vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
12:10 | 16 sentyabr 2017 | Şənbə Məqaləyə 2534 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyədə pilot böhranı

Kütləvi həbslər hərbi aviasiyanı çətin vəziyyətdə qoyub, xidmət 13 ildən 18-ə qaldırılıb, ehtiyatda olanlar ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən ayın sonunda imzaladığı fövqəladə fərman ölkənin mülki aviasiyasında həyəcan yaradıb. «The Financial Times» yazır ki, prezident baş tutmamış çevriliş cəhdinin ardınca repressiyalara məruz qalmış hərbi təyyarəçilərin yerini mülki aviasiyanın pilotları ilə doldurmağa çalışır. Fövqəladə fərman keçmiş qırıcı təyyarə pilotlarının orduya qayıtmasını tələb edir və əks halda onların uçuş lisenziyalarından məhrum ediləcəyini bildirir.

Hazırda mülki aviasiyada işləyən keçmiş hərbi təyyarəçilərin əksəriyyəti fərmandan narazılıq edir. Müşahidəçilərin fikrincə repressiyalar Türkiyə hərbi hava qüvvələrində elə acıncaqlı vəziyyət yaradıb ki, hökumət ən az ağla gələn vasitəyə əl atıb.

«Financial Times» yazır ki, bəzi F-16 və F-4 pilotlarının iyul çevrilişi cəhdində iştirakına görə yüzlərlə pilot həbsxanalara atılıb və nəticədə NATO-nun ikinci böyük ordusu pilot çatışmazlığı problemi ilə üzləşib. Bu pilot qıtlığı təkcə Türkiyənin hərbi hava qüvvələri yox, həm də türk pilotlarla təlim keçən NATO ekspertlərini narahat edir.

Ekspertlər bildirirlər ki, Türkiyə hərbi hava qüvvələrinin indiki döyüş hazırlığı vəziyyəti böhranlıdır. Çevriliş cəhdinin ardınca 600-dək hərbi təyyarəçinin həbs edildiyi və ya ordudan qovulduğu təxmin edilir. Qərb hərbi rəsmilərinin təxminlərinə görə Türkiyədə 600 döyüş pilotu ya həbs edilib, ya da silahlı qüvvələrin sıralarından qovulub.

Əgər Türkiyə qırıcılarının PKK-ya qarşı əməliyyatlara havadan dəstək verdiyi, Egey dənizi üzərində patrul uçuşları etdiyi, habelə Suriya və İraqda koalisiya əməliyyatlarında iştirakı nəzərə alınarsa, yaranmış vəziyyətin ağırlığı başa düşülər.

Kütləvi həbslərə təkcə pilotlar yox, təlimatçılar və başqa zabitlər də məruz qalıblar. Üstəlik bütöv aviasiya məktəbləri bağlanıb. Qəzet yazır ki, hətta çevriliş cəhdindən əvvəl də Türkiyə hərbi hava qüvvələrinin səviyyəsi ürəkaçan deyildi. Ərdoğan hökuməti hərbiyyə sıralarında ixtisarlar həyata keçirmiş və 2012-ci ildə hərbi təyyarəçilər üçün xidmət müddətini 15 ildən 13 ilə endirmişdi. Elə o vaxt ordu sıralarını tərk edən yüzlərlə pilotun yeri boş qalmışdı.

Məhz bu çətinliklərə görə Türkiyə yeni pilotların təlimləndirilməsi üçün müttəfiqlərə, ilk növbədə ABŞ-a üz tutmuşdu. Ankara ABŞ-dan F-16 qırıcıları üçün təlimatçıların göndərilməsini xahiş etmişdi. Lakin ABŞ hərbi hava qüvvələrinin özündə böyük dəyişiklik baş verir. Amerikalı F-16 pilotları ən son modifikasiya olan F-35-lərdə uçmağı öyrənirlər. Bununla əlaqədar Vaşinqton Ankaraya hazırkı vəziyyətdə F-16 təlimatçıları göndərə bilməyəcəyini bildirib.

Avqustun sonlarında Türkiyə hökuməti pilotların xidmət müddətini birdən-birə 18 ilə qaldırıb və 13 ildən sonra ehtiyata buraxdığı pilotları indi zorla yenidən silahlı qüvvələrə gətirməyə çalışır. Hökumət hətta hərbi hava qüvvələrinə könüllü qayıdanlar üçün cəlbedici maaşlar da müəyyən edib. Qırıcı təyyarə pilotlarının maaşları iki dəfə artıralaraq ayda 8 min dollara çatdırılıb. Buna baxmayaraq ekspertlər bütün bu tədbirlərin fayda verəcəyinə inanmırlar.