
Süni intellektlər qruplaşır?
“Birlikdə etdiklərini tək başına etdikləri ilə müqayisə etmək olmaz”
“Birlikdə etdiklərini tək başına etdikləri ilə müqayisə etmək olmaz”
Çinli işçilərin gələcəyi qeyri-müəyyəndir
ABŞ məhkəməsində dünyada bir ilk yaşanıb, yenilik hakimi kövrəldib
Süni intellekt şirkəti bazarda artan rəqabətə qarşı rıçaq əldə etdi
“Fərdiləşdirmə dövrü” başlayan kimi insan-robot əlaqələr daha da güclənəcək
“Deepfake” videolarını aşkar etmək getdikcə çətinləşir
Süni intellekt həkimə olur – imtahandan keçdi
“ChatGPT”nin qəhvə falı 12 illik evliliyi dağıtdı
Süni intellekt, yoxsa bugünkü dünya təhsil sistemi?
Avropa məktəblərində Süni intellektdən asılılıq artır
Çində ilk qaçış marafonu keçirilib
İnternet trafikinin yarıdan çoxu botlar tərəfindən ələ keçirilir
“Google” və “OpenAI” məməlilərlə danışmaq üçün süni intellekt modelini hazırlayır
İştirakçıların 73 faizi “Turning” testində insanla robotu ayırd edə bilməyib
Süni intellekt nəhəngi yeni sosial platforma yaradır
Süni intellekt iki ən populyar peşəni ortadan qaldıracaq
Süni intellekt dünyanı və cəmiyyətləri dəyişdirməyə davam edərkən, səhiyyə sektoru bu transformasiyanın ən diqqət çəkən səhnələrindən birinə çevrilib. Çin tarixdə ilk dəfə olaraq "süni intellektli həkimləri" sınaqdan keçirməyə başlayıb.
Çində istifadəyə verilən dünyanın ilk “süni intellekt xəstəxanası” minlərlə virtual xəstəyə diaqnoz qoymaqla inqilabi addım atıb. Bu qabaqcıl texnologiyaya əsaslanan sistem gələcəkdə səhiyyəni kökündən dəyişə bilər.
“Tsinghua” Universitetinin Süni İntellekt Sənaye Araşdırma İnstitutu (AIR) tərəfindən hazırlanmış bu texnologiya sayəsində 21 fərqli sahədən 42 süni intellekt həkimi Süni İntellektlə Yardımlı Virtual Xəstəxana adlı virtual sağlamlıq mərkəzində çalışır.
***
Bu Süni intellekt xəstəxanasında həkimlər, tibb bacıları və xəstələr böyük dil modeli (LLM*) ilə işləyən ağıllı agentlər tərəfindən təsvir edilir. Sistem özü ilə əlaqə saxlaya bilən süni intellekt arxitekturasına əsaslanır.
Alimlər tərəfindən hazırlanmış bu model –xəstəliyin başlanğıcı, triaj, qeydiyyat, müayinə, diaqnoz, müalicə, resept, reabilitasiya və təqib kimi prosesləri əhatə edən qapalı dövrə xəstəxana təcrübəsini tətbiq edir.
Süni intellekt həkimləri tibbi ədəbiyyatı təhlil edir və xəstənin müalicəsi ilə bağlı qərarlar verir, daim öz təcrübələrini öyrənir və təkmilləşdirir.
***
Tədqiqatçıların fikrincə, virtual xəstəxana cəmi bir neçə gün ərzində 10 000 virtual xəstəyə diaqnoz qoya bilib. Bu rəqəm həftədə orta hesabla 100 xəstəyə müraciət edən həkim üçün iki illik müddətə uyğun gəlir.
Digər tərəfdən, mühüm tənəffüs xəstəliklərini əhatə edən MedQA adlı məlumat dəstində süni intellekt həkimlərinin yüzdə 93,06 dəqiqlik əldə etdiyi vurğulanır.
***
“Tsinghua” Universitetindən aparıcı tədqiqatçı Liu Yan “Global Times”a bildirib ki, bu texnologiya diaqnoz və müalicə prosesini dəyişdirəcək və həm həkimlərə, həm də ictimaiyyətə böyük fayda gətirəcək.
Bununla belə, texnologiyanı tətbiq etməzdən əvvəl tədqiqatçılar milli sağlamlıq qaydalarına riayət etməli və süni intellek-insan əməkdaşlığının ən təsirli yollarını araşdırmalıdırlar.
Tədqiqat qrupu hazırda süni intellekt üzrə həkimlərin diaqnostika edə biləcəyi xəstəliklərin çeşidini genişləndirmək və onların imkanlarını təkmilləşdirmək üzərində işləyir.
Liu Yanın sözlərinə görə, sistem real həyatda tətbiq üçün demək olar ki, hazırdır.
LLM NƏDİR?*
LLM ingilis dilindəki “Large Language Models” (“Geniş Dil Modelləri”) ifadəsinin abreviaturasıdır. Bu termin böyük həcmdə mətn üzərində təlim keçmiş və insan dilini başa düşə və ona cavab verə bilən süni intellekt sistemlərinə aiddir. LLM-lər təbii dili emal etmək qabiliyyətinə malikdir. Yəni insan kimi yaza, sualları başa düşə, mətnləri ümumiləşdirə və müxtəlif tapşırıqları yerinə yetirə bilər.
Məsələn, “ChatGPT” LLM-dir. Elektron məktubların yazılmasından məlumatın verilməsinə, mətnin hazırlanmasından diaqnostikanın simulyasiyasına kimi bir çox sahədə istifadə oluna bilər. Qısacası, LLM-lər insan dilini anlayan və istifadə edən qabaqcıl süni intellekt modelləridir.