyəvi maddələr (partlayıcılar və sənaye üçün)
5. Qida Məhsulları:
• 4,5 milyon ton ərzaq, o cümlədən konservləşdirilmiş ət (Spam), quru süd, buğda, şəkər və s.
Müharibədən sonra ABŞ əsasən geri qaytarılmayan texnika və mülki məqsədlər üçün istifadə edilən avadanlıqların qismən ödənilməsini tələb etdi. Amma Stalin göstərilən məbləğlə razılaşmadı və onu ödəməkdən imtina etdi. Səbəbi isə bu oldu ki, Kreml “bunun nəticəsində dünyanın faşizm təhlükəsindən qurtulması üçün birgə işə verilən töhfə” kimi qiymətləndirdi. Sonrakı illərdə məsələ açıq qaldı və yalnız 1972-ci ildə SSRİ ABŞ-la münasibətlərin qismən yaxşılaşması fonunda 722 milyon dollar məbləğində borcu hissə-hissə ödəməyi qəbul etdi.
Lakin Lend-Liz borcu üzrə ödənişlər fasilələrlə həyata keçirildi və borc yalnız 2006-cı ildə tam ödənildi – həmin il sonuncu ödəniş 40 milyon dollardan çox olmuşdu.
Beləliklə, Lend-Liz çərçivəsində göstərilən ümumi yardımın yalnız kiçik bir hissəsi SSRİ/Rusiya tərəfindən geri qaytarıldı.