vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
15:50 | 13 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 2873 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ovu 20-25 il qadağan edilsin!»

Xəzəryanı dövlətlər nərəkimiləri qorumaq barədə razılığa gəlir

MÖVZU İLƏ ƏLAQƏLİ

«Noyabrın 21-23-də Bakıda dövlətlərarası Xəzər dənizi Su Bioresursları Komissiyasının I sessiyası keçiriləcək». Bunu Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.

Onun sözlərinə görə, Xəzər Dənizi Su Bioloji Resursları Komissiyası təsisatlarası komissiya olub: «2014-cü ilin sentyabr ayında Rusiyanın Həştərxan şəhərində keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının IV Zirvə Görüşündə qəbul olunan protokolda Xəzəryanı ölkələrin hökumətlərinə Xəzər Dənizi Su Bioloji Resursları Komissiyasının təsnifatlaşdırıcı statusdan hökumətlərarası statusuna qaldırılması barədə sazişin razılaşdırılması tapşırılıb. 2016-cı ilin ortalarında bu sazişə bütün Xəzəryanı ölkələr qoşulublar. Bu komissiyanın dövlətlərarası statusda ilk komissiyası isə Bakıda keçiriləcək».

İnstitut direktoru qeyd edib ki, ümumilikdə 2011-ci ildən başlayaraq, Xəzəryanı ölkələrin hamısı nərəcinli balıqların sənaye ovuna texniki moratorium tətbiq edir: «Bu, o deməkdir ki, dövlətlərarası saziş olmasa da, biz bir-birimizə bu balıqları ovlamamaq barəsində söz vermişik. Bu balıqlar yalnız balıqartırma məqsədləri, qismən, yəni çox kiçik həcmdə də elmi-tədqiqat məqsədləri üçün ovlana bilər. Amma moratoriumun tətbiqi barədə qərar qəbul oldunqudan sonra bu, artıq başqa - dövlətlərarası status səviyyəsində həyata keçiriləcək».

M.Axundov qeyd edib ki, əsasən texniki məsələlərin müzakirə ediləcəyi ilk sessiyanın gündəliyinə konkret olaraq, nərəcinsli balıqların ovuna moratoriumun qoyulması məsələsi daxil edilməsə də, bu məsələnin iclasda müzakirə edilə və nərəcinsli balıqların ovuna 20-25 il moratoriumun qoyulması təklifi qaldırıla bilər: «Bu məsələ komissiyanın iclasının gündəliyində yoxdur. Amma 1-ci sessiya öz işinə başlayanda belə bir məsələ qaldırmaq istəyirik ki, nərəcinsli balıqların ovuna moratoriumun qoyulması sahəsində hökumətlərarası razılaşma olsun, onların ovlanmasına 20-25 il qadağa qoyulsun. Çünki onların kürüsü 18 il müddətinə yetişir. Ona görə də imkan vermək lazımdır ki, dənizdə nərəcinsli balıqlar inkişaf etsin və çoxalsın».