vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 6 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
AMERİKA  
ABŞ-da qiymət günündə hazırlaşıq 07:57 | 6 may 2025 | Çərşənbə axşamı Məqaləyə 22 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-da qiymət günündə hazırlaşıq

Bəşəriyyətin yoxolma ehtimalına qarşı okeanların dibində şəhərlə və bazalara 21 trilyon xərclənib

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident Corc Buş dövründə Mənzil və şəhərsalma üzrə keçmiş müşavir Ketrin Fitts iddia edib ki, ABŞ hökuməti bəşəriyyətin məhvolma ehtimalına qarşı zənginlər üçün gizli yeraltı şəhərlər tikir.

Fitts keçmiş “Fox News” aparıcısı Taker Karlsonun “YouTube” kanalında danışıb. 1989-1990-cı illərdə dövlət katibinin müavini vəzifəsində çalışmış 74 yaşlı Fitts, Miçiqan Dövlət Universitetinin iqtisadçısı Mark Skidmorun 2017-ci il hesabatına istinad edərək, 1998-ci ildən 2020-ə qədər “Müdafiə, Mənzil və Şəhərsalma Departamentlərində gizli layihələrə 21 trilyon dollar” xərclədiyini aşkar edib.

***

Fitts, bu pulun ictimaiyyətdən gizli saxlanılan yeraltı şəhərləri və nəqliyyat sistemlərini maliyyələşdirmək üçün istifadə edildiyini iddia edərək, "Biz fövqəladə sayda yeraltı bazalar və nəqliyyat sistemi inşa etdik”, – deyib.

***

Fitts hesabatda yer alan 21 trilyon dolların hara getdiyini iki il ərzində araşdırdığını və təkcə ABŞ-da 170 gizli obyektin olduğunu göstərən dəlillər tapdığını və sözügedən gizli şəhərlərin, bazaların bəzilərinin ABŞ ətrafında okeanlar altında tikildiyini iddia etdi.

***

Karlsonun yeraltı tikililərin məqsədi ilə bağlı sualına Fitts onların bəşəriyyətin yoxolma təhlükəsi ilə üzləşəcəyi vəziyyətlərdə istifadə edilmək üçün tikildiyinə inandığını söylədi.

Fitts həmçinin bu bazaların hökumətin gizli kosmik proqramı kimi layihələr üçün istifadə oluna biləcəyinə inandığını bildirib.