Bundestaqda yeni qayda
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
19:11 | 20 may 2025 | Çərşənbə axşamı
Məqaləyə 202 dəfə baxılıb
Şriftin ölçüsü
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
Hansılar təhlükəsiz, hansıları risklidir?
55 min iş məhkəmə tarixini gözləyir
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
Leipzigə məcburi eniş
Merz və Tramp Ağ Evdə bir-birlərinə nə hədiyyə etdilər?
Nasist kəlmələrini sorğu suallarına salıblar
“Pom-Bär” məhsulları geri çağırılıb
Alman dövləti gecikir – gənclərin neonasist qruplara marağı artır, virtual dünyada böyüyürlər
Argentinanın Ali Məhkəməsində 84 il ərzində faşist Almaniyasına aid sənədlərin olduğu sandıqlar saxlanılıb. Təəccüblü tapıntı məhkəmə binasının zirzəmisindəki qutular yeni yaradılmış muzeyə daşınmaq üçün çeşidlənərkən ortaya çıxıb.
Məhkəmə rəsmilərinin açıqlamalarına görə, Ali Məhkəmənin zirzəmisindəki qutulardan biri açılarkən, II Dünya Müharibəsi dövründə Adolf Hitlerin ideologiyasını əks etdirən nasist təbliğat materialları tapılıb.
Rəsmilər sənədləri Buenos-Ayres Holokost Muzeyinə bildirib və onların necə qiymətləndirilməsi ilə bağlı yardım istəyib.
BBC-nin məlumatına görə, məhkəmə rəsmiləri sənədlərin 20 iyun 1941-ci ildə Almaniyanın Tokiodakı səfirliyi tərəfindən Argentinaya göndərildiyini açıqlayıb. 83 ədəd möhürlənmiş kisələrdə paroxodla göndərilən sənədlər həmin vaxt gömrük əməkdaşları tərəfindən götürülüb. Sənədlər keçən həftə tikinti işçiləri tərəfindən aşkarlanana qədər Argentina Ali Məhkəməsinin zirzəmisində qalmışdı.
***

Buenos-Ayres Holokost Muzeyi sənədlərin inventarının yaradılması üçün işə başlayıb. Tarixçilərin qarşıdakı dövrdə sənədləri ətraflı şəkildə araşdırması gözlənilir.
Məhkəmə bəyanatında deyilir ki, sənədlərdə Holokostla bağlı hadisələrə işıq salmağa kömək edə biləcək kritik məlumatlar ola bilər.
“Əsas məqsəd sənədlərdə Holokostla bağlı mühüm məlumatların olub-olmadığını müəyyən etmək və əgər belədirsə, hələ də məlum olmayan məqamları, xüsusən də nasist kapitalının qlobal miqyasda keçdiyi marşrutu üzə çıxarmaqdır”, – Ali Məhkəmənin bəyanatı deyilir.
Sənədlərə – üzvlük kitabları, dəftərlər, şəxsiyyət vəsiqələri və nasist simvolları ilə işarələnmiş şəxsi sənədlərin aid olduğu bildirilir.
***
Bir çox yüksək vəzifəli nasist məmurları müharibədən sonra törətdikləri cinayətlərinə görə təqib olunmamaq üçün Almaniyadan qaçıblar. Bu qaçışların gizli qaçış yolları, nasist simpatizanları və rüşvət qarşılığında əməkdaşlıq edən bəzi məmurlar tərəfindən təşkil edildiyi güman edilir.
Argentinanın Cənubi Amerikadakı əsas nasist sığınacaqlarından biri olduğu bilinir.
2000-ci ildə Argentinanın o zamankı prezidenti Fernando de la Rua ölkəsinin nasistlərə sığınacaq verdiyinə görə rəsmi olaraq üzr istəmişdi.