Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:09 | 16 may 2025 | Cümə
Məqaləyə 240 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
1985-ci ildə ABŞ-da baş vermiş və cinayətkarı yapılmayan qətl hadisəsində dəlillər üzərində yeni DNT müayinəsi aparılıb. Solt-Leyk Siti şəhərində 40 il əvvəl törədilən qətlin üstü yeni DNT müayinəsi sayəsində açılıb.
“ABC News”un məlumatına görə, 1985-ci il mayın 16-da ölü tapılan 18 yaşlı Kristin Qallegosu kimin öldürdüyü o vaxt müəyyən edilməyib. Polisin paylaşdığı məlumata görə, avtostopla işə getmək istəyərkən öldürülən gənc qadının döyüldüyü, bıçaqlandığı və başından iki dəfə güllələndiyi müəyyən edilib. Polis hesab edir ki, bir gecə Qalleqosu öz maşını ilə götürən şəxs onu ucqar əraziyə aparıb, ona cinsi təcavüz edib, sonra isə öldürüb. Hadisəni törədənin kimliyi 40 ildən sonra müəyyən edilib.
***
Polis 2013-cü ildə naməlum kişi DNT profilini müəyyən etmək üçün təkrar müayinə keçirib. Detektivlər dəlilləri əlavə DNT analizi üçün Texasdakı “Othram Laboratories”ə göndərdilər. Bu işdə genetik şəcərə üsulundan istifadə edilib.
Polisin verdiyi məlumata görə, analizlər nəticəsində mümkün şübhəli şəxs müəyyən edilib. Şübhəlinin şəxsiyyəti daha sonra ailə üzvlərindən birinin könüllü olaraq götürdüyü DNT nümunəsi sayəsində təsdiqlənib. Şübhəlinin Rikki Li Stallvort adlı şəxs olduğu müəyyən edilib.
***
Stallvort o zaman 27 yaşlı ABŞ Hərbi Hava Qüvvələrinin əsgəri idi. O, Yuta ştatındakı Hill Hərbi Hava Qüvvələri bazasında xidmət edirdi. Polis şübhəli şəxsin dörd keçmiş arvadı və üç dostu ilə danışıb, daha sonra uşağı ilə əlaqə saxlayıb. Şübhəlinin uşağı DNT nümunəsi verməyə razılaşıb.
Açıqlamaya görə, Qallegos və Stallvortun bir-birini tanıdığına dair heç bir işarə yox idi; İstintaq zamanı Stallvortun adı heç vaxt çəkilməyib. Stallvort 2023-cü ilin iyulunda, ehtimal olunan şübhəli kimi müəyyən edilməzdən aylar əvvəl təbii səbəblərdən dünyasını dəyişib. Əməliyyatçılar bu səbəbdən onu dindirə bilməyiblər.
Kişinin keçmiş arvadlarından biri deyib ki, Stallvortun DNT-sinin qətl araşdırması üçün götürülməsinə təəccüblənməyib.