Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
09:33 | 16 aprel 2025 | Çərşənbə
Məqaləyə 167 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Ağ Evin sözçüsü Karolin Livitt mətbuat brifinqində ABŞ və Çin arasındakı tarif gərginliyi ilə bağlı yeni açıqlamalar verib. Livitt, “Top indi Çinin meydanındadır. Çin bizimlə müqavilə bağlamalıdır, biz onlarla razılaşmaq məcburiyyətində deyilik”, – deyib.
Çinin daha böyük olmasından başqa digər ölkələrdən heç bir fərqi olmadığını müdafiə edən Livitt, “Çin bizdə olanı, Amerika istehlakçısını istəyir. Başqa sözlə, onların bizim pulumuza ehtiyacı var. Prezident Tramp Çinlə razılaşmaya açıq olduğunu söylədi, lakin Çinin ABŞ ilə anlaşması lazımdır”, – deyib.
ABŞ-dan qisas almayan bir çox ölkə ilə gömrük və ticarət razılaşmaları ilə bağlı danışıqların davam etdiyini bildirən sözçü, “Bəzi ölkələrlə gömrük tarifi razılaşmalarımızı tezliklə açıqlayacağıq”, – deyib.
Administrasiyanın bəzi avtomobil hissələrinin ixracına vergi güzəştləri təklif edə biləcəyinə dair xəbərlər barədə suala cavab verən Livitt, Trampın bu gömrük danışıqlarında çevik olduğunu və ədalətli olduğu müddətcə istənilən ölkə ilə müqavilə bağlaya biləcəklərini söyləyib.
Çin ABŞ-ın tarif artımlarına reaksiya verən ilk ölkə olub və eyni şəkildə cavab verib. İki ölkə arasında tariflərin hesablaşması nəticəsində ABŞ Çinə tətbiq etdiyi tarifləri 145 faizə, Çin isə ABŞ-a tarifini 125 faizə qaldırıb.
Vaşinqton administrasiyası digər ölkələrə tətbiq edilən qarşılıqlı tarifləri 90 gün təxirə salarkən, Çinə tətbiq edilən tariflər qüvvəyə minib.
Tramp daha sonra smartfonlar, noutbuklar, sərt disklər, kompüter prosessorları və çiplər kimi bəzi texnologiya məhsullarının əlavə vergilərdən azad ediləcəyini açıqlayıb.