Almaniya-Fransa ortaqlığı bitdi
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
09:57 | 19 may 2025 | Bazar ertəsi
Məqaləyə 170 dəfə baxılıb
Şriftin ölçüsü
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır
Qəbir yerləri azaldığı üçün kremasiya sürətlə yayılır
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Parisdə lüks mağaza qarət olundu
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Fransada məktəblilərin qaçırılma cəhdi milli tendensiyaya çevrilib.
13 may 2025-ci il səhər saat 9:00 radələrində Endr və Luara bölgəsinin Nuan-le-Fonten şəhərində 14 yaşlı məktəbli məktəbə gedərkən bir kişi tərəfindən qaçırılmağa çalısılıb. Cəhdi baş tutmayan şübhəli treyleri ilə hadisə yerindən qaçıb.
***
Hadisədən üç gün sonra, mayın 16-da, cümə günü şübhəli şəxs tutularaq saxlanılıb. Dindirilmə zamanı şübhəli gənc qızın “kömək istəməsindən” sonra “karvana öz istəyi ilə mindiyini” iddia edib. Lakin o, qıza elektrik cərəyanı (tazer) vurduğunu etiraf edib. O, adam oğurluğu ittihamını rədd etdi.
***
Polis həbs olunan şəxsin treylerində və üzərində çoxlu şübhəli əşyalar 24.000 avro nağd pul, 10 bibər qazı, 3 elektroşok tapançası, şübhəlinin adına 2 pasport, 3 şəxsiyyət və 3 sürücülük vəsiqəsi, Cinsi xarakterli əlyazma qeydləri, 2 kamera, Çoxlu plastik sıxaclar (serflex) aşkar edib.
Bu dəlillər prokurorluq tərəfindən “insidentin qəsdən törədildiyini göstərən ciddi əlamətlər” kimi qiymətləndirilib.
***
Hadisə baş verən gün şübhəli şəxs Saint-Aignan bölgəsindəki avtomobil parkında göründükdən sonra qaçmağa çalışıb. Qaçarkən avtomobilə çırpılan şəxs 13-15 may tarixləri arasında xəstəxanada müalicə olunub.
Şübhəlinin 2022-ci ilə aid cinayət keçmişinin olduğu, lakin bu əməllərin adam oğurluğu cəhdi ilə bağlı olmadığı bildirilib.
***
Daha sonra polislər şübhəlinin evində axtarış aparıb. Evdə tapılan kompüterlər və rəqəmsal cihazlar müsadirə edilib. Eyni zamanda telefon qeydləri və bank əməliyyatları da araşdırılıb.
Həbs edilən şübhəli mayın 17-də cümə günü gecə saatlarında müvəqqəti saxlama qərarı ilə həbsxanaya göndərilib.