vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ENERGETİKA  
13:13 | 11 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 1804 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə «Qazprom»la razılığa gəldi

«Türk axını»nın quruya çıxacağı coğrafiya aeaşıdırılır

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə öz ərazisində «Türk axını»nın maliyyələşdirilməsi üzrə Rusiyanın «Qazprom» şirkəti ilə razılıq əldə edib. Bu barədə Türkiyənin «Botas» dövlət boru kəməri şirkətinin baş direktoru Burhan Özcan bazar ertəsi İstanbulda keçirilən 22-ci Dünya neft konqresinin meydanlarında «RİA Novosti»yə bildirib.

«Biz onlarla bu məsələ ilə bağlı artıq razılığa gəlmişik. Lakin mən hər hansı bir rəqəm – bunu hansı faiz nisbətində edəcəyimizi açıqlaya bilmərəm», - deyə o bildirib.

Onun sözlərinə görə, «Türk axını»nın ikinci qolu üzrə icazə alınması prosesi müsbət tərzdə davam edir, orada heç bir sualtı maneə yoxdur».

O, həmçinin qaz kəmərinin Türkiyənin hansı rayonunda quruya çıxarılacağına dair suala cavab verib. «Razılıq əldə olundu ki, çıxış Frakiya vilayətinin Kıyıköy rayonundan (Türkiyənin Avropa hissəsi) olsun və müxtəlif şayiələrə baxmayaraq, bu coğrafiyada heç bir dəyişiklik yoxdur. Lakin çıxışın məhz bu yaşayış məntəqəsində və ya haradasa yaxınlıqda olacağını indi demək olmaz. Orada həm quruda, həm də dəniz tərəfdən mühəndis işləri davam edir, burada heç bir problem yoxdur», - deyə Özcan bildirib.(«Report»)