vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
17:09 | 27 fevral 2018 | Çərşənbə axşamı Məqaləyə 2857 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alındı

MSK: «125 seçki dairəsi üzrə seçici imzası toplanılıb»

MÖVZU İLƏ ƏLAQƏLİ

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülən İlham Heydər oğlu Əliyevin namizədliyinin qeydə alınması məsələsinə baxılıb.

«Report»un xəbərinə görə, məsələ barədə MSK sədri Məzahir Pənahov məlumat verib.

MSK sədri bildirib ki, İlham Əliyevin səlahiyyətli nümayəndələrinə 45 min imza vərəqi verilib: «Onlar seçici imzalarını Mərkəzi Seçki Komissiyasına fevralın 22-də təqdim ediblər. İmzalar MSK-dakı İşçi Qrup tərəfindən yoxlanılıb».

MSK üzvü, İşçi Qrupunun rəhbəri Etibar Quliyev deyib ki, seçici sənədləri kifayət qədər yüksək səviyyədə hazırlanıb: «Bu da təcrübədən xəbər verir. Burada heç bir pozuntu olmayıb. Namizədin müdafiəsi üçün 125 seçki dairəsi üzrə seçici imzası toplanılıb. MSK-da 42 min imza yoxlanılıb, bu da namizədin qeydə alınmasına əsas verir. Ona görə də imzaların yoxlanılması dayandırılıb. Etibarsız seçici imzalarının sayı sıfırdır».

Məsələ səsverməyə çıxarılıb. Səsvermə ilə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının 2018-ci il fevralın 8-də VI Qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. Fevralın 14-də Mərkəzi Seçki Komissiyasının iclasında 2018-ci il aprelin 11-nə təyin edilən Azərbaycan Respublikası prezidentinin seçkilərində namizədliyi YAP tərəfindən irəli sürülən İlham Əliyevin namizədliyinin irəli sürülməsi təsdiq edilib.