vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ENERGETİKA  
13:30 | 9 avqust 2017 | Çərşənbə Məqaləyə 1708 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yeganə hədəf qazdır»

«Türkmənistan mavi yanacağının İran və Ermənistan üzərindən Avropaya daşınması utopik ideyadır»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Türkmənistan prezidentinin Azərbaycana səfəri Ermənistanda da diqqətlə izlənilir». Bu sözləri «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu özünün «Facebook»dakı səhifəsində yazıb.

Siyasi şərhçi işğalçılıq siyasəti ucbatından əli bütün iri regional layihələrdən üzülən İrəvanın gözünü türkmən qazına dikdiyini bildirib: «Ermənistan türkmən qazını İrandan alaraq Gürcüstan üzərindən Avropaya çatdırmaq istəyir. Bu ideyanın utopiya olmasına baxmayaraq, İrəvan ümidini itirmir. Məsələn, Sərkisyan Ruhaninin andiçmə mərasimində iştirakından istifadə edərək iranlı həmkarı ilə söhbətində İran-Türkmənistan-Ermənistan formatından da söz açıb. Bu formatın yeganə hədəfi qazdır.

Bundan əvvəl isə Ermənistanın baş naziri Karen Karapetyan bu ilin yanvarının eyni günündə həm İranın, həm də Türkmənistanın İrəvandakı səfirləri ilə görüşüb. Böyük ehtimalla, mövzu yenə eyni olub. Türkmənistan qazının İran və Ermənistan üzərindən Avropaya daşınması ideyası utopiya olsa da, rəsmi Bakı diplomatik kanallarla Aşqabad, Tehran və yaxın müttəfiqi Tiflisə mesaj göndərməlidir ki, Azərbaycanın maraqlarının əleyhinə addım atmasınlar. Azərbaycanın maraqlarını isə onlar yaxşı dərk edirlər: Ermənistan işğala son qoymayana qədər bütün regional layihələrdən təcrid olunmalıdır».