
Bu səs yüksələcək!
Millətin Azadlıq səsini heç bir siyasi oyun, heç bir inkar siyasəti boğa bilməz
Millətin Azadlıq səsini heç bir siyasi oyun, heç bir inkar siyasəti boğa bilməz
Fars şovinistləri qiyafətini dəyişər, xasiyyətini yox
Rejimin rəng korluğu psixoloji impotensiyadan qaynaqlanır
Qarasu çayı kimyəvi maddələrlə çirkləndirlir, əhalinin həyatına təhlükə
Çempion doğma meydana daxil olarkən təpədən-dırnağa Türklük ab-havası yarandı
Ərdəbildə cümə axşamı iş olmayacaq, iş saatları 6:00-13:00 aralığına çəkildi
Türk komandasının qələbəsi fars mərkəzli təşkilatları çox narahat edib
Ərdəbilli yeniyetmə dünyanın ən güclüsü seçildi
Bu millətin, ikiyə bölünmüş VƏTƏNin QƏLƏBƏsidir
Təbrizlilər çempionatın bitməsinə 2 tur qalmış birinciliyini rəsmiləşdirdi
Proqramlaşdırma kitabı Azərbaycan türkcəsinə tərcümə edilib
Fars-molla rejiminin Pezeşkianın Bakıya gəlişi ərəfəsində anti-Azərbaycan tədbiri
Ana dilində təhsil haqqına fars-molla rejiminin əlaltılarının yanaşması
Bir beytlik şeir deyil, milyonlarla türkün boğulan səsi və pozulan haqları söylənməlidir
Quzeyin Güneyə dair hansı konsepsiyası var?
Səfər öncəsi verilən açıqlama Bakıda cavab manevrini genişləndirməyə hesablanıb
“The Guardian” qəzeti ““Traktor” FK klubunun uğuru İranda ən böyük etnik olan Azərbaycan türklərinə ümid, birlik və səs gətirir” başlıqlı yazı dərc edib. Vaxt.az Con Duerdenin (John Duerden) qələmə aldığı həmin məqalənin tərcüməsini təqdim edir.
“The Guardian” qəzeti yazır: ““Traktor” FK futbol klubu İranın ən böyük etnik azlığı olan Azərbaycan türkləri üçün qürur və özünü ifadə vasitəsinə çevrilib. Klubun 55 il davam edən yolçuluğu nəticəsində ilk İran çempionluğu qazanılıb. “Traktor”un əsası dövlət tərəfindən Təbrizdə qoyulub və zamanla həm idman uğurları ilə, həm də mədəni və siyasi mənada önəmli bir gücə çevrilib. Klubun tərəfdarları Azərbaycan türklərinin hüquqlarını müdafiə etmək, öz dil və mədəniyyətlərini qorumaq, həmçinin İran hökumətinə müxtəlif mövzularda mesaj vermək üçün dəstəklərini bildirirlər.
Bu mövsümdə “Traktor” rekord səviyyədə azarkeş toplayıb və İran futbolunun ən güclü klublarından biri olduğunu sübut edib. Klubun uğurları onun sosial və siyasi təsirini artırmağa davam edir.
Özünə məxsus dili, uyqarlığı (mədəniyyəti), izgəsi (tarixi) olan bir millət həmişə (1979 inqilabından qabaq da sonra da) İran hökuməti tərəfindən ayrı-seçkiliyə məruz qoyulmuş, bütün siyasi, mədəni, iqtisadi məqamlarda qırağa qoyulmuş görür. “Traktor” klubunun tərəfdarlarının baxışında İran hökuməti yalnız fars mehvərli aşırı irqçi siyasəti yürüdür. “Traktor” tərəfdarı olmaq onlar üçün Türk milli kimliyini və milli qürurunu görsətməkdir. Bu tərəfdarlar milli-tarixi qəhrəmanlarının ad çəkməklə İranda fars mehvərli siyasətə qarşı özlərinin Türk milli kimliyini dünyaya sərgiləmək istəyir. (Örnək üçün “Biz ölməyə hazırıq / Babəkin əsrbazıyıq” şüarı Türk milli kimliyini canlandıran şüarlardan biridir.) Ondan başqa zəlzələ vaxtı İran hakimiyyətindəki soyuq davranış vaxtı da “Traktor” tərəfdarları hakimiyyətin ayrı-seçkili siyasətinə etirazlarını dəfələrlə bildirmişdi.
