Atəşkəs nefti ucuzlaşdırdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
08:48 | 15 aprel 2025 | Çərşənbə axşamı
Məqaləyə 176 dəfə baxılıb
Şriftin ölçüsü
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Kubanın turizm sektoru çökmə həddində
ABŞ Maliyyə naziri Skott Bessent Çinə tətbiq edilən tariflərin böyük olduğunu söyləyərək, “Heç kim bunların davamlı olduğunu düşünmür və qalmalarını istəmir”, – deyib.
Bessent “Bloomberg”ə müsahibəsində ABŞ-ın bir çox əsas ticarət tərəfdaşları ilə danışıqlarda sürətlə irəlilədiyini vurğulayıb.
Bazir ABŞ müttəfiqlərinə danışıqlarda sürətli olmaları lazım olduğuna işarə edərək, ilk hərəkət edənin adətən ən yaxşı sövdələşməni əldə edə biləcəyini qeyd edib.
Bessent bildirib ki, əlavə tariflərin dayandırıldığı 90 günlük müddət ərzində bir çox ölkələrlə prinsipial razılaşmalar əldə oluna bilər.
Çinə gömrük rüsumlarının tətbiq edildiyini xatırladan Bessent, ölkələrin bazarlarını dolduran Çin mallarına qarşı müəyyən qorunma istəyə biləcəyini ifadə etdi.
Çinlə danışıqların hər hansı səviyyədə olub-olmaması ilə bağlı suala cavab olaraq Bessent, bunun yuxarıdan gəlməli olduğunu və ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin arasında yaxşı münasibətlərin olduğunu bildirib.
ABŞ-ın Çinə tətbiq etdiyi tariflərlə bağlı Bessent, “Çinə tətbiq edilən tariflər çox böyükdür, heç kim onların davamlı olduğunu düşünmür və heç kim onların qalmasını istəmir. Amma bu tariflər zarafatdan uzaqdır”, – deyib.
Bessent qeyd edib ki, Vaşinqtonla Pekin arasında ayrılıq olmamalıdır, lakin bu baş verə bilər.
***
ABŞ aktivlərinin tərk edildiyini düşünmədiyini deyən Bessent, istiqraz hərraclarında xarici rəqabətin artdığını gördüklərini söyləyib.
Bessent bildirib ki, dollar hələ də qlobal ehtiyat valyutadır və güclü dollar siyasəti var.
ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauell ilə hər həftə görüşdüyünü deyən Bessent, “pəncərəni sındırmaq” vəziyyətindən uzaq olduqlarını ifadə etdi.
2026-cı ilin mayında səlahiyyət müddəti başa çatacaq Paueli kimin əvəzləyəcəyi ilə bağlı suala Bessent payızda potensial prezidentliyə namizədlərlə görüşə başlayacaqlarını bildirib.
“Biz istiqraz bazarında hərəkətə keçməkdən çox uzaqdayıq. İstifadə edə biləcəyimiz xeyli açar dəstimiz var. İstəsək geri alışları artıra bilərik”, – deyib.
Bessent tariflərlə bağlı ciddi proses həyata keçirəcəklərini və bazarın bu baxımdan böyük rahatlıq əldə edə biləcəyini qeyd edib.