vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
21:21 | 1 mart 2014 | Şənbə Məqaləyə 1947 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daşqalaqdan qurtulan qadın intihar edib

Uzun zamandır həbsdə saxlanılan azərbaycanlı qadının vəziyyəti yaxşı deyil

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda zinada və qətldə təqsirləndirilərək daşqalaq edilməklə ölümə məhkum olunmuş 45 yaşlı azərbaycanlı qadın Səkinə Məhəmmədi Aştiani intihara cəhd edib.

APA-nın verdiyi məlumata görə, bu barədə Beynəlxalq Daşqalaq Əleyhinə Komitənin sədri, hüquq müdafiəçisi Mina Əhədi açıqlama verib.

Onun sözlərinə görə, hadisə beş gün əvvəl baş verib: «Aştiani Təbriz şəhərinin mərkəzi həbsxanasındakı dözülməz təzyiqlərdən usanaraq intihara əl atıb və dərhal xəstəxanaya qaldırılıb. Həkimlər Aştianini xilas etmək üçün onun mədəsində bir neçə dəfə cərrahiyyə əməliyyatı aparıblar. O, dörd gün xəstəxanada yatdıqdan sonra həbsxananın tibb məntəqəsinə köçürülüb».

M.Əhədi deyib ki, hazırda S.Aştianinin fiziki və ruhi vəziyyəti yaxşı deyil: «O, İran rəsmilərindən təcili başqa həbsxanaya köçürülməsini xahiş edib. Biz bütün beynəlxalq qurumlardan və hüquq-müdafiə təşkilatlarından S. Aştianini tezliklə azadlığa buraxması üçün İran hökumətinə təzyiq göstərməyə çağırırıq».

Qeyd edək ki, 45 yaşlı, iki uşaq anası S.Aştiani Təbrizdəndir və 8 ildir İranda həbsdə saxlanır. O, həyat yoldaşı qətlə yetiriləndən sonra iki kişi ilə zina etməkdə günahlandırılaraq 2006-cı ildə həbs olunub. Təbriz Məhkəməsi əvvəlcə onu 99 zərbə şallaq cəzasına məhkum edib və hökm icra olunub. Ancaq sonradan S. Aştianiyə yeni iş açılıb və o, həyat yoldaşının qətlində iştirakda, həmçinin onun sağlığında da xəyanət etməkdə günahlandırılıb, daşqalaq yolu ilə ölüm cəzasına məhkum olunub. Azərbaycanlı qadın əvvəlcə günahını etiraf etsə də, sonradan etirafın ondan təzyiq altında alındığını bildirərək, irəli sürülən bütün ittihamları rədd edib. Beynəlxalq təzyiqlər nəticəsində onun daşqalaq cəzası həbslə əvəzlənib.