
6 ayda 12 mindən çox şirkət çöküb
Almaniyada iflaslar son 10 ilin ən yüksək səviyyəsində
Almaniyada iflaslar son 10 ilin ən yüksək səviyyəsində
700 işçinin gələcəyi hələ də qeyri-müəyyəndir
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Baş nazir Merz və nazirlərin mobil nömrələri internetdə yayıldı
Ekspertlər siyasəti günahlandırır
Sentyabrın 11-də ölkə boyu həyəcan siqnalı sınaqdan keçiriləcək
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
Partiya daxilində uzun illər davam edən müzakirələr yekunlaşdı
Almaniya hökuməti yeni qaydaları təsdiqlədi
Almaniya dəmiryolu vağzalları Avropanın ən pisləri seçildi
Avropada sığınacaq müraciətləri azaldı
Məhkəmə sərt reaksiya göstərdi
Xalqın böyük əksəriyyəti yeni bir himnə və bayrağa qarşıdır
Hansılar təhlükəsiz, hansıları risklidir?
55 min iş məhkəmə tarixini gözləyir
Üç nəfərin mübahisəsində biri xəstəxanalıq olub
Merkelin Cənubi Qafqaz turnesinin ilk dayanacağı olan Gürcüstana səfəri yekunlaşdı.
Dünən Almaniya hökumət başçısı Tiflisdə olarkən ABŞ-ın “Tomahawk” raketləri daşıyan “USS Carney” hərbi gəmisi Batumiyə lövbər atdı. Bunu Gürcüstanın avroatlantik inteqrasiyası baxımından rəmzi önəmə sahib hadisələr kimi qeyd etmək olar.
Merkel Gürcüstanda qeyri-adi və yeni nəsə söyləmədi, ölkəsinin, eləcə də Avropa Birliyi və NATO-nun məlum mövqeyini təkrarladı:
- Abxaziya və Cənubi Osetiya Gürcüstanın ayrılmaz hissəsidir;
- Rusiya öz ordusunu Gürcüstanın işğal olunmuş ərazilərindən çıxarmalı və Gürcüstanın ərazi bütövlüyü təmin olunmalıdır;
- Gürcüstan tezliklə NATO-ya üzv olmayacaq, amma bu istiqamətdə siyasətini davam etdirməlidir, Almaniya bu siyasəti dəstəkləyir və s...
Merkel Cənubi Osetiya münaqişəsi zonasına - demarkasiya xəttinə də baş çəkdi və qarşı tərəfdəki Rusiya hərbi bazasını durbinlə izlədi.
Səfərin əməli nəticəsi budur ki, Almaniya tərəfindən Gürcüstana 199 milyon avro ayrılacaq. Bu pula 300 milyon kubmetr təbii qaz tutumlu yeraltı qaz anbarı inşa ediləcək və bəzi infrastruktur layihələri həyata keçiriləcək.
Merkel Rusiya ilə enerji sahəsində əməkdaşlığı davam etdirəcəklərini, Azərbaycanın da bu sahədə önəmli tərəfdaş olduğunu, lakin rus qazını daha sərfəli qiymətə aldıqlarını vurğuladı.
Kanslerin Gürcüstan müxalifətinin təmsilçiləri, o cümlədən prezidentliyə namizədlər Vaşadze və Bakradze ilə görüş keçirməsi də önəmlidir. Maraqlı bir faktı da qeyd edim ki, Qərb “Gürcü Arzusu”na prezident seçkilərində öz namizədi ilə çıxış etməməyi məsləhət görüb, o mənada ki, bütün hakimiyyət strukturları iqtidar partiyasının təmsilçilərindən ibarət olmasın.