Tramp–Merz gərginliyi yüksəlir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
19:41 | 9 noyabr 2016 | Çərşənbə
Məqaləyə 2430 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
Reyqandan Trampa – 45 ilin kabusu
2016-cı il tarixə ilk növbədə inglis-saksonların gözlənilməz xalq iradəsi ilə düşəcək: «Brexit» və Trampın qələbəsi. Bu nədir: sürpriz, yoxsa hiyləgər oyun? Məsələyə iki əks mövqedən baxaq.
1. Liberallar deyir ki, bütün dünyanın Qərb cəmiyyətlərinin başa düşdüyü tərzdə qəbul etməli olduğu hansısa ümumbəşəri dəyərlər mövcuddur. Digər ideologiyalardan fərqli olaraq, liberalizm heç vaxt öz dəyərlərini demokratiyadan üstün hesab etdiyini etiraf etmir, onlar arasında ziddiyyətin ola bilməsini belə qəbul etmir. Lakin Brexit və Trampın qələbəsi bu təbliğatı alt-üst etdi. İngilis-sakson dünyası de-fakto liberalizmin əleyhinə səs verdi. Hətta gözümüzün qabağında dağılan ikipartiyalı siyasi sistem (xalq iradəsinin manipulyasiyası aləti) də dadlarına çatmadı. Beləliklə, Qərbdə həqiqətən demokratiyanın olduğu mövqeyini qəbul etsək, məhz bu demokratiya liberalizmi qətlə yetirdi. Liberallar demokratik prinsiplərdən elə bərk-bərk yapışmışdı ki, özləri onların qurbanı oldu. Bu isə o deməkdir ki, Qərbin siyasi sistemi populistləşir və idarəolunmaz olur. Bunun nəticəsi diktatura ola bilər, necə ki, Qədim Roma Respublikasını İmperiya əvəz etmişdi.
2. Qərbin əleyhdarları deyir ki, orada heç bir demokratiya yoxdur və bütün prosesləri pərdə arxasından varlı elita idarə edir. Buna inansaq, həm Brexit, həm də Trampın qələbəsi – elitanın oyunudur. Bu, onlara niyə lazımdır? Açıq-aşkardır ki, dünya iqtisadi modeli, xüsusən də onun özəyi olan maliyyə sistemi can üstədir. Dünya ciddi geosiyasiiqtisadi sarsıntılar və uzunmüddətli dərin böhran ərəfəsindədir. Demokratiya və liberalizm belə dünyanın idarə olunmasına uyğun deyil, həmçinin elitanın özü üçün təhlükəlidir. Buna görə də ola bilər ki, demokratiyaya liberalizmi məhv etməyə imkan verməklə qlobal problemlər ərəfəsində bizi bilərəkdən ona hazırlayırlar ki, könüllü olaraq demokratiyadan imtina edək və güclü əli və elitanın hər hansı tulapayını arzulayaq. Yəni sizə azadlıq və seçim verdik, siz isə aləmi qatdınız bir-birinə, indi isə gəlin biz sizi xilas edək, amma buna görə çox şeydən imtina etməli və məşəqqətlərə dözməli olacaqsız.
P.S. Hər bir variantda Tramp təmiz vicdanla seçkiqabağı son ifadəsini təkrar edəcək: «Nobody said it was going to be easy for us» («Heç kəs deməmişdi ki, bizə asan olacaq»).