

Rus casusların agentlər hədəfdə olan jurnalist İŞİD üzvü kamikadzedən istifadə etmək istəyib
Rusiya İngiltərə səfirliyinin iki əməkdaşını deportasiya edəcək
Britaniyada üç bolqar Rusiyaya casusluqda ittiham olunub
Böyük Britaniyanın Suriya qərarı ...
İngiltərədə qan donduran hesabat: “2000 qadın kişilər tərəfindən qətlə yetirilib”
Britaniya bombardmançılarını alman qırıcılarından qoruyan həmlə
Dünyadakı vəziyyət 1930-cu illəri xatırladır ...
ABŞ-ın Rusiya ilə yaxınlaşması alyansda dərin şoka səbəb olub
Kral Çarlz demokratiyanı dəstəkləməklə qeyri-adi cəsarət göstərir
Yaxud Maltadakı gəmidə taleyi həll olunan Avropa
Böyük Britaniya TikTok ilə bağlı araşdırmaya başlayıb
Makron: “Başımıza gələcəklərə hazır olmalıyıq”
Avropa Trampın arzularını gerçəkləşdirir
Keir Starmer: “Keçmiş səhvlərdən dərs çıxarmalıyıq”
Ursula Von der Leyen: “ABŞ-lı dostlarımızla birlikdə ortaq maraqlarımız üçün addımlar atırıq”
Rutte: “Avropa sülh sazişinin davamlı olmasını təmin etmək üçün böyük rol oynayacaq”
2016-cı il ABŞ seçkilərinə müdaxilə etməsi ilə bağlı geniş yayılmış ittihamlardan sonra Moskvanın Britaniyanın Avropa İttifaqından çıxması ilə nəticələnən referenduma da təsir etmək cəhdi haqqında sübutlar aşkarlanıb. Təhqiqatçılar anti-Avropa ritorikasını yayan on minlərlə sosial media hesabının Rusiya tərəfindən idarə edildiyini müəyyən ediblər.
Keçən ilin iyununun iki günü ərzində Rusiyada qeydiyyatdan keçmiş «Twitter» hesabları Avropa İttifaqından çıxmağı təşviq edən 45,000 mesaj paylaşdı. Növbəti gün həmin hesabların əksəriyyəti mesaj paylaşmağı dayandırdı.
Kaliforniyanın Berkli Universitetinin və Britaniyanın Svonsi Universitetinin araşdırması göstərir ki, həmin hesablardan daha öncə «Brexit» mövzusunda heç nə paylaşılmamışdı.
Britaniyanın seçki komissiyası ilə qanunvericilər yeni sübutların aşkarlanmasından sonra fərqli təhqiqata başlamaq qərarı veriblər.
«Rusiya müdaxilə edir. Bunu etməklərinin səbəbi ictimaiyyətin Qərb ölkələrindəki siyasi institutlara, aparıcı media qurumlarına əminsizliyi artırmaqdır. Biz saxta «Twitter» və «Facebook» hesablardan yayılan yalan xəbərləri demokratiyamıza olan hədə kimi qiymətləndirməliyik».
ABŞ-ın kəşfiyyat agentliyi deyir ki, Rusiya 2016 prezident seçkilərini pozmaq məqsədilə propaqanda kampaniyası həyata keçirib.
Rusiya prezidenti Vladimir Putin bu iddiaları rədd edib. Keçən həftə Putinlə görüşdükdən sonra ABŞ prezidenti Donald Tramp deyib ki, o rusiyalı həmkarına inanır.
Britaniyanın baş nazirinin isə Moskvaya daha fərqli mesajı oldu.
«Bu informasiyanı silahlandırmaq cəhdidir… Hökumətin nəzarətində olan media təşkilatlarını istifadə edərək, yalan məlumatlar hazırlamaqla, şəkilləri montaj etməklə Qərbdə ixtilaf yaymaq cəhdidir».
Belə xəbərlərin birində «Twitter» istifadəçi mart ayında müsəlman qadının Vestminster körpüsündə terror hücumuna məhəl qoymadan yolunu davam etdiyini paylaşıb. Qadının digər şəkilləri onun hücumun təsiri altında olduğunu aydın göstərir. «Twitter» həmin hesabın Rusiyadan idarə edildiyini bildirib.
«Bu irqi gərginlik yaratmaq məqsədilə edilir».
«Twitter» Rusiyanın İnternet Araşdırmaları Agentliyi ilə əlaqəli olan 3,000 hesab haqqında məlumatı ABŞ Konqresinə təqdim edib. Sankt Peterburqda yerləşən agentlikdə propaqanda yayılması üçün yüzlərlə insanın çalışdığı bildirilir. Və orada işləyənlər yalnız insanlar deyil.
Londonun «City» Universitetinin araşdırmaçıları «Brexit» səsverməsi dövründə fəaliyyət göstərən 13,500 avtomatlaşdırılmış «Twitter» hesabı aşkar ediblər.
«Bu robot hesabların məqsədi həqiqi istifadəçilərin mesajlarını yenidən paylaşmaqdır. Qütbləşmiş insanların mövqelərini, sərt fərqlilikləri olar insanların mesajlarını paylaşmaq üçün. Bu, «Brexit» haqqında danışan adi seçici fikri deyil».
«City» Universitetinin araşdırması həmin avtomatlaşdırılmış hesabların haradan idarə olunduğuna nəzər yetirməyib.
Amma həm Avropa, həm də Birləşmiş Ştatlar qanunvericiləri deyir ki, Kreml sosial media vasitəsilə bölücülüyü yayır. «Twitter» və «Facebook» isə təhqiqatçılarla əməkdaşlıq edir. Lakin onların daha çox iş görməli olduqları ilə bağlı təzyiqlər artmaqdadır.