
Uşaq məlumatları yoxlanılacaq
Böyük Britaniya TikTok ilə bağlı araşdırmaya başlayıb
Böyük Britaniya TikTok ilə bağlı araşdırmaya başlayıb
Böyük Britaniya TikTok ilə bağlı araşdırmaya başlayıb
Böyük Britaniya TikTok ilə bağlı araşdırmaya başlayıb
Böyük Britaniya TikTok ilə bağlı araşdırmaya başlayıb
Meksikalı sosial şəbəkə fenomeni 23 yaşlı Valeriya Markez Zapopan şəhərindəki gözəllik salonunda TikTok yayımı zamanı silahlı hücum nəticəsində həyatını itirib. Gənc qadın gözəllik və həyat tərzi ilə bağlı videolar yayımlayırdı. Fenomenin bəzi məzmunlarına yüz minlərlə dəfə baxış olmuşdu. Sosial mediada 200 mindən çox izləyicisi olan Markes “Blossom” adlı gözəllik salonuna da sahibi idi.
***
Hadisə üç gün əvvəl Meksikanın qərbindəki Qvadalaxara metropoliten bölgəsindəki Zapopan şəhərindəki gözəllik salonunda baş verib. Yerli prokurorluğun məlumatına görə, hücum edən şəxs mağazaya girərək atəş açıb. “The New York Post”un məlumatına görə, hücum edən şəxs özünü hədiyyə gətirən biri kimi göstərərək içəri daxil olub. O, əvvəlcə kənardan atəş açıb, sonra zala daxil olaraq hücumu davam etdirib. Valeriya Markez hadisə yerində dünyasını dəyişib.
***
Hadisə şahidlərinin sözlərinə görə, hücum edən şəxs əvvəlcə özünü bağlama aparırmış kimi göstərərək yaxınlaşıb. Özünü hədiyyə vermək istəyən müştəri kimi göstərərək içəri girdi. Lakin tezliklə o, silahını çıxararaq atəş açıb. Təhlükəsizlik kameralarından əldə edilən görüntülərin təcavüzkarın peşəkarcasına hərəkət etdiyini ortaya çıxardığı bildirilir.
***
Hücumun səbəbi hələlik bəlli deyil. Səlahiyyətlilər hadisə ilə bağlı araşdırmalarını davam etdirir. Meksikada qadın öldürmə nisbətləri həyəcan vericidir. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, ölkədə hər gün orta hesabla 10 qadın və ya qız öldürülür. Valeria Markezin ölümü bu dəhşətli statistikaya bir yenisini əlavə etdi.