vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 21 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
Fransada güclü qasırğa 20:28 | 20 may 2025 | Çərşənbə axşamı Məqaləyə 13 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fransada güclü qasırğa

Tufan və leysan ölkəni iflic edib, yollar və körpülər dağılıb, 3 nəfər ölüb, xeyli itkin var

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Mayın 19-u və 20-də Fransanın cənubunda baş verən şiddətli tufanlar və leysan yağışları böyük dağıntılara səbəb olub. Var bölgəsində güclü yağış, dolu və şimşək çaxması nəticəsində azı 3 nəfər həyatını itirib, 3 nəfər isə itkin düşüb. Sel fəlakəti nəticəsində yollar, körpülər dağılıb, məktəblər bağlanıb, qatarların hərəkəti dayandırılıb.

Bu, müharibə səhnəsi kimi idi. Bir saat ərzində 255 mm yağış yağdı, böyük bir daşqın oldu. Rayonda yollar, körpülər dağıdılıb, elektrik enerjisi və içməli su kəsilib”, – Lavandou meri Gil Bernardi deyib.

***

Həyatını itirənlərdən ikisinin Lavandouda avtomobili ilə birlikdə sürüklənən yaşlı cütlük olduğu bildirilib. Digər qurban isə Vidauban şəhərindən olan 81 yaşlı qadındır. Digər itkin düşənlərin axtarışları davam edir.

***

Mütəxəssislərin fikrincə, belə kəskin hava hadisələrinin səbəbi daşqınlardır. Bu təbii hadisə iqlim dəyişikliyi ilə daha tez-tez və dağıdıcı xarakter alır.

***

Bordo-Tuluza qatar xətti güclü yağış səbəbindən yararsız hala düşüb. TGV xidmətləri ləğv edilərkən, relslərin altındakı yerin çökməsi nəticəsində bir qatarın təhlükəli şəkildə dayandırıldığı bildirildi. Gecə yarısı avtobuslarla 507 sərnişin təxliyə edilib. Cənubda bir çox məktəblər də daşqın və damlara təzyiq səbəbindən bağlanıb.

***

Qaron vadisində dolu nəticəsində əkin sahələrinə ziyan dəyib. Lot-et-Qaronne bölgəsində qarğıdalı, soya və günəbaxan sahələrini palçıq daşqınları aparıb. Armagnac və Tursan rayonlarında üzüm bağlarına da ziyan dəyib.