Beynəlxalq Bank müflis olacaqmı?
Bleflərin toqquşması və ya xarici kreditorlar ən iri bankımıza hansı səs çoxluğu ilə rəhm etməlidir?
Əkrəm HƏSƏNOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Kredit faizləri niyə yüksəkdir?
Mərkəzi Bank sistemli tədbirlərinə ehtiyac var
-
Beynəlxalq Bank Ali Məhkəmədə də uduzdu
Dollar əmanətləri üzrə faiz dərəcəsinin birtərəfli qaydada endirilməsi qanunsuz hesab olundu
-
Beynəlxalq Bank məhkəməni uduzdu
Dollar əmanətləri üzrə faiz dərəcəsinin birtərəfli qaydada endirilməsi qanunsuz hesab olundu
-
Dollar borclularına muştuluq
Məhkəmə devalvasiyanı şəraitin əhəmiyyətli dəyişməsi hesab etdi və ya Beynəlxalq Bank Prezidentə qarşıdır?!
-
«Hörümçək toru» əməliyyatı
Cahangir Hacıyev yenidən istintaqa cəlb edilir
-
«İndi bütün Azərbaycan bizə borcludur»
Qazaxıstanlı nazir Azərbaycan Beynəlxalq Bankında itmiş vəsaitlərini yada saldı
-
Beynəlxalq Bank «mandraj»da
Dollar krediti olanlar yaxında «şad xəbər» alacaq!
-
Beynəlxalq Bank özünü itirib
Deyəsən dollar krediti olanlar yaxında şad xəbər alacaqlar!
-
«Dedim qohumdur, yəqin məni tutdurmaz»
«Dəmirbank»ın fırıldaqçılıqda günahlandırılan sabiq filial rəhbəri danışdı
-
Fatma Abdullazadə haqda şok iddia
Sabiq şöbə müdirinin Beynəlxalq Banka 50 milyon dollar kredit borcu olduğu deyilir; Fazil Məmmədovun 1 milyonunu qaytarmadığı iddiası və daha nələr...
-
Bağlanan bankın müştəriləri təlaşda
«Dəmirbank»dakı pulların aqibəti necə olacaq?
-
Beynəlxalq Bank cığallıq edir
Əmanətçilərə bəd, dollarda borcu olanlara isə şad xəbər, yaxud bank sistemini silkələyəcək avantüra
-
Beynəlxalq Bank cığallıq edir
(əmanətçilərə bəd, dollarda borcu olanlara isə şad xəbər! Bank sistemini silkələyəcək avantüra!)
-
«Onlar milyardları belə taladılar»
Hafiz Məmmədov yazır: «Bu, gülməli vəziyyətdir - pulları «Heaney» alır, ancaq ödəyən mən oluram?»
-
Manat ABŞ dollarına nisbətdə möhkəmlənir
Qeyri-neft sektorunda 2.5 faizlik iqtisadi artım var
-
«Texniki dəstək verməyə çox şad olarıq»
Avropa bankı ABB-nin səhmdarı ola bilər
Bir həftə öncə məlum oldu ki, Azərbaycan Beynəlxalq Bankı (ABB) bizi aldadıb. 1 milyard dollardan çox zərəri olan bu bankın ödəmə qabiliyyəti yoxdur, buna görə də xarici borclarını artıq ödəmir. Bu səbəbdən də öhdəliklərinin restrukturizasiyasını (şərtlərinin dəyişdirilməsini) elan etdi. Lakin bu restrukturizasiyanın həqiqi mahiyyətini bizə tam açıqlamadı. Dedi ki, sadəcə 18 kreditor qarşısında olan 3,337 milyard dollar məbləğindəki borcu dövlətin üzərinə keçəcək, vəssalam. Amma 23 may tarixində Londonda xarici kreditorlarla görüşdən sızan məlumata əsasən dövlət ABB-nin borclarını o şərtlə üzərinə götürməyə hazırdır ki, həmin borclar üzrə kreditorlar bizə güzəştlərə (məbləğdə, müddətdə, faiz dərəcəsində) getsin. Başqa sözlə, dövlət ABB-nin borclarını olduğu kimi üzərinə götürməyə hazır deyil. Bankın ilkin məlumatı yalan idi!
Bəs əgər xarici kreditorlar güzəştə getməsə, nə baş verəcək? İki variantdan biri: 1) dövlət borcları tam və olduğu kimi üzərinə götürəcək ki, bankı xilas etsin (və bu halda belə çıxacaq ki, hökumət xarici kreditorlarla danışıqlarda uduzdu); 2) bank müflis elan olunacaq.
