«Türkiyə onu buraxmaz»
Çingiz Hüseynzadə: «Ramil indi qəhrəmandır, 6 il əvvəl isə fərarilik etmişdi»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Ramil Quliyev barədə dediklərimin arxasında dururam»
Çingiz Hüseynzadə: «19 yaşında, hələ bir nəticə göstərmədən Federasiyanın təqdimatı ilə mənzil almışdı»
-
«Vətənimdən heç vaxt incikliyim olmayıb»
Ramil Quliyev: «Türkiyədən əvvəl Rusiyadan təklif almışdım, amma...»
-
«Ramilə şər atırlar»
Dünya çempionunun qardaşı: «O, daha yüksək nəticələr göstərməyi arzuladığı üçün Türkiyəyə getdi»
-
«Azərbaycana gəlsən həbs olunacaqsan»
Ramil Quliyevi təhdid ediblər?
-
«Azərbaycana qayıtmağa hazıram»
Ramil Quliyev: «Bilirdim ki, xalqım məni dəstəkləyəcək»
-
Ərdoğan da Ramil Quliyevi təbrik elədi
Dünya çempionu: «Azərbaycan bayrağını qaldırmaq arzum idi və mən bunu elədim»
-
«Ən böyük istəyim idi»
Ramil Quliyev: «Azərbaycan bayrağıyla tur atmaq kimi bir duyğum vardı»
-
«Növbədə Olimpiya Oyunlarıdır»
Ramil Quliyev: «İlk üçlükdə gəldiyimi bilirdim, ancaq hansı yerdə olduğumdan əmin deyildim»
-
«Elə bildim, 3-cü gəlmişəm»
Ramil Quliyev: «Bəlkə gələn yarışda hamı mənə baxacaq»
-
«Səninlə fəxr edirik»
Prezident İlham Əliyev Ramil Quliyevi təbrik etdi
-
«Bu şok deyil, amma real kimi də görünmür»
200 metr məsafəyə qaçış üzrə qızıl medalın sahibi olan Ramil Quliyev: «Dünya çempionu olmağıma çox şadam»
-
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin binasında Yüngül Atletika Federasiyasının prezidenti, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin mətbuat konfransı keçirilib.
Virtualaz.org-un əməkdaşı xəbər verir ki, Ç.Hüseynzadə hazırda Azərbaycanda yüngül atletika ilə məşğul olmaq üçün zəruri şəraitin olmadığını etiraf edib.
«Ramil deyirdi ki, Bakıdakı manej soyuqdur. Bəli, manejimiz bu gün də soyuqdur. Bütün Azərbaycanda cəmi iki qaçış cığırı var. Federasiya bunları tikə bilməz. Atletika nə boksdur, nə də güləş ki, zalda məşğul olasan. Atletikada stadion lazımdır. Buna görə də, idmançılarımız xarici ölkələrdə məşq edir.
Federasiya ictimai təşkilatdır. İdmançılar federasiyadan maaş almır. Federasiya tikinti ilə məşğul olmur. Bunları dövlət etməlidir.
Yenə də Ramili xatırlamaq istəyirəm. O, «Fənərbaxça»da çıxış etməyə başladı. Biz onu Azərbaycan çempionatında iştirak etməyə dəvət etdik, bu zaman məlum oldu ki, o, artıq Türkiyə vətəndaşıdır.
Vətəndaşlığını dəyişdikdən sonra onun üç il ərzində iri yarışlarda iştirak etmək hüququ yox idi. Ramilin karantini iki il sürdü, çünki artıq bir il idi ki, Türkiyə vətəndaşlığını almışdı.
Ramil qəhrəmandır və biz onu qəhrəman kimi qəbul edirik. Bu gün bunu dana bilmərəm. Bəli, onu qaçışa biz öyrətmişik. Budur, Tofiq Əliyev, onun məşqçisi. İndi zaldadır. Ramil heç yerdə onun adını çəkmir. O, bir çox şeyləri yada salmır. Hardasa deyib ki, ona mənzil veriblər? Bəs burada nə qədər mükafat aldığını?!
Ramil uşaqlıqdan Rusiyaya getmək istəyirdi. Özü də etiraf edir ki, Rusiyada çıxış edə bilərdi. O vaxt onların federasiya prezidenti Valentin Balaxniçev mənə demişdi ki, Azərbaycan federasiyası ilə münasibətləri korlamaq istəmir və Ramilə rədd cavabı vermişdi.
Rusiya buna getmədi, Türkiyə isə getdi. «Fənərbaxça»ya onu biz göndərmişik. «Neftçi»dən. Biz ona görə heç nə istəmirdik. Halbuki istəyə bilərdik. Ramilin anası və qardaşı özündən əvvəl Türkiyəyə köçmüşdülər.
«Neftçi» Ramilə 3 min manat təklif etmişdi. Başqa heç kimə belə təklif olunmamışdı. Mən indi rəqəmləri açıqlamaq istəmirəm. Bəli, münaqişə olmuşdu. Allah Ramilin atası Eldar Quliyevə rəhmət eləsin. O, bircə dəfə də olsa, federasiyadan narazılıq etməmişdi».
Federasiya prezidenti hesab edir ki, Ramilin Azərbaycana qayıtması hazırda qeyri-mümkündür.
«Türkiyə onu buraxmaz. Bu real deyil. O, həmin ölkənin vətəndaşıdır və bundan imtina etməz. Ramil qayıtmağa hazırdırmı? Qoy qayıtsın. Onu qaytarmaq üçün biz Türkiyə federasiyasına rəsmən müraciət etməliyik. Müraciət etsək, Türkiyə buna rədd cavabı verəcək. Qoy Ramil özü bizə desin ki, qayıtmaq istəyir. O, Türkiyə vətəndaşıdır. Mən Ramil Quliyevə necə deyə bilərəm ki, Türkiyə pasportundan imtina et».
Çingiz Hüseynzadə qeyd edib ki, Ramil dünya çempionatında elə də yüksək nəticə göstərməyib. Finalda Ramilin rəqibləri arasında güclü idmançılar olmayıb. Getlin və Bolt iştirak etməyiblər. Ramil çempion olsa da, şəxsi rekordunu təzələyə bilməyib.
«Əlbəttə, Ramil Azərbaycanda yüngül atletikanın inkişafına kömək edəcək. Uşaqlarımız inanacaq ki, dünya çempionu olmaq mümkündür. Yüngül atletlər dünyanın ən varlı adamlarındandır. Onlar ildə rahatca 1-2 milyon qazanırlar. Dünya çempionatındakı qələbəyə görə Ramil təşkilatçılardan 60 min dollar alıb.
Ramilin Bakıya gəlişini təşkil edəcəyikmi? O özü də bura gəlir. İslam Oyunlarına kimi Ramil Bakıda hazırlaşırdı. Onun məşqçisi Oleq Muxin də tez-tez gəlir. Bunda bir problem yoxdur.
Türkiyədə Ramilə illik 340 min manat xərcləyirlər? Bu pulların böyük hissəsi onun Antalyadakı «Qloriya» hotelində qalmasına gedir. Ramil İstanbulda yox, Antalyada məşq etmək istəyir. Həmin hoteldə isə qalmağın 1 sutkası isə 117 avrodur», - Çingiz Hüseynzadə bildirib.