Tramp Si görüşündə qalmaqallı olaylar
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
17:19 | 1 mart 2025 | Şənbə
Məqaləyə 423 dəfə baxılıb
Şriftin ölçüsü
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
Vergi güzəştləri üçün əlavə mənbə var
ABŞ və Böyük Britaniyanın qara siyahısına düşənlər arasında Çin şirkətləri də var
Britaniyanın “The Guardian” qəzeti yazır ki, ABŞ artıq Rusiyanı öz kibertəhlükəsizliyinə təhdid kimi görmür.
ABŞ prezidenti Donald Tramp bu yaxınlarda Ukrayna müharibəsi ilə bağlı Amerikanın xarici siyasətinin istiqamətini dəyişib və Kremlə daha yaxın bir xətt izləyir. Ekspertlər deyirlər ki, bu siyasət dəyişikliyinə əsasən ABŞ Rusiyaya qarşı kibertəhlükəsizlik mühafizəsini aşağı sala bilər.
Xəbərdə kibertəhlükəsizlik siyasətində dəyişikliklərin iki nümunəsi təqdim olunur. Bunlardan birincisi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında (UNSC) keçən həftə ABŞ Dövlət katibinin beynəlxalq kibertəhlükəsizlik üzrə köməkçisinin müavini Liesyl Franzın verdiyi açıqlamalarla bağlıdır.
Frans BMT Təhlükəsizlik Şurasının kibertəhlükəsizlik sessiyasında Çin və İranı ABŞ üçün təhlükə yaradan ölkələr adlandırıb, lakin Rusiyanın adını çəkməyib. O, Rusiyada yerləşən “Lockbit” haker qrupunun da adını çəkməyib. ABŞ Maliyyə Nazirliyi ötən ilin fevralında “Lockbit” ilə əlaqəsi olan iki şəxsi sanksiya siyahısına daxil edib.
Franzın Rusiyanı xatırlamamasını tənqid edərək, Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Ceyms Lyuis, “Kibertəhlükələrdən danışıb Rusiyanın adını çəkməmək ağlasığmaz olardı. Bunun Rusiya ilə Federal Təhlükəsizlik Xidmətini (FTX) dostumuza çevirəcəyini düşünmək də sadəlövhlükdür. Onlar ABŞ-a nifrət edirlər və hələ də soyuq müharibəni uduzmaqdan qəzəblənirlər. Əksini etmək bunu dəyişməyəcək”, – deyib.
İkinci misal kimi, xəbər ABŞ Daxili Təhlükəsizlik Departamentinə bağlı olan Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyində (CISA) dəyişikliklərə işarə edir. “The Guardian”a adının açıqlanmasını istəməyən bir məmur deyir ki, CISA əməkdaşlarına Rusiyadan gələn kiberhücumlar barədə məlumat verməmək tapşırılıb.
Rəsmi həmçinin bildirib ki, yerli infrastruktur təhlükəsizliyi Rusiyadan çox Çindən gələ biləcək hücumlara qarşı üstünlük təşkil etməlidir: “Rusiya və Çin bizim ən böyük düşmənimizdir. Müxtəlif qurumlarda edilən ixtisarlarla bir çox kibertəhlükəsizlik işçisi işdən çıxarıldı. Sistemlərimiz müdafiəsiz qalacaq və düşmənlərimiz bunu bilir. İnsanlar Rusiyanın qalib gəldiyini deyirlər. Putin indi içimizə sızıb”.
“The New York Times” da fevralın 20-də yazıb ki, Tramp administrasiyası kiberhücumlara və səs oğurluğuna qarşı təhlükəsizliyin təmin edilməsinə cavabdeh olan CISA işçilərini işdən çıxarıb.