vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 20 noyabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9377 AZN
1 Rusiya rublu 1 RUB = 0.0257 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1803 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3178 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
12:43 | 7 noyabr 2018 | Çərşənbə Məqaləyə 1534 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qara Qarayevlə dayanan inkişaf

Ayda 15-20 min maaş alan Lippertin 10 ildə 15 qəpiklik xeyri olmayıb

Aydın BAĞIROV

Ötən həftə Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsində keçirdiyi üç oyunun hamısında məğlub olması uşaq futbolunda uzun illərdi kök salmış problemləri növbəti dəfə gündəmə gətirdi. Mövzuyla bağlı ağsaqqal məşqçimiz Ağasəlim Mircavadov belə bir fikir səsləndirdi ki, "Qəbələ"ni çıxmaq şərtilə heç bir klubumuzda gənc futbolçuların yetişməsi üçün normal şərait yoxdur. Başda “Qarabağ” olmaqla bəzi klublarımızda uşaq futbolu ilə bağlı işlərin nöqsanlı şəkildə qurulduğuna yazıda toxunacağıq.

Hələliksə ondan başlayaq ki, problem tək klublarla bağlı deyil. Çünki bölgələrin futbolsuz qalması həm də uşaq futbol məktəblərinin fəaliyyətini dayandırmasına gətirib çıxarıb. O səviyyədə ki, U-15-dən başlayaraq aşağı liqaların hər birində cəmi 3-4 bölgə komandası qalıb. Daha da pisi şəhər və rayonlarda futbola maraq günbəgün azalır, valideynlərin çoxu bir perspektiv görmədiyini əsas gətirərək uşaqlarını futbola yazdırmırlar.

Əlbəttə, ölkə futbolunun gələcəyinə indidən ciddi zərbə vuran bu problem AFFA-ya da, qurumun uşaq futboluna birbaşa cavadeh olan Bernhard Lippertə qətiyyən maraqlı deyil. AFFA üçün qiymətli əhəmiyyət daşıyan bu alman eksponat 10 ilə yaxındır hər ay federasiyadan 15-20 min maaş alsa da, onun bir nəfər istedadlı uşaq tapıb üzə çıxardığını eşidən və görən olmayıb. Halbuki təkcə Lippertə ayrılan aylıq pulla bölgələrdə 3-4 uşaq komandası saxlamaq olardı.

Yox, əgər bölgə onlara yaddırsa, o zaman paytaxtdakı “Bakı” Futbol Akademiyasının dağılmasına imkan verməmək olardı. Özü də aylıq 5-10 min manatla. Fəaliyyət göstərdiyi zaman “Bakı” klubunun bəzi rəhbər şəxslərinin adı hər nə qədər maliyyə yeyintilərində, səriştəsizlikdə hallansa da, heç olmasa onların idarə etdiyi həmin akademiyadan bu gün A millimizə də çağırılan 3-5 normal futbolçu çıxıb. Bəs, AFFA kimi bəxş edib bizim futbola? Kimsə yadınıza düşürmü?

Amma problemin yeganə ünvanı AFFA da deyil. Azərbaycanın son 5-6 ilin lider klubu “Qarabağ” sayılır. Klubun A komandasının ötən ilə qədər Avropada Çempionlar Liqası kimi yarışa düşməsi kimi uğurlu dönəmi olub. Amma görünür, həm klub rəhbərliyi, həm də məşqçi heyəti səviyyəsində əsas komandaya baş necə qarışıbsa, elə həmin A komandanın sabahı olacaq aşağı yaş qrupları ya tamamilə yaddan çıxıb, ya da ora diqqət bir xeyli dərəcədə azalıb. Halbuki “Qarabağ”ın əsas rəqibləri olan “Neftçi”, xüsusən də “Qəbələ” uşaq akademiyasındakı yaxşı işlərə görə Ağdam klubundan xeyli irəlidədirlər.

“Qarabağ”da isə uşaq futbolu ilə bağlı problem görünür, daha ciddidir. Bunu təsdiqləyən faktlardan biri odur ki, son illər aşağı yaş qrupundan əsas komandaya bir oyunçu belə düşməyib, əgər düşübsə belə, orada möhkənlənməyib. Akademiyadan əsas komandaya kimi yüksəlməyi bacaran, orada möhkəmlənən və indi də sabit oyunu ilə seçilən hələlik son futbolçu Qara Qarayev olub. Qurban Qurbanov Qaranı əsas heyətdə oynatmağa başlayanda gərək ki, 2011-ci il idi. Qara Qarayevdən sonra bu proses sanki birdəfəlik dayanıb. Aradan isə 7 il keçib. Və bu 7 ildə aşağı yaş qrupları əsas komandaya futbolçu verə bilməyibsə, deməli, problemin 2 səbəbi var: ya ümumiyyətlə, orada keyfiyyətli futbolçu yetişmir, ya da yetişən oyunçu “Qarabağ”ın A komandasında rəqabətə tab gətirmir. İstənilən halda, problem gedib çıxır yenə aşağıya – yeniyetmə və uşaq futboluna. Halbuki sırf müstəqil klub olan “Qarabağ”da uşaq futbolu bu vəziyyətdə olmalı deyildi və olmamalıdır da. Və 5 il dalbadal avrokubokların qruplarında oynamaq uşaq futboluna istəməyərəkdən olsa belə, soyuq münasibət yaratmamalıdır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)