Köşə yazarlarını niyə öldürürlər?
Ayaqları çap mətbuatından, həm də “online” mediadan kəsilənlər
Qan TURALI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yalan xəbəri ifşa edənlərə inam azalıb
Məlumatın düzgünlüyünə şübhə yaransa belə, jurnalistlərə münasibətdə vəziyyət dəyişmir
-
MEDİA elektron qəzet satacaq
Bəs həmin qəzetləri kim alacaq?
-
“Etika, müəllif hüquqları və jurnalistika”
Jurnalistlər üçün təlimlər başlayıb
-
160 müraciətin 100-ü daxil olunub
40 media resursu cavab gözləyir
-
“Reket”lərin Məşədi İbad fəndi ...
3 üsulla idarə olunan sistem 15 ildir peşəkar formaya salınıb
-
MEDİA saytlara dəstək üçün müsabiqə elan etdi
Sənədlər elektron formada qəbul olunur
-
Hər ay 18 min manat ...
Çap mediasına dəstək müsabiqəsi
-
Jurnalistlərə müjdə
Media mənsubları ipoteka krediti ala biləcək
-
“Heç bir məhdudiyyət yoxdur”
Əhməd İsmayılov: “Bəzi ekspertlər “Media haqqında” qanunla bağlı yanlış müzakirələrə yol açır”
-
Forma və məbləğ təsdiqləndi
Baş nazir jurnalist vəsiqələri ilə bağlı qərar imzaladı
-
Telejurnalistlər üçün təlimlər
“Əl-Cəzirə”nin əməkdaşı nələrdən danışacaq?
-
Prezident mətbuatla bağlı fərman imzaladı
Media Reyestrinin aparılması qaydaları təsdiq olundu
-
Media Reyestrinin aparılması qaydaları
Prezident İlham Əliyev fərman imzaladı
-
Media və müharibənin siması
İzlədiyimiz görüntülər gündəlik həyatımıza necə təsir edir?
-
Yüz cibdən çıxanlarla ...
...Barmaq sayı qədər olan vicdanlıların fərqi
-
Jurnalistlər bir araya gəldi
Media nümayəndələri 3-cü bina ətrafında müəmmanın aydınlaşmasına çalışır
Son günlərdə media ilə bağlı məsələlər yenidən mübahisələndirilir və müzakirə edilir. Bu konteksdə bir məsələni xüsusi şəkildə vurğulamağa ehtiyac görürəm. Məsələ ondan ibarətdir ki, bir zamanlar Azərbaycan mediası indikindən çox daha maraqlı idi. İnsanlar qəzetlərin yazdığına inanırdı. Medianın yavaş-yavaş internet məkanına evuakasiyası zamanı bu inandırıcılıq da azalmağa və itməyə başladı. Bu evuakasiya prosesində isə köşə yazarlığı instututu tamamilə məhv edildi.
İstər köşə yazarı, istərsə də redaktor olduğum günlərdə köşə yazarlığının gücünə inanmışam. Çünki informasiya axınında insanların inandığı insanların hadisələrə dair baxışlarını oxumağa haqqı var. Medianın missiyası yalnız xəbər daşıyıcısı olmaq deyil. Hərçənd bu missiya da çox pis yerinə yetirilir. Medianın əsas vəzifələrindən biri də xalqı rəy, analiz, fikirlə təchiz etməkdir. Bütün dünya mediasında köşə yazarlığı instutitunun çox ciddi dayaqları vardır. İnsanların hadisələrə münasibətini də məh bu yazarlar təyin edir. Amma təəssüf ki, bizim redaktorlar bu institutun mahiyyətini anlamırlar. Bu gün bir müxbir yox, bir köşə yazarı isəniz qonorar almaq üçün heç bir mənbəniz mövcud deyil. Əvəzində isə press-relizləri xəbərə çevirən müxbirlər erası başlayıb və bu fonda da sözün həqiqi mənasında hardasa gizlədilmiş xəbəri axtarıb-tapmağı özünə müqəddəs borc bilən müxbirlərin də mediadan ayağı kəsilib.Sadə bir fakt: Gündəlik qəzetlər adətən 16 səhifədə 20-yə qədər xəbərdən istifadə edirdilər. Lakin bu gün bir internet saytı gün ərzində oxucular 100-dən artıq xəbər çatdırır. Bu xəbər çirkabında əsl xəbərlərə ya ümumiyyətlə rast gəlinmir, ya da onlar arxa plana atılır. Sosial media özünün şişirdilmiş əzəməti ilə online və çap mediasını öz arxasınca getməyə məcbur edir.
Əlbəttə, köşə yazarları bu dəfə sosial mediada rəy yaradıcısı olaraq qalırlar lakin onların ayağı həm çap mətbuatından, həm də online mediadan kəsilib. Bu situasiyada isə Azərbaycan mediası çox solğun görünür.
Və zəruri söz ardı kimi mühüm bir məsələni də qeyd etmək istəyirəm. Azərbaycan mediası qonorar verib almadığı açıqlamanı rəy sorğuları ilə almaq kimi son dərəcə ucuz bir yol seçmişdir. Bu cür “jurnalist”lərin əlindən sosial şəbəkəyə daxil olmaq belə çətinləşib. İstənilən anda istənilən bir sualla qarşı-qarşıya qala bilərsən. Bir filmlə bağlı resenziya istəməkdən tutmuş, bir açıqlamaya münasibətə hətta bəzən “uşaqlıqda hansı yuxuları görürdünüz?” kimi kafkaesk suallara qədər hər cür suallarla hər an inboxda rastlaşa bilərik.
Mediada xüsusi qabiliyyəti olmayan müxbirlər ancaq bu rəy sorğuları ilə məşğul olurlar. Bu sahəyə illərini vermiş insanlar isə illərin bilik və təcrübəsini bu müxbirlər vasitəsi ilə mediaya ötürürlər. Ya da redaktorların nöteyi-nəzərincə ötürməlidilər...
Halbuki sosial media imkanları baxımından bu cür insanların heç artıq mediaya da ehtiyacı qalmayıb. ABŞ prezidentinin belə öz açıqlamalarını “Twitter”dən yayımladığı günlərdə yaşayırıq. Əlbəttə ki, qabiliyyətli insanların çox az hissəsi bu cür rəy sorğularında iştirak etməyə razılıq verdiyi üçün də media qeyri-professional rəylərlə aşıb daşır. Mediaya ayrılan vəsait də inboxda ekspert güdən jurnalistlərlə, medianın ictimai əhəmiyyətini anlamayan redaktorlar arasında bölüşdürülür Əlbəttə ki, iri pay redaktora aid olmaqla...
Bu minvalla Azərbaycan mediasında əsaslandırılmış məqalələrin, güclü mövqelərin və sanballı yazıların yoxa çıxmasının da səbəbi aydın olur...