
Həftədə 48 saatlıq iş
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
“Sans-papiers” adlandırılan türk işçilər şirkət rəhbərliyini məhkəməyə verdi
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Almaniyada iflaslar son 10 ilin ən yüksək səviyyəsində
700 işçinin gələcəyi hələ də qeyri-müəyyəndir
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Baş nazir Merz və nazirlərin mobil nömrələri internetdə yayıldı
Ekspertlər siyasəti günahlandırır
Sentyabrın 11-də ölkə boyu həyəcan siqnalı sınaqdan keçiriləcək
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
Partiya daxilində uzun illər davam edən müzakirələr yekunlaşdı
Almaniya hökuməti yeni qaydaları təsdiqlədi
Almaniya dəmiryolu vağzalları Avropanın ən pisləri seçildi
Avropada sığınacaq müraciətləri azaldı
Almaniyada illərlə Çinə hərbi sirr satmaqda ittiham olunan üç nəfər mühakimə olunur. Casusluq şəbəkəsi necə quruldu, bu barədə kim məlumatlı idi?
Almaniyada təxminən bir il əvvəl həbs edilən üç nəfər Çinin xeyrinə casusluq ittihamı ilə Düsseldorf Ali Regional Məhkəməsində mühakimə olunur. Məhkəmə adətən terrorçuların və ağır cinayətkarların saxlandığı yüksək təhlükəsizlik obyekti olan “Terrorçu bunkeri” adlanan xüsusi məhkəmə zalında keçirilir.
Müttəhimlər arasında Hessen əyalətindən olan Tomas R. və Şimali Reyn-Vestfaliyadan olan təqaüdçü cütlük Herviq F. və İna F. Yer alır. Federal Prokurorluq müttəhimləri Çinin kəşfiyyat agentliyi MSS-ə illərdir casusluq etməkdə ittiham edir.
***
İttihama görə, Tomas R. 2017-ci ildən başlayaraq Çinli MSS agenti adından Almaniyada fəaliyyətə başlayıb. Təqaüdçü cütlüklə birlikdə R. Çinin hərbi gücünü artıra biləcək qabaqcıl texnologiyalar haqqında məlumat toplayıb. Bu məlumatlara sonar sistemləri, təyyarədən müdafiə texnologiyaları, zirehli avtomobil mühərrikləri və pilotsuz uçuş aparatları (PUA) kimi silahlar daxildir.
***
Təqsirləndirilən şəxslər bu fəaliyyətləri “Innovative Dragon” adlı şirkət vasitəsilə həyata keçiriblər. 30 illik layihə təcrübəsi və universitetlərlə əməkdaşlığı şirkətin xarici profilinə uyğun gəlirdi. Lakin prokurorluğun fikrincə, universitetlərlə bu əməkdaşlıq əslində məlumatların Çinə ötürülməsi üçün pərdə idi. Çin ötürülən hər bir məlumat üçün beş rəqəmli yüksək məbləğ ödəyib.
Həmçinin, müttəhimlərin qadağaya baxmayaraq Almaniyadan Çinə 3 xüsusi lazer sistemi ixrac etdikləri və bu göndərişlərə görə adambaşına 1000 avro ödəniş aldığı bildirilib.
***
İdarəçiləri olduqları adıçəkilən şirkətin qeydiyyatı casus cütlüyün yaşadığı Düsseldorfdakı dəbdəbəli iqamətgaha olub. Polis cütlüyün mənzilində axtarış apararaq onları saxlayarkən, Tomas R. Bad Homburqdakı evində yaxalanıb. Tomas R. 22 aprel 2024-cü il tarixindən mühakimə olunur.
Məhkəmədə müttəhimlərin vəkilləri müdafiə etdikləri şəxslərin MSS-də işləmədiyini və sözügedən şəxsin Çin casusu olması barədə məlumatlarının olmadığını iddia ediblər. Bütün təmasların Thomas R. vasitəsilə aparıldığı və bu əlaqələrin açıq şəkildə, e-poçt və sosial media vasitəsilə edildiyi iddia edilib.
Tomas R. də casusluq iddialarını rədd edib, lakin üç lazer sisteminin ixracında xarici ticarət qanunlarını pozduğunu etiraf edib.