İnqilablar beşiyindən fəlakətlər eşiyinə
Napaleon, Emil Zolya və Notr-Damın yanan damı...
Vüsal BAĞIRLI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Fransanın qatı ermənipərəst baş naziri
Attalın yəhudi əsilli olması heç nəyi dəyişmir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
Murun İrəvan səfəri
“MI-6” rəhbərini Ermənistana gətirən səbəb
-
Ya fransız olun, ya da fransız...
Cinsi azlıqlara haqq tanıyan Makron, etnikləri gömür
-
Murun İrəvan səfəri
“MI-6” şefinin “ayaq izləri” hara aparır?
-
Fransada dəhşətli yanğın
Çoxlu insan, o cümlədən uşaqlar həlak olub
-
1 milyon funt-sterlinq qazanıb
Vəzifədən getməsi Boris Consona düşüb
-
Mühafizəkar ingilislər bəyənmirlər
Ailəsi haqqında serial şahzadə Harrinin populyarlığını minimuma endirib
-
Makrona maxinasiya şoku
“McKinseygate” qalmaqalı ilə bağlı araşdırmalar başladı
-
“Onsuz da öyrənmək çətindir”
Bricit Makron fransızcanın müdafiəsində ...
-
La-Manşda qayıq batıb
30-50 arası miqrantın axtarışına başlanılıb
-
AİHM Fransanı təqsirli bilib
Rəsmi Paris hər ailəyə 7150 avro təzminat ödəyəcək
-
Paris qaranlığa qərq oldu
İşıqları kəsilən əhali yanğınsöndürənlərə zəng edib
-
Almaniyada skandallar həftəsi ...
Ölkə tarixinin ən böyük maliyyə qalmaqalının məhkəməsi başlayır
-
Günün günorta çağı “sübh basqını”
Almaniyada üsyançılara qarşı əməliyyatlar davam edir
-
“Onu asanlıqla aldadırlar”
İranlı nazir: “Makron MKİ tərəfindən idarə olunur”
Nə işdirsə, hər il Fransada, Parisdə ağlasığmaz, qeyri-adi hadisələr baş verir. Parisi bu cəhətdən bizim Bakıya da bənzətmək mümkündür.
Keçən il şəhəri sel-su götürüb gedirdi. Aramsız yağan yağışlar Sena çayını daşırmış, şəhərin kanalizasiya xətləri gur axının öhdəsindən gələ bilməmiş, küçə və prospektlər isə axar kanallara çevrilərək su altında qalmışdılar. Özü də həmin kanalizasiya yolları ki, onların unikal dolanbacları, qeyri-adi labirintləri haqqında Viktor Hüqonun məşhur “Səfillər”ində də bəhs olunur.İndi isə Parisin və xristianlığın simvolu olan məşhur Notr-Dam kilsəsi od tutub yanır. Şahidlərin söylədiyinə görə, ərşə ucalan qalın tüstü burumlarını paytaxtın ən ucqar nöqtələrindən belə müşahidə etmək mümkündür. Qotik üslubda tikilmiş ilk kilsələrdən hesab olunan qədim bina artıq uçma təhlükəsi ilə də üz-üzədir.
Qəribədir, inqilablar beşiyi, yüksək dəb, əsrarəngiz parfümlər, şampan və şərablar diyarı, sevgi şəhəri adicə odun-atəşin əlində aciz qalmışdır.
Deməli, Napaleon Moskvaya kimi gedib çıxır, Didro, Russo, Volter və Monteskyo rasionalizmi, ağılı, elmi ön plana çəkərək bütün Avropanı maarifləndirirlər, Fransa dünyaya Emil Zolya, Ki de Mopassan, Balzak, Merime kimi dahilər bəxş edir, amma fransız xalqı yanğınla bacara bilmir.
Əslində Bakıda da ara-sıra bu cür yanğın hadisələri baş verir. Və bizdə də bu yanğınları nədənsə, həmin obyektlər yanıb kül olduqdan sonra söndürmək mümkün olur.
Əlavə edim ki, yerli kanallarımızın (bu dəfə televiziya nəzərdə tutulur) operativ və gərgin işi bizi son dövrlər daha çox Almaniyanın dağılması barədə xəbərlərlə məlumatlandırırdı. Fəqət, bu dəfə ənənənin dəyişərək Parisə doğru istiqamətlənməsi hansısa sirli, mistik hadisələrdən, fövqəl böhranlardan soraq verir.
Bax, əsrin əvvəllərində Parisi partlatmaq üçün min cür plan, fitnə-fəsad qurub, dərviş-cadugər çağırırdıqsa, indi belə şeylərə qətiyyən ehtiyac qalmır. Qos-qoca şəhər göz önündə batır, dağılır. Paris yox e, lap elə bütün Avropa, qatar kimi ard-arda düzülmüş domino effektli bəd xəbərlərlə bizi əməlli-başlı çaşdırır.
Bir də görürsən Kataloniya İspaniyadan ayrılır, yaxud Brexit Britaniyanı maliyyə krizisiylə üz-üzə qoyur. Sonra Polşa avrobürokratiyaya yox deyərək Birliyə üsyan edir, Yunanıstan iqtisadi böhranları, inflyasiya və işsizliyi ilə xroniki Avropa xəstəsinə çevrilir.
Bir sözlə, Almaniya, Fransa, İspaniya bir yana qalsın, heç Avropa özü belə bizə həsəd aparır. Mayakovski demişkən, “alın a, yana-yana qalın a...”
Amma, bir şeyi də unutmayaq ki, hər böhran növbəti şaquli sıçrayışın, qəfil inkişafın təkanıdır.
Vüsal BAĞIRLI