
Çinin “qaranlıq həqiqəti”
ABŞ və Böyük Britaniyada minlərlə körpə cütlüklərə satıldı
ABŞ və Böyük Britaniyada minlərlə körpə cütlüklərə satıldı
Aztəminatlı və yaşıllıq olmayan ərazilərdə yaşayanlar üçün risk 2 dəfə çoxdur
Bütün etiraflar yalan idi
Hollandiyada həddindən artıq maye qəbul edən 7 yaşlı uşaq zəhərlənib
1 uşaq dünyasını dəyişib, 17 uşaq müalicə olunur
BMT uşaq sahibi olmaq üçün ciddi maneələri açıqlayıb
Şaxta baba kostyumu geyinib və uşaqları kəmərlə döyüb
Əgər uşağınız danışmırsa, buna bir çox vərdiş səbəb ola bilər
6 yaşlı uşağı qaçırıb, sonra televiziyaya çıxıb kömək
“Ölüm hökmünüz artıq imzalanıb”
Avropa ölkəsində hər iki gəncdən biri internetdə cinsi istismara məruz qalır
Avropa ölkəsində azyaşlılarla bağlı qorxunc statistika
Cənubi Koreya dövləti uzun illər uşaq oğurluğu ilə məşğul olub
Özünü Avropanın ən mədəni ölkəsi sayan Fransada qorxulu statistika
2050-ci ilə qədər dünyada uşaq sağlığını təhdid edən təhlükə
Cənubi Koreya hökuməti ilk dəfə insan oğurluğuna görə məhkəməyə verilib
Fransada hər üç dəqiqədən bir uşaq zorakılığa, təcavüzə və ya cinsi təcavüzə məruz qalır. Rəsmi məlumatlara görə, ölkədə 700 min şagird məktəbdə zorakılıqla üzləşir, 1 milyondan çox uşaq isə müxtəlif üsullarla cinsi istismara məruz qalır. Bu mənzərə qarşısında 2019-cu ildən fəaliyyət göstərən “Les Papillons” (Kəpənəklər) dərnəyi uşaqların yaşadıqları şiddəti gizli şəkildə ifadə edə biləcəkləri qutular qurmağa başlayıb.
***
Dərnəyin qurucusu Laurent Boyet qutuları qoymaqda məqsəd “uşaqlara qarşı zorakılığı durdurmaq üçün sükutu pozmaqdır” deyərək problemi ümumiləşdirib. Boyet uşaqlıq illərində böyük qardaşı tərəfindən zorakılığa məruz qaldığını və bunu ancaq gündəliyinə yazmaqla ifadə edə bildiyini bildirir. Buna görə də o vurğulayır ki, yazı danışa bilməyən uşaqlar üçün güclü çıxış yoludur.
***
Bu gün Fransanın hər yerində 500-dən çox məktəb, idman klubu və gənclik mərkəzində tapıla bilən bu kiçik qutuların üzərində “Deyə bilmirsənsə, yaz” şüarı qeyd olunub. Uşaqlar bu qutulara adlarını, yaşlarını və başlarına gələn hadisələri yazır. Daxil olan qeydlər həftədə ən azı iki dəfə “etibarlı şəxslər” (adətən bələdiyyə tərəfindən təyin olunan polis əməkdaşları) tərəfindən toplanır və təhlükəsiz platforma vasitəsilə birliyə ötürülür.
***
Les Papillons komandasının psixoloqları alınan məktubları qiymətləndirir, lazım gəldikdə məktəbləri məlumatlandırır və ciddi hallarda səlahiyyətli orqanlara məlumat verir. Bu qutular sayəsində bəzi hadisələr məsuliyyətə cəlb edilib və nəticə əldə olunub. 2024-cü ildə bir qızın yazdığı məktub babasının üç nəvəsinə qarşı cinsi istismarını üzə çıxardı və nəticədə 12 il həbs cəzası verildi.
***
Parisdəki məktəb direktoru Ceraldin Qitiyel, bu təcrübənin məktəblərdə aparılan digər profilaktik işlərə uyğun olduğunu deyib. Uşaqların özlərini yazılı şəkildə daha açıq və rahat ifadə edə bildiklərini deyən Qitiyel hətta ilk həftədə tək uşaqlar arasında pis rəftarla bağlı onlarla qeyd aldıqlarını deyir. Bu, problemin hələ də davam etdiyini və daha çox dəstəyə ehtiyac olduğunu göstərir.