Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
15:19 | 12 mart 2025 | Çərşənbə
Məqaləyə 365 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Ukrayna rəhbərliyinin nümayəndələri ilə ABŞ prezidenti Donald Trampın komandası arasında Səudiyyə Ərəbistanında baş tutan dünənki danışıqlardan sonra həm danışıqlarda iştirak edən tərəflərin, həm Rusiyanın, həm də Avropanın nümayəndələrinin bu “sövdələşməyə” (Trampın sevdiyi “deal” ifadəsi burada yerinə düşür) ən müxtəlif münasibətləri özünü göstərir. Onlardan bəzilərinə baxmaqla, vəziyyətin nə yerdə olduğunu aydınlaşdırmaq olar.
Ən sevincli baxışlar ABŞ nümayəndələrinə aiddir. “Tramp danışıqlar aparmaq bacarığını göstərdi” – deyə, Ağ Evin mətbuat katibi Karolin Livitt Ukrayna ilə dünənki razılaşmaları şərh edib: “Tramp Zelenskini öz yerinə oturtdu”.
Ukraynada da bu danışıqlarda razı qalanlar az deyil: “Ən əsası, heç kim bizi ərazilərimizdən imtina etməyə məcbur etməyəcək. Amerika və Tramp administrasiyası bizim tərəfimizdədir”, – bu sözləri Ukraynalı deputat Aleksey Qonçarenko deyib: “Allah nəsib eləsin ki, ABŞ ilə bugünkü kimi əlaqə gələcəkdə də hökumətimiz tərəfindən davam etdirilsin”, – deyə o, bu danışıqları şərh edib.
Rusiya tərəfində isə bu danışıqların nəticələrinə baxışlar xeyli fərqlidir: “Rusiya 30 günlük atəşkəsə razı olmayacaq. Çünki bu, yalnız Ukraynaya yenidən qruplaşmaq və yenidən silahlanmağa imkan verəcək”, – Dövlət Dumasının deputatı Viktor Sobolev deyib. O, hesab edir ki, müvəqqəti atəşkəs qəbuledilməzdir və yalnız Ukraynanın əlini gücləndirir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bu danışıqların nəticəsinə şübhə ilə yanaşır: “Avropa və Britaniya Ukrayna ətrafında münaqişənin davam etməsini istəyir, ABŞ-ı Rusiyaya qarşı aqressiv hərəkətlərə sövq etmək üçün “nəsə hazırlayırlar”.
Lavrovun bu şübhələrinin müəyyən əsası da var. Çünki demək olar ki, bütün Avropalı siyasətçilər bu görüşün nəticələrini müsbət qiymətləndirirlər. Belə bir vəziyyətdə Rusiyanın hansı addımı atacağı sual altındadır. Çünki bu vaxta qədər Rusiya tərəfi prezident səviyyəsində maksimalist təkliflərlə çıxış edib. Onlardan ən vacibi isə ötən il Putinin dilindən səsləndirilən Ukraynanını işğal altında olan vilayətlərin inzibati sərhədlərinə qədər geri çəkilməsi tələbi idi. Bu gün isə Rusiyanın Kursk vilayətinin bir hissəsi də Ukraynanın nəzarətində olduğu təqdirdə cəbhə xəttində atəşkəsin elan edilməsi Putinin öz “sözünü yeməsi” hesab edilə bilər və yəqin ki, məhz elə bu səbəbdən də Rusiya bu şərtlərlə razılaşmayacaq.
Maraqlıdır, Rusiya tərəfinin hərbi əməliyyatlara son qoymaq üçün təqdim etdiyi təşəbbüslərdən imtina edəcəyi təqdirdə, ABŞ prezidenti yeni sanksiyalar tətbiq etmək istəyəcəkmi? Ukrayna prezidentini “yerinə oturdan” Donald Tramp Rusiya prezidentini də “yerinə oturda” biləcəkmi?..