Onların “Təbriz, Bakı, Ankara / Biz hara farslar hara?”, Fars körfəzi yerinə “Ərəb körfəzi” şüarları Tehranda və başqa (fars) şəhərlərində farslara od qoyub. Amerika prezidenti Donald Trampın hökuməti də deyib indi ki farslara od qoyur biz niyə Ərəb körfəzi deməyi sınamırıq? (Panfarsizmin böyük carçısı olan “BBC Farsi” radiosunun rəisi, Huşəng Əmir Əhmədi buna görə deyib: Trapma dərs verən İrandakı Pantürkistlərdir. Bir gün desə ki Tramp da Pantürkistdir, heç çaşmayın. Çünki o gün də yaxındır.)
***
İran hökuməti böyük izdihamlara ehtiyatla yanaşır, hətta bunlar milli komandaya dəstək üçün toplansa belə. Buna görə də “Traktor” FK-nin geniş azarkeş kütləsi diqqət çəkir. Bu mövsümdə stadionlarda orta hesabla 42,000 tamaşaçı olub, və xüsusilə Tehran səfərlərində, “Persepolis” və “Esteghlal” kimi böyük klublara qarşı oyunlarda minlərlə azarkeş Azadi Stadionuna toplaşıb.
Persepolis ənənəvi olaraq paytaxtın fəhlə sinfinin klubu kimi tanınır, “Esteghlal” isə hakimiyyətin komandasıdır. Lakin “Traktor” üçün hər iki klub rejimin bir hissəsi hesab edilir. 2018-ci ildə keçirilən bir oyunda 15,000 səfər azarkeşi “Esteghlal” tərəfdarları ilə etnik söz mübadiləsinə girib, lakin təhlükəsizlik qüvvələri onların rejim əleyhinə şüarlar səsləndirməsi zamanı müdaxilə edib.
İndi “Traktor”, “Persepolis” və “Esteghlal” klub azarkeşlərini hiddətləndirmək üçün futbol mövzusunda şüarlar səsləndirir. 2 May tarixində Şəms Azar üzərindəki 4-0 qələbə ilə çempionluğu iki tur əvvəl təmin etdi və Təbrizdə, eləcə də bölgənin digər şəhərlərində böyük bayram tədbirləri keçirdildi.
“Traktor”un zəfərini qutlamaq şənliyinidə dövlət əlində olan “Səhənd TV” kanalı şənliyin başlanışındakı Azərbaycan rəqsini yayımdan kəsdi. Oyunlarda dövlətin ifratı zurnaçıları olan məddahlardan birini gətirdi. Amma Türk milləti ona su şüşələri atıb hoylayaraq stadionu tərk etməyə məcbur qoydu. Fars dövləti Azərbaycan milli hərəkətinin yürüşlərini ələ almağa nə qədər can atsa da, genə bacara bilmir. Evlərdə fars dili ilə böyüyüb mədrəsələrə yollanan balalar Türk uşaqlara qoşulub farsıcanı buraxır. Bu nəsil Türk milli kimliyi, milli qüruru ilə böyüyür. Bu nəsil heç nədən, heç kimdən qorxmur. Bu nəslin qarşısını almaq artıq imkansızdır”.
Bunlar hamısı bir millətin var oluşunu, dünya güclərinin diqqətini çəkə bildiyini görsədir. Bu uğuru Azərbaycan millətinə təbrik deyirik.