Konstitusiya nədir?
İlk «Ana yasa» harada qəbul olunub: Qərbdə, yoxsa Şərqdə?
Əkrəm HƏSƏNOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Heydər Əliyev və TÜRKSOY”
Ümummilli liderin vəfatının 19-cu ildönümünə həsr olunmuş tədbir
-
Başladığı bütün işlərin sona çatdırılacağına inanırdı
Heydər Əliyevin tarixi xidmətlərini zaman keçdikcə daha aydın dərk edirik
-
Azərbaycanda Konstitusiya Günüdür
5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Ana Yasamız
-
2023-cü il “Heydər Əliyev İli” elan edildi
Azərbaycan Prezidenti sərəncam imzaladı
-
Xalq üçün yaşanan bir həyat…
Bu gün Heydər Əliyevin doğum günüdür
-
Bugünkü inkişafın təminatçısı
Heydər Əliyev strateji dövrdə Azərbaycan iqtisadiyyatının bünövrəsini formalaşdırdı
-
Heydər Əliyev nə demişdi?
“SSRİ-ni yada salan heç bir sənədə imza atmaq, tədbirlərə qatılmaq lazım deyil”
-
Təhlükəsizliyimizə keşik çəkən DTX
Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun (Heydər Əliyev)
-
“Müdrik dövlət xadimi, dahi lider, qayğıkeş İnsan...”
Mehriban Əliyeva: “Heydər Əliyevin xatirəsi qəlbimizdə həmişə yaşayacaq”
-
“Qalan 20 faizi də...”
Pompeo İranın “nəfəsini kəsmək” niyyətində qəti olduqlarını açıqladı
-
ABŞ müəyyən nəticələr çıxarıb
İndidən “S-500”lərə köklənmək tez deyilmi?..
-
“Buna məcbursunuz”
Tramp zəng etdi, qiymət düşdü
-
Venesuelaya sanksiyalar bazara təsir edəcək
Bakı görüşünün OPEC+ formatını uzatmağa zəmin yaradacağı gözlənilir
-
Qlobal neft hasilatı azalıb
2019-da qara qızıla tələbat artacaq
-
Azərbaycan nefti ucuzlaşdı
Qiymətlərdə 10 sent düşmə var
-
Diktator ölkəsini blokadaya alıb
Maduronun “başkəsənləri” humanitar yardıma od vurdu, ABŞ ultimatum verdi
1789-cu ildə Fransada qəbul edilmiş «İnsan və vətəndaş hüquqları Bəyannaməsi»ndə vurğulanırdı ki, «hüquqların təminatının mövcud olmadığı və hakimiyyətin bölüşdürülmədiyi cəmiyyətdə Konstitusiya yoxdur». Hələ XIX əsrdə alman sosialisti Lassal deyirdi: «Konstitusiya ölkənin ictimai qüvvələrinin həqiqi nisbətidir». Bu mənada Konstitsuiya bir növ ictimai müqavilədir. Russo məşhur «İctimai müqavilə» əsərində yazırdı ki, Konstitusiyanı imzalamamış insan dövlətin vətəndaşı ola bilməz. 1653-cü ildə ingilis inqilabının lideri Kromvelin həyata keçirə bilmədiyi «Xalq Sazişi» layihəsi məhz müqavilə formasında idi və bütün xalq tərəfindən imzalanmasını nəzərdə tuturdu.
«Xalq Sazişi»nin uğursuzluğuna baxmayaraq, ənənəvi olaraq maddi mənada Konstitusiyanın vətəni məhz indiyədək vahid yazılı Konstitusiyası olmayan İngiltərə hesab olunur. Burada XVII-XVIII əsrlərdə konstitusiyalı monarxiyanın bərqərar olması bir sıra normativ-hüquqi aktın (Habeas Corpus Amendment Act, Bill of Rights və s.) qəbulu və konstitusiya adətlərinin əmələ gəlməsi ilə müşayiət olunurdu.
Formal mənada isə Konstitusiyanın vətəni ABŞ hesab olunur. 1787-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyası sonradan edilmiş 27 düzəlişlərlə indiyədək qüvvədədir. Sırf insan haqları ilə bağlı olan bu düzəlişlərin 10-u artıq 1789-1791-ci illərdə qəbul edilmişdi, çünki bütün diqqəti hakimiyyətlərin bölünməsinə yönəldən Konstitusiyada insan haqlarına əvvəlcə önəm verilməmişdi.
