İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
10:11 | 15 may 2025 | Cümə axşamı
Məqaləyə 186 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranın yüksək səviyyəli rəsmisi Əli Şamxani deyib ki, İran ABŞ-ın sanksiyalarının dərhal ləğvi müqabilində heç vaxt nüvə silahı əldə etməməyə, zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməyə, uranı yalnız dinc istifadə üçün lazım olan səviyyəyə qədər zənginləşdirməyə və beynəlxalq müfəttişlərin nəzarətinə icazə verməyə hazırdır.
İranın ali dini lideri Əli Xameneyinin baş müşaviri Əli Şamxani iki gün qabaq “NBC News” telekanalına müsahibəsində, “Əgər bu şərtlər yerinə yetirilərsə, İran dərhal nüvə sazişini imzalamağa hazırdır”.
“NBC News”un məlumatına görə, cənab Şamxaninin açıqlamaları İranın nüvə sazişindən gözləntiləri ilə bağlı Əli Xamneyinin yaxın çevrəsinin tutduğu ən aydın mövqe sayıla bilər.
Əli Şamxani daha sonra deyib: “Hələlik imkan var. Əgər amerikalılar dedikləri kimi etsələr, biz mütləq daha yaxşı münasibətlərə malik ola bilərik və bu, yaxın gələcəkdə daha yaxşı şəraitə gətirib çıxara bilər”.
Cənab Şamxaninin “NBC News” telekanalına müsahibəsindən bir neçə saat əvvəl ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən “Səudiyyə-Amerika İnvestisiya Forumu”nda çıxışı zamanı İranla nüvə sazişi imzalanmadığı təqdirdə İranı ciddi iqtisadi sanksiyalarla hədələyərək, İrana “zeytun budağı” təklif etdiyini iddia edib.
Cənab Tramp sözügedən forumdakı çıxışında deyib: “Əgər İran rəhbərliyi bu zeytun budağından imtina edərsə və qonşularına hücum etməyə davam edərsə, bizim geniş maksimum təzyiq tətbiq etməkdən, İranın neft ixracını sıfıra endirməkdən və rejimin nüvə silahı əldə etməsinin qarşısını almaq üçün lazım olan bütün addımları atmaqdan başqa çarəmiz qalmayacaq”.
Cənab Şamxani ABŞ prezidentinin səs tonu və davamlı təhdidlərindən narazılığını bildirib: “O, zeytun budağından danışır. Biz belə bir şey görməmişik, hamısı tikanlı məftildir”.
Cənab Tramp bir neçə dəfə vurğulayıb ki, İran nüvə silahı əldə etməməlidir. Tehran da bunu etmək niyyətində olmadığını dəfələrlə bildirib. Bununla belə, Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, İran hazırda altı atom bombası istehsal etmək üçün lazım olan zənginləşdirilmiş urana malikdir.
Əli Şamxani bu müsahibəsində İsrailin baş naziri, “Bibi” kimi tanınan Benyamin Netanyahunun rolu və təsiri barədə də xəbərdarlıq edib və deyib: “O, Vaşinqtonda lobbiçilik edərək danışıqları pozmağa cəhd edə bilər”.
Cənab Şamxani deyib: “Əgər amerikalılar “Bibi”nin (Netanyahunun) təsirini aradan qaldırsalar, asanlıqla razılığa gələ bilərlər”.
Bu, Donald Trampın Benyamin Netanyahudan uzaqlaşa biləcəyinə dair son əlamətlər olduğu bir vaxtda baş verir. “NBC News” daha əvvəl iki amerikalı rəsmi şəxsə, iki Yaxın Şərq diplomatı və digər iki məlumatlı mənbəyə istinadən xəbər vermişdi ki, iki lider arasında (D.Tramp və B.Netanyahu nəzərdə tutulur) münasibətlər son həftələrdə, xüsusən də onların İranın nüvə böhranı və Qəzza münaqişəsi ilə bağlı yanaşmaları ilə bağlı geniş miqyaslı fikir ayrılıqları nəzərə alınmaqla kəskin şəkildə pisləşib.
Bu hesabata görə, Donald Trampın İran ilə qarşıdurmaya yanaşması onun Benyamin Netanyahu ilə əsas fikir ayrılığıdır.