vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 27 avqust 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
İsrail İranın planını ifşa etdi 22:12 | 20 may 2025 | Çərşənbə axşamı Məqaləyə 295 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İsrail İranın planını ifşa etdi

Kəşfiyyat agentliyi Tehran rejiminə işləyən iki nəfəri həbs etdiyini açıqladı

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrailin müdafiə naziri Yisrael Katz, aprel ayında edilən həbslərə istinad edərək, İranın “özlərinə zərər vermək üçün” iki israillini işə götürdüyünü söyləyib.

“Heç bir təhdid məni çəkindirməyəcək və mən öz vəzifəmi yerinə yetirməyə davam edəcəyəm”, – Katz deyib.

İsrailin daxili kəşfiyyat agentliyi Şin-Bet bu gün səhər saatlarında iki şübhəlinin İrana casusluq ittihamı ilə həbs edildiyini açıqlayıb.

Şin Bet xəbər verir ki, israillilərə külli miqdarda pul ödənilib və bomba hesab etdikləri şeyi daşımaq tapşırığı verilib.

İsrail Qəzza müharibəsi başlayandan bəri İranın xeyrinə casusluq etdiyi üçün çoxlu insanı həbs edib.