ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
17:50 | 10 aprel 2014 | Cümə axşamı
Məqaləyə 1235 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Aprelin 9-da Avropa Parlamentində «Avropa Azadlıq və Demokratiya üçün» fraksiyası tərəfindən «Aİ-Rusiya: Avropada böhrandan yayınmaq və sülhü bərqərar etmək» mövzusunda görüş keçirilib. Görüşdə Rusiyanı yüksək rəsmilər - Rusiyanın Aİ yanında daimi nümayəndəliyinin səfiri Vladimir Çijov, siyasi analitik, vətəndaş cəmiyyəti və insan haqları üzrə Rusiya prezidentinin Şurasının üzvü Sergey Markov, eləcə də Aİ-Rusiya Parlamentlərarası əməkdaşlıq Komissiyasının vitse-həmsədri Vasiliy Lixaçov təmsil ediblər.
Açılış nitqini söyləyən Xarici əlaqələr Komitəsinin vitse-sədri və «Avropa Azadlıq və Demokratiya üçün» fraksiyasının deputatı Fiorello Provera bu görüşün Aİ-Russiya arasında yaşanan gərginliklə bağlı səmimi, açıq fikir mübadiləsi aparmaq və bu gərginliyi azaltmaq üçün təşkil olunduğunu vurğuladıqdan sonra sözü səfir Çijova verib.
Səfir Çijov Ukraynadakı mövcud böhranın baş tutmasında günahın indiyədək bu ölkəyə rəhbərlik etmiş və ukraynalılara layiq olmayan hakimiyyətdə, eləcə də Aİ-nin siyasətində - «Şərq tərəfdaşlığı» planında olduğunu söyləyib. Cənab Çijov həmçinin Aİ-ni və ABŞ-ı ikili standartlarda günahlandırıb. Onun sözlərinə görə, Kiyevdəki Maydan hərəkatı və hal-hazırda Şərqi Ukraynada - Donetskdə baş verənlər eynitipli hadisələr olsalar da, Qərb 1-cini vətəndaşların azadlıq, insan haqları uğrunda mübarizəsi, 2-cini isə Rusiya təxribatının məhsulu adlandırıb.
Cənab səfir Ukraynadakı böhrandan çıxış yolunu vahid bir liderin olmadığına görə ölkənin federallaşmasında gördüyünü vurğulayıb. Cənab Çijov həmçinin Aİ-ABŞ-Rusiya-Ukrayna formatında danışıqların olmasının vacibliyini qeyd edib, lakin əsas sualın bu danışıqlarda «Ukraynanı kim təmsil edəcək» olduğunu bildirib.
Cənab Lixaçov öz çıxışına ABŞ-ın «idarə edilən xaos» layihəsi olan Avro-Maydanın artıq çat verdiyini vurğulayaraq başlayıb. Bununla yanaşı, o, Avropa institutlarının sanksiyaları dayandırmalarının vacibliyini söyləyərək bunun əks reaksiya verəcəyini deyib. Cənab Lixaçov bu sanksiyaların həm də Aİ vətəndaşlarının iş yerlərini itirməsinə gətirəcəyini qeyd edib. Sonda o, Aİ və Rusiyanın həmişə strateji tərəfdaş və bir-birilərinə lazım olduqlarını söyləyib.
Professor Markov öz növbəsində tərəflər arasında dialoqların azlığından şikayətlənərək vəziyyətdən çıxış yolunu dialoqların daha intensiv şəkildə keçirilməsində gördüyünü qeyd edib. O, eyni zamanda Aİ-ni xarici siyasətlərinin olmamasında günahlandıraraq, İttifaqın bu məsələdə ABŞ-ın mövqeyindən asılı olmamalarını arzulayıb. Professor Ukraynadakı böhranı Kubadakına bənzədib, lakin indiki vəziyyətdə Obamanın Xruşşov, Putinin Kennedi kimi davrandığını qeyd edib.
Görüşdə çıxış edən İsrail parlamentinin keçmiş deputatı Maykl Kleyner Ukraynadakı vəziyyətdən danışarkən orada baş verən antisemit çıxışları, neo-nasistlərin sinaqoqlara basqınlarını pisləyib. O, iştirakçıları neo-nasist partiyalarına qarşı dözümlü olmamağa və onlarla hər hansı bir əməkdaşlıqdan çəkinməyə çağırıb. Cənab Kleyner həmçinin Kosovo və Krımı müqayisə edərək, Qərbi oxşar situasiyalarda fərqli münasibət göstərməsində və ikili siyasətdə günahlandırıb.
Müzakirələr zamanı söz alan parlamentarilər mövcud gərginliyin azaldılması üçün dialoqların vacibliyini vurğulayıblar.