vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9326 AZN
1 Rusiya rublu 1 RUB = 0.0255 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1384 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3191 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
TOP OYUNLARI  
15:19 | 21 noyabr 2018 | Çərşənbə Məqaləyə 602 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Biz və Kosovo...

... Yaxud ümidsiz Qurbanovun acı etirafı

Aydın BAĞIROV

Yazıya milli komandamızın Kosovoya ağır məğlubiyyəti ilə də başlamaq olar, Qurban Qurbanovun müəyyən səhvlərə yol verməsinə toxunmaqla da, emosiyalarına hakim olmayan bir qrup narazı azarkeşin küyünə gedib onu istefaya səsləməklə də. Amma bu, heç bir halda gerçək mənzərəni tam aydınlatmayacaq. Çünki həqiqi mənzərə dünən tabloda yanan 0:4 hesabı deyil, Millətlər Liqasının final mərhələsinə çıxa bilməməyimiz də deyil, Qurban Qurbanovun ümidsizcəsinə söylədiyi bu acı etirafıdır: “Bu gün komandamızın gücü tam bilindi”.

O güc bu gedişlə yaxın illərdə də yalnız Farer adaları tipli ciddi hədəfləri olmayan komandalara qalib gəlməyə imkan verəcək, ya da Malta kimi məhəllə səviyyəli komandadan xal almağa – Kosovo və onun kimi günbəgün irəli gedən, daxili çempionatlarına, bölgə və uşaq futbollarının inkişafına xüsusi əhəmiyyət verən ölkələrin komandalarını udmaq isə bizə görə olmayacaq. Arabir, son 20 ildə olduğu kimi, 1-2 yaxşı komandaya qalib gəlməklə epizodik sensasiyalı uğura imza atacağıq, amma dünya və Avropa çempionatlarının final mərhələlərinə gedə bilməyəcəyik. İndidən əlimizi bundan üzək. Fuad Musayevin gedişindən sonra, yağ-bal içində üzdüyü son 15 ildə AFFA-nı idarə edənlərin topasının fəaliyyətinə isə bir quş qoyaq. Futbolun inkişafına milyonlar ayrılsa da, əvəzində milli komandaya elə həmin Kosovonun qarşısında oynamağa tab gətirə biləcək bir normal oyunçu yetişdirmədiklərinə görə...

Bəli, Qurban Qurbanovu səhv taktikaya görə mühakimə etmək olar, “Qarabağ” və milli kimi iki böyük məsuliyyəti olan komandanı eyni anda çalışdırdığına görə qınamaq da. Amma qınanası, mühakimə olunası bir ciddi ünvan daha var - AFFA. Ölkədə futbola birbaşa cavabdeh olan qurum. Onların elə dünən məğlub olduğumuz Kosovodakı həmkarlarının təşkilatçısı olduğu daxili çempionatda müxtəlif bölgələrdən düz 12 komanda oynayır. Ölkənin heç 2 milyon əhalisi yoxdur. Bu gün-sabah bizim əhalimizin sayı 10 milyona çatacaq. Çempionatımızda isə cəmi 8 komanda var. Onların sırasında isə “Qəbələ”ni, məcburiyyətdən Bakıda oynayan “Qarabağ”ı çıxmaqla bir bölgə təmsilçisi yoxdu. Kosovoda isə bütün bölgələrdə futbol var – gələcəkdə Avropada samballı klublarda oynayacaq oyunçular yetişdirirlər. Bizdə isə AFFA 7-8 yaşlı uşağın əyninə 56 yaşlı Lippert boyda “nakidka” geyindirib şəklini hər yerdə paylaşır ki, uşaq futbolunu inkişaf etdiririk. Adını da qoyurlar futbol festivalı. “Festival”dan sonra o uşaqların futbol aqibəti necə olur? Azərbaycanın bütün bölgələrində olmayan uşaq futbol məktəblərinin durumu bu suala cavab verir...

Ona görə də qınamayın məşqçini, yeri gəlsə, elə futbolçunu da. Yetişmir bizdə oyunçu, yetişdirmirlər. Son illər millidə ən sabit çıxış edən futbolçumuz 26 yaşlı Qara Qarayevdir. Hətta o özü belə etiraf edir ki, ortabab xarici klubdan oynamaq təklifi almayıb. Amma xarici futbol məktəblərində yetişsələr belə, Kosovonun “Latsio”, “Manşester Siti”də oynayan futbolçuları var.

Yaxın qonşumuz Gürcüstan millisinin bugünkü heyətində isə 23 oyunçudan düz 21-i xarici çempionatlarda oynayır. Hamısı da kasıb Gürcüstan futbolunun yetirməsidir. Ona görə də onlar artıq Millətlər Liqasının final mərhələsindədir. Yəqin ikisindən biri “Avro-2020”nin final mərhələsinə də vəsiqə qazanar, bəlkə gəlib Bakıda Olimpiya Stadionunda da oynayar. Biz də hamımız, AFFA daxil kollektiv sürətdə ona azarkeşlik edərik...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)