Əslində, ikinci variantın baş verməsi ehtimalı azdır, çünki ABB-nin müflisliyi ölkəmizin maliyyə sisteminə ciddi zərbə olacaq. Bunu xarici kreditorlar da gözəl bilir və buna görə də danışıqlarda çox sərt mövqe nümayiş etdirəcəklər. Yəni hökumətimizin xarici kreditorlara «xox gəlməsi» («Baxın ha! Razı olmasaz, bankı müflis elan edərik və pulunuz tam batar!») uğursuz ola bilər. Xarici kreditorlar soyuqqanlı cavab verə bilər: «Müflis elan edin, baxaq görək necə edirsiz!» Yəni hər iki tərəf blef edə bilər: hökumətimiz özünü elə apara bilər ki, guya bankın müflisliyindən qorxmur, xarici kreditorlar isə pullarının tam bata bilməsindən qorxmadıqlarını nümayiş etdirə bilər. Bir sözlə, gözümüzün qarşısında əsl triller baş verir!
Bu fonda digər mühüm məsələ xarici kreditorların qərarının hansı səs çoxluğu ilə qəbul edilməsidir. ABB və onun cari «rejissoru» olan Maliyyə Bazarlarına Nəzarət Palatası deyir ki, guya tələblərin ən azı 2/3 hissəsinə (3,337 milyard dollardan təxmini 2,235 milyard dollar edir) malik olan kreditorların razılığı kifayətdir. Xatırladıram ki, 1 milyard dollar tələbinin sahibi elə bizim Neft Fondumuzdur. Deməli, 17 xarici kreditora aid olan qalan 2,337 milyard dollar tələbinin yarıdan bir az çoxunun sahibi razılıq versə, bütün 3,337 milyard dollar tələbi hökumətimizin təklifi əsasında restrukturizasiya olunacaq və azlıqda qalanların mövqeyinin əhəmiyyəti olmayacaq. İstisna deyil ki, hökumətimiz 2/3 səs çoxluğunu qazanmaq üçün müəyyən xarici kreditorlarla artıq separat razılığa gəlib.
Lakin bu mövqenin hüquqi əsasları çox şübhəlidir. Belə ki, ABB və Palata «Banklar haqqında» Qanuna bu ilin aprel ayında tez-tələsik daxil edilmiş 57-11.11-ci maddəyə istinad edir. Həmin maddədə həqiqətən deyilir: «Tələbləri restrukturizasiya planına daxil edilmiş kreditorlar tərəfindən restrukturizasiya planının təsdiq edilməsi üçün restrukturizasiya planına əsasən restrukturizasiya edilməsi nəzərdə tutulan tələblərin ən azı üçdə iki hissəsinə malik olan kreditorların razılığı tələb edilir».
Amma sözügedən maddə Mülki Məcəllənin 421.1-ci və 522.2-ci maddələrinə ziddir (aprel ayında qanuna düzəlişlər qəbul ediləndən bu barədə dəfələrlə fikrimi bildirmişəm). Belə ki, 421.1-ci maddədə deyilir: «Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür». 522.2-ci maddədə isə vurğulanır: «Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur». Yəni Məcəlləyə əsasən qərar 2/3 səs çoxluğu ilə deyil, yekdil qəbul edilməlidir. Xatırladıram ki, «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununun 2.5-ci maddəsinə müvafiq olaraq Mülki Məcəllə digər məcəllə və qanunlardan üstün hüquqi qüvvəyə malikdir, buna görə də «Banklar haqqında» Qanunun sözügedən maddəsi əhəmiyyətsizdir. Bir sözlə, ABB-nin bütün kreditorlarının razılığı tələb olunur. İstisna deyil ki, bu səbəbdən azlıqda qalmış xarici kreditorlar 2/3 səs çoxluğu ilə qəbul edilmiş qərarı mübahisələndirə bilər. Bu halda məsələ şişə, böhran dərinləşə və nəticədə ABB-nin müflis elan olunması yenidən gündəmə gələ bilər.
ABB-nin mümkün müflisliyi kimin üçün təhlükəlidir? Yalnız xarici kreditorlar üçünmü? Xeyr! Bu bankda pulu olan bütün fərdi sahibkarlar və hüquqi şəxslər üçün! Onlar real olaraq pullarını itirə bilər! Fiziki şəxslər üçün isə təhlükə yoxdur! Çünki əmanətlərin sığortalanması ilə yanaşı dövlət ABB-nin əsas səhmdarı kimi Mülki Məcəllənin 950.1-ci maddəsinə uyğun olaraq fiziki şəxslərin əmanətlərinin qaytarılmasına görə məsuliyyət daşıyır. Buna görə də bu problem həllini tapanadək ABB-nin korporativ müştərilərinin (kreditorlarının) başı ciddi dərddədir...