
Tehran artıq güc mərkəzi deyil
Rejimin rəng korluğu psixoloji impotensiyadan qaynaqlanır
Rejimin rəng korluğu psixoloji impotensiyadan qaynaqlanır
Qarasu çayı kimyəvi maddələrlə çirkləndirlir, əhalinin həyatına təhlükə
Çempion doğma meydana daxil olarkən təpədən-dırnağa Türklük ab-havası yarandı
Ərdəbildə cümə axşamı iş olmayacaq, iş saatları 6:00-13:00 aralığına çəkildi
Türk komandasının qələbəsi fars mərkəzli təşkilatları çox narahat edib
Ərdəbilli yeniyetmə dünyanın ən güclüsü seçildi
Bu millətin, ikiyə bölünmüş VƏTƏNin QƏLƏBƏsidir
Təbrizlilər çempionatın bitməsinə 2 tur qalmış birinciliyini rəsmiləşdirdi
Proqramlaşdırma kitabı Azərbaycan türkcəsinə tərcümə edilib
Fars-molla rejiminin Pezeşkianın Bakıya gəlişi ərəfəsində anti-Azərbaycan tədbiri
Ana dilində təhsil haqqına fars-molla rejiminin əlaltılarının yanaşması
Bir beytlik şeir deyil, milyonlarla türkün boğulan səsi və pozulan haqları söylənməlidir
Quzeyin Güneyə dair hansı konsepsiyası var?
Səfər öncəsi verilən açıqlama Bakıda cavab manevrini genişləndirməyə hesablanıb
Molla Qulamrza Həsəni Sulduzda yaşadığı tarixi özü danışır
Kürd terrorçular şəhəri hücum edib qarşılarına çıxanı öldürürdülər
Dünyanın siyasi xəritəsinin yenidən cızıldığı bir vaxtda bu proseslərə inteqrasiya oluna bilmirik – gecikirik. Gecikmənin əsas səbəbi o taylı-bu taylı millət olaraq bütünləşə, bütövləşə bilməməyimizdir. Söhbət hələ ki, siyasi-coğrafi bütövləşməkdəb getmir. Bu məqsədin reallaşması üçün əvvəlcə düşüncə bütövləşməsi - özümüzü bütöv, vahid millət kimi dərk etməmiz lazımdır. Təfəkkür bütövləşməsinin reallaşmasında güclü media resurslarına, əsasən də TV və radioya ciddi ehtiyacımız var.
İran rejimi öz hüdudlarında internetə çıxışı yasaqladığından bu coğrafiyaya təsir imkanları yalnız peyklə yayınlanan TV və radioya xüsusi ehtiyac yaranır. Quzey Azərbaycan mediası da bu işə müxtəlif səbəblərdən həvəsli görünmür. Bu məsələdə hələ də güclü olan İİR-in təzyiq imkanlarını da nəzərə almaq lazımdır. Lakin bu faktor özünü müstəqil media qurumu kimi təqdim edənlərə haqq qazandırmır. Onların bəziləri İrandan nə zamansa gələ biləcək maliyyənin tamahından, bəziləri isə qeyd etdiyim kimi hələ də milli kimliyini dərketmə səviyyəsinə yetmədiyindən barəsində danışdığım milli bütövləşmə istiqaməti üçün zəruri olan informasiya- təbliğat davasından kənarda qalır.
«Günaz TV» ciddi-cəhdlə çalışsa da, «Amerikanın səsi» radiosu qismən də olsa sözügedən prosesdə iştirak etsə də (təəssüf hissi ilə qeyd edim ki, bir vaxtlar «Azadlıq» radiosu tərəfindən bu mövzuya dair əhəmiyyətli proqramlar yayımlansa da, indi belə verilişləri dinləyə bilmirik. Düşünürəm ki, bu cür layihələri davam etdirməyə indi daha çox ehtiyac var- bu, həmin radionu maliyyələşdirən dövlətin də maraqlarına cavab verər), qeyd olunan missiyanın həyata keçirilməsi üçün kifayət deyil. Bütövləşmə ideyası üçün daha çoxsaylı və daha güclü media resurslarının yaranması və fəaliyyət göstərməsi lazımdır. Həmin media vasitələrinin yaranması üçün külli miqdarda maliyyə vəsaitinə ehtiyac var. Lakin həmin vəsaitə malik insanlarımızda milli kimlik qavrayışının yetkin olmaması sözügedən istiqamətdə addımlar atılmasını ləngidir. Bəs elə isə həmin şəxsləri necə bu işlərə cəlb etməli? Bəlkə böyük yəhudi ideoloqu Teodor Hertselin taktikasından, ya bəyənmədiiymiz erməni-daşnakların fəndlərindən istifadə etməliyik? Ya da güclü, birləşdirici xarizmatik lider çıxmalıdır ki, Qərbin diqqətini cəlb etsin? Başa düşürəm ki, belə bir liderin yetişməsi təbii prosesdir, spontan getməlidir. Lakin yubanırıq. Açığı çıxış yolunu mən də bilmirəm və hörmətli həmkarlarımın bu məsələ ilə bağlı fikirlərini öyrənmək istərdim.
Fikirlərini umduğum alimləri və həmkarları müzakirəyə dəvət edirəm.