vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AVROPA  
20:55 | 2 iyul 2017 | Bazar Məqaləyə 5140 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Britaniyanı maral basıb

Dumanlı Albionda canavara təcili ehtiyac yaranıb

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Telegraph» yazır ki, Britaniyada indi canavar və ayını yalnız nağıl kitablarında görmək olar. Amma ölkənin Canlı Meşə Cəmiyyəti 20 ilin içində bu vəhşi heyvanları nağıl kitablarından canlı təbiətə gətirməyi planlaşdırır.

Bu cəmiyyətin kökü kəsilmiş heyvanları təbiətin qoynuna qaytarmaq təcrübəsi az deyil. İndiyədək qunduz, su siçovulu, ağac safsarı və süleysün, bir vaxtlar kökü kəsilsə də təkrar Britaniya canlı təbiətinə reinteqrasiya edilib.

Ötən mart ayında cəmiyyət özünün Askotdakı 80 hektarlıq meşə-parkına İsveçdən 6 canavar gətirib. Bunlar sınaq qrupudur. Alimlər bu heyvanları müşahidə edir, ölkə təbiətinə necə alışdırqlarını öyrənirlər.

Lakin ən maraqlısı budur ki, canavar və ayılar dinc Britaniya təbiətinə tam praktik məqsədlərlə gətirilir.

Ekoloqlar bunu Britaniya adalarında ifrat çoxalmış maral populyasiyasına təbii nəzarət adlandırılar.

Normal dildə isə bu o deməkdir ki, vəhşi heyvanlar sayları 1, 5 milyon başa çatmış maral əhalisinin bundan sonrakı artımını «dayandırmalıdır». Bu, son min ildə Britaniyada maral populyasiyasının ən böyük artımıdır.

Məsələ burasındadır ki, Britaniyada təbii düşməni olmayan marallar sürətlə artır və yaşıllığa böyük ziyan vururlar.

Bundan başqa marallara görə ildə 50 min yol-qəza hadisəsi baş verir. Hər il marallarla əlaqəli insidentlərdə 20-dək insan həlak olur.

Canlı Meşə Fondunun (Wildwood Trust) icraçı direktoru Peter Smit (Peter Smith) yaxın bir-iki ildə vaşaqın Britaniya təbiətinə qaytarılması niyyətindədir.

Qarşıdan gələn 20 ildə canavarlar, daha 50 il ərzində isə ayılar Dumanlı Albionun meşələrinə sakin olmalıdır.

Lakin buna görə əvvəlcə Təbiətin Mühafizəsi Beynəlxalq İttifaqının (The International Union for Conservation of Nature) təkrar «vəhşiləşdirməyə» dair protokollarının tələblərinə əməl edilməli və İngiltərə Təbiət Təşkilatından lisenziyalar əldə edilməlidir.

Cənab Smit deyir ki, bu heyvanlar vaxtilə adaların təbii sakini olublar və onların bu məkana qaytarılması ekologiyaya hədsiz xeyirlər verə bilər.

Alim bildirir ki, «canavar və vaşaqlara görə maralların davranışı dəyişəcək və onların sayı təbii yolla azalacaq, yaşıllıqlar yenidən canlanacaq».

«Bütün Avropada canavar var və onlar heç bir problem yaratmır» - deyir Smit.

Cənab Smit bildirir ki, Britaniyada canavarın kökü 300 il bundan əvvəl çobanlar tərəfindən kəsilib.

Lakin onların Britaniya təbiətinə qaytarılması üçün çağırışlar artıq 1999-cu ildən edilir. O vaxt «Aberdeen» Universitetinin zoologiya mühazirəçisi doktor Martin Qorman (Martyn Gorman) deyirdi ki, Şotlandiya meşələrini 350 min maralın «zülmündən» qurtarmaq üçün canavarı qaytarmaq lazımdır. Amma elə o vaxt da buna ən ucadan etiraz edənlər fermerlər oldu.

Sonradan bu məsələ 2007-ci ildə «London Imperial College» tərəfindən təkrar qaldırıldı.

«The Telegraph» yazır ki, 1995-ci ildə ABŞ-ın Vyominq ştatındakı Sarı daş (Yellowstone) parkında canavarların təkrar təbiətə buraxılması ekosistemi əhəmiyyətli dərəcədə tarazlayıb. Onların bu əraziyə gətirilməsi ilə populyasiyası aşıb-daşan gəyiklər daha yüksək məkanlara, dağ və dağətəyi ərazilərə qalxıblar. Nəticədə bitki aləmi canlanmağa başlayıb.

Hazırda Vaşaq Fondu Şotlandiyada vəhşi pişiklərin bərpası üçün kampaniya aparır.

Bir vaxtlar vaşaqlar da Britaniya təbiətinin ayrılmaz hissəsi olub. Lakin burada son vaşağı hardasa 700-cü ildə ovlayıblar.

Avropanın bir sıra yerlərində də vaşaqların yenidən artırılması uğurlu olub. Burada son 15 ildə İberiya vaşağının populyasiyası üç dəfə artıb. İberiya vaşağı təxminən it boydadır və əsasən dovşanlarla qidalanır.

Hazırda Vaşaq Fondu bu heyvanların Şotlandiya və İngiltərəyə gətirilməsi üçün rəsmi orqanlardan icazə gözləyir.

Lakin yenə də Milli Fermerlər İttifaqı bu ideyaya qarşı çıxıb. Fermerlər iddia edirlər ki, canavar və vaşaqlar maralları yox, ilk növbədə qoyunları, ev heyvanlarını və hətta insanın özünü ovlayacaqlar.

Bununla belə bəzi təbiətçilər deyirlər ki, qoyunların fermalardan qaçaraq vəhşiləşməsi getdikcə daha böyük problemə çevrilir. Onların fikrincə, vaşağın qaytarılması hətta şəhərlərin küçələrində gəzən tülkü əhalisinin sayını nizamlayacaq.

Mübahisələr davam edir, lakin İsveçdən gətirilmiş 6 canavar - Elvis, Sting, Lemmy, Moby və onların PJ və KD adlı bacıları artıq Britaniya torpağına sakindir.