Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
21:10 | 8 aprel 2025 | Çərşənbə axşamı
Məqaləyə 220 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Dünən Ağ Evdə Netanyahunu qəbul edən Tramp, Suriyada İsrail ilə Türkiyə arasında toqquşma istəmədiyini və tərəflər arasında vasitəçiliyə hazır olduğunu bəyan etdi. Tramp həmçinin, şənbə günü Omanda İran ilə birbaşa danışıqlara başlayacağını da bildirdi. Bu iki məqam, təcridçi strategiya mənimsəyən ABŞ rəhbərliyinin Yaxın Şərqdə yeni bir böyük müharibədən yayınmağa çalışdığını göstərir.
Trampın Netanyahu qarşısında Ərdoğanı tərifləməsi və Türkiyəni dəstəkləməsi təəccüb doğurmaya bilməz. Aydındır ki, ABŞ NATO üzvü Türkiyənin Suriya hakimiyyətini öz təsirinə almasında maraqlıdır. Digər tərəfdən, yəqin ki, İsrailin Türkiyəni Suriyada sıxışdırmaq üçün Rusiyanı oyunda saxlamağa çalışması və rus bazalarının Suriyadakı mövcudluğunu davam etdirməsi məqsədilə lobbiçilik aparması Vaşinqtonda xoş qarşılanmayıb. Trampın mesajı da budur ki, İsrail Suriyada digər aktorlarla əməkdaşlıq qurmaq yerinə, Türkiyə ilə ikitərəfli formatda ortaq məxrəc tapmalıdır.
Artıq İsrail və Türkiyə arasında Suriyada hərbi toqquşmamaya yol verməmək üçün “qaynar xətt” yaradılması məqsədilə danışıqlar başladığına dair xəbərlər də var. Bənzər qaynar xətt son 10 ildə İsrail və Rusiya arasında da qurulmuşdu. Həmin razılaşmaya əsasən, Suriyadakı rus hərbi bazaları və radarları İsrailə qarşı istifadə olunmurdu, əvəzində İsrail qırıcıları İran dəstəkli hədəflərə hücum edərkən Rusiyanı əvvəlcədən məlumatlandırırdı. Trampın istəyi ilə bənzər model Türkiyə və İsrail arasında da yaradıla bilər: Türkiyə Suriyadakı fəaliyyətlərini davam etdirəcək, İsrail isə Türkiyə obyektlərindən yan keçməklə, Suriyada təhdid gördüyü bütün hərbi hədəfləri vura biləcək.
Məncə, Trampdan sonra, uzunmüddətli perspektivdə Suriyada İsrail-Türkiyə toqquşması qaçılmaz görünür. Lakin İran məsələsi yekunlaşmadan, İsrail ilə Türkiyənin birbaşa və ya dolaylı münaqişəyə başlayacağına ehtimal vermirəm.