Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
10:42 | 5 may 2025 | Bazar ertəsi
Məqaləyə 194 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Bu həftə bütün gözlər qlobal bazarlarda FED-in faiz qərarındadır. Bazarlar FED-in gözlə-gör siyasətini davam etdirəcəyini gözləyir.
Ötən həftə “Wall Street” fond indeksləri ABŞ-Çin diplomatiyasının yeni əlamətləri və güclü iş məlumatları ilə dəstəkləndi, “S&P 500” və “Nasdaq 100” hər ikisi 1 faizdən çox bahalaşaraq, ardıcıl ikinci həftə irəlilədilər.
“Bloomberg Dollar İndeksi” ötən cümə günü 0,44 faiz, həftəlik isə 0,13 faiz ucuzlaşıb. ABŞ xəzinədarlığının gəlirləri azalıb və pul siyasətinə həssas olan iki illik notların gəlirliliyi FED-in gözləmə siyasətini davam etdirəcəyi gözləntiləri ilə 13 bənd – 3,83 faizə yüksəldi.
Yeni həftənin ilk əməliyyatlarında, Bakı vaxtilə 08:23-ə olan məlumata görə, ABŞ fyuçers indeksləri aşağı düşür.
Çin, Honq-Konq, Yaponiya və Böyük Britaniyada maliyyə bazarları bu gün bayram günləri üçün bağlanıb. Açıq olan Asiya indeksləri “MSCI Asia Pacific” indeksinə 0,5 faiz bahalaşma ilə artıma liderlik edib. Dolların zəifləməsinin davam etməsi və ABŞ-la ticarət razılaşmalarına olan ümidlər yüksəlişdə təsirli olub.
Dollar yeni həftənin ilk ticarət günündə itkilərini davam etdirsə də, regional valyutaların göstəriciləri yüksəlib.
Tayvan dolları son üç onillikdə ən böyük gündəlik qazancı ilə 5 faiz dəyər qazanıb, Malayziya ringgiti isə 1 faiz artaraq oktyabr ayından bəri ən yüksək səviyyəsinə yüksəldi.
OPEC+ yeni əsas hasilat artımı barədə qərar qəbul etdikdən sonra neft qiymətləri düşüb. Bu səhər “Brent” markalı neftin bir barreli təxminən 4 faiz ucuzlaşaraq 59 dollara düşdüyü halda, “WTI” markalı xam neftin bir barreli də 4 faiz ucuzlaşaraq 56 dollardan aşağı düşüb.
Keçən həftə təhlükəsiz limanlara tələbin azalması ilə dəyərini itirən qızıl bu səhər 0,4 faiz bahalaşıb.