“Ronaldonun oyunu yoxdur” deyən azərbaycanlı məşqçi ...
... Yaxud millimizi mundiallardan kənarda qoyan uğursuz yanaşmalar
Aydın BAĞIROV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Tacsız kralların dueli
Messi-Ronaldo rəqabətinin zirvəsi – 600-cü qol
-
Obra-ka-dabro…
AFFA qərar verərkən MK ilə məsləhətləşirmi, yoxsa …
-
«Əlimin içi kimi bilirəm»
Şahin Diniyev: «Hətta bundan sonra hansı addımı atacaqlarından da xəbərim var»
-
«Vəziyyətimiz acınacaqlıdır»
Şahin Diniyev: ««Kəpəz»in tutduğu yer Gəncəyə yaraşmır»
-
«Bu, Nazim Süleymanovun günahıdı»
« Biz o futbolçuları görməmişik, bilmirik necə oynayırlar»
-
Sənan Şəfizadə danışmışdı bu söhbəti mənə. Hadisə olub 2014-ün dünya çempionatı vaxtı. Canlı efirə futbol adamlarımızdan hansınısa dəvət edib. Verilişin başlamasına 10 dəqiqə qalmış ATV kanalına gəlib çatan həmin şəxs (adın, təəssüf ki, xatırlamıram) Sənana deyib ki, bəs, oyunları yaxından izləmirəm. Təsəvvür edin də. Futbol adamı ol, amma heç bir üzrlü səbəb olmadan dörd ildən bir keçirilən futbol çempionatına baxma.
Bunu nəyə görə deyirəm? Azərbaycanda işi birbaşa futbolla bağlı olan və özünü mütəxəssis adlandıran adamların bir qisminin futbola baxışında yetərincə qüsur var. Çoxu yaxşı danışa bilmir, bunu ciddi problem saymayaq. Amma problem odur ki, internetin, saytların bu qədər inkişaf etdiyi, xəbərlərin bu qədər sürətlə yayıldığı vaxtda çoxunun yetərincə məlumat azlığı var. Daha çox da yaşı 50-ni ötənlərdə.
Özümüzünkülərin (medianın) tərəfinin saxlamaq kimi çıxmasın, azarkeşlər yenə də çox sağ ol desin ki, bizim bu gün DÇ-2018-i efirdə ən azı normal səviyyədə şərh və analiz edən idman jurnalistlərimiz var.
İndi isə sizə bir yazı təqdim edirəm (yazı şərhdə). Bir zamanlar milli komandamıza rəhbərlik edən Şahin Diniyevin Argentina millisinin çıxışlarına münasibətinə diqqət edin. Çox heyf ki, Şahin Diniyev həmkarı Sampaoli haqda sanki AFFA-nın prezidenti haqda danışırmış kimi qorxa-qorxa danışıb. Nəysə bunu da problem etməyək. Amma yəqin ki, yalnız azərbaycanlı məşqçi hazırkı dünya çempionatının bombardiri və komandasının əsl lideri, 2 oyuna 4 qol vuran Kriştiano Ronaldo barədə “onun oyunu yoxdur” kimi absurd fikir səsləndirərdi.
Bizim komanda niyə o boyda yarışlardan kənarda qalır sualının cavabı həm də futbola belə uğursuz yanaşmalardadır.