Amerika təcrübəsini nəzərə alan Fransada 1791-ci ildə qəbul edilmiş ilk Konstitusiyada ön plana insan haqları çıxarılmış, hakimiyyətlərin bölünməsi mexanizmi isə sonrakı maddələrdə təsbit edilib. Bizimki də daxil olmaqla müasir konstitusiyalar, bir qayda olaraq, məhz bu strukturu rəhbər tutur. Beləliklə, Fransanı müasir Konstitusiyanın vətəni hesab etmək olar.
Fikir verdinizsə, həm İngiltərənin və ABŞ-ın, həm də Fransanın Konstitusiyanın vətəni olduğunu birmənalı vurğulamadım («hesab olunur», «hesab etmək olar»). Məsələ burasındadır ki, Konstitusiyanın ümumi qəbul olunmuş tarixi həqiqətə uyğun deyil. Əslində, həm maddi, həm də formal mənada ilk Konstitusiya ingilis Konstitusiyasından 1000 ildən də çox əvvəl qəbul olunmuşdu, özü də Qərbdə deyil, Şərqdə.
Məlum olduğu kimi, İslam təqviminin birinci ili olan 622-ci ildə ilk müsəlmanlar Mədinəyə hicrət etmişdilər. Həmin andan şəhər əhalisi müsəlmanlardan, habelə digər ərəb və yəhudi qəbilələrindən ibarət idi. Buna görə də Məhəmməd Peyğəmbər (SAS) bütün şəhər əhlinin qəbul etdiyi Saziş hazırladı. Sazişdə insan haqları və azadlıqları (o cümlədən yaşamaq hüququ və vicdan azadlığı) bəyan edilirdi. Bütün şəhər sakinləri bərabərlik, mərhəmət və ədalət prinsipləri əsasında yaşamalı olan vahid xalq elan olundu. Beləliklə, Konstitusiyanın ilk meyarı – insan haqlarının təminatı – bu Sazişdə təsbit edilmişdi.
Konstitusiyanın ikinci meyarı (hakimiyyətlərin bölünməsi) isə Peyğəmbərin (SAS) vəfatından sonra bərqərar oldu. Qanunvericilik hakimiyyəti müəyyən mənada Peyğəmbərin (SAS) səhabələrindən ibarət olan və Quran və Sünnəyə əsaslanan Şuraya, icra hakimiyyəti seçilmiş Xəlifəyə, məhkəmə hakimiyyəti isə müstəqil qazılara məxsus idi. Bir dəfə ikinci rəşidi xəlifəsi Ömər Qurana zidd olan qayda təsdiq etmək istədikdə, qadınlardan (!!!) biri etiraz etdi. Ömər səhvini etiraf edib qadının haqlı olduğunu dedi. Faktiki olaraq həmin qadın Konstitusiya Məhkəməsi funksiyasını yerinə yetirmişdi. Qazıların müstəqilliyinə nümunə kimi isə dördüncü rəşidi xəlifəsi Əlinin və Osmanlı sultanı Mehmet Fatehin şəriət məhkəməsində müvafiq olaraq yəhudiyə və xristiana məğlub olması haqda məşhur hadisələri göstərmək olar.
Göründüyü kimi, ilk Konstitusiya İslam dünyasında yaranıb. Bu isə o deməkdir ki, VII əsrdən həmin dünyanın tərkib hissəsi olan Azərbaycanın da on dörd əsrlik konstitusional tarixi var. 1998-ci ildə ANS-ə müsahibəsində Konstitusiyamızın qüsurları haqda danışan onun əsas müəllifi Heydər Əliyev (Allah rəhmət eləsin!) vurğulamışdı ki, orada tarixi, milli, mənəvi ənənələrimiz və mentalitetimiz nəzərə alınmayıb.
Yəqin, elə buna görə də xalqımız Konstitusiyanın mahiyyətini tam dərk etmir. Konstitusiya xalqa daha yaxın olmalıdır, hansısa ölkələrin qaydalarını olduğu kimi yamsılamamamlıdır. Məsələn, İsveçrə Konstitusiyasında kəsilən heyvanın qabaqcadan vurulması tələb olunur. Gülməlidir? Adətləri belədir! Konstitusiya ictimai müqavilədirsə, xarici deyil, öz reallığımızı əks etdirməlidir. Yalnız bu halda Konstitusiya real işlək sənəd ola bilər. Belə sənədin müəllifi isə bütün xalq olmalıdır. Çünki hər bir xalq malik olduğu ictimai müqaviləyə layiqdir... Konstitusiyamızın reallığa, reallığın isə Konstitusiyamıza uyğun olacağı ümidi ilə hamını Konstitusiya günü münasibətilə təbrik edirəm!