Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
15:55 | 5 may 2025 | Bazar ertəsi
Məqaləyə 180 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Tramp dünyanın ən məşhur həbsxanası kimi tanınan Alkatrazın yenidən açılmasına göstəriş verib. ABŞ prezidenti Donald Tramp Federal Həbsxanalar Bürosuna həbsxananı təmir etmək, genişləndirmək və açmaq barədə göstəriş verib.
“Truth social” media hesabından açıqlama verən Tramp “Alkatrazı yenidən qurun və açın” deyib.
ABŞ-ın ölkəyə töhfə verməyəcək insanlarla uzun müddətdir mübarizə apardığını qeyd edən Tramp, “Keçmişdə daha ciddi bir millət olanda ən təhlükəli cinayətkarları həbs etməkdən və zərər verə biləcəklərindən uzaqlaşdırmaqdan çəkinmirdik. Bu, ən doğru şeydir” dedi.
***
Tramp bu cinayətkarlara dözməyəcəklərini bildirib. “Buna görə də mən bu gün Ədliyyə Departamenti, FTB və Daxili Təhlükəsizlik ilə birlikdə Həbsxanalar Bürosunu, Amerikanın ən amansız və zorakı cinayətkarlarını yerləşdirmək üçün çox genişləndirilmiş və yenidən qurulmuş bir obyekt olan Alkatrazı yenidən açmağa çağırıram. Biz daha ölkəmizə qanunsuz yolla soxulmuş cinayətkarları, quldurları ölkəmizdən qovmağa icazə verməyən hakim və prokurorların girovu olmayacağıq. Onlar bizdən qorxurlar. Alkatrazın yenidən açılması qanunun, nizamın və ədalətin simvolu kimi xidmət edəcəkdir.
Muzeyə çevrilən Alkatraz həbsxanası Kaliforniyanın San-Fransisko şəhərində yerləşir.
***
Tramp sosial media hesabından verdiyi açıqlamalarda kino sənayesini hədəfə alıb.
Tarif müharibəsində daha bir addım atan Tramp xarici filmlərə 100 faiz vergi vəd edib. “Amerikada kino sənayesi çox sürətlə ölür. Başqa ölkələr kinorejissorlarımızı və studiyalarımızı Birləşmiş Ştatlardan uzaqlaşdırmaq üçün hər cür təşviqi təklif edir. Hollivud və ABŞ-ın bir çox başqa hissələri məhv edilir. Bu, digər xalqların birgə səyidir və bu Milli Təhlükəsizlik təhdididir”, – Tramp deyib
Filmlərdəki təbliğata da diqqət çəkən ABŞ prezidenti Tramp, “Ona görə də Ticarət Nazirliyinə və ABŞ Ticarət Nümayəndəliyinə ölkəmizə gələn və xarici ölkədə istehsal olunan bütün filmlərə 100 faiz tarif tətbiqi prosesinə dərhal başlamaq üçün səlahiyyət verirəm. Filmlərin yenidən Amerikada çəkilməsini istəyirik”, – deyib.