vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ARAŞDIRMA  
15:10 | 21 fevral 2022 | Bazar ertəsi Məqaləyə 3017 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neandertallar niyə məhv olub?

Onların kökünü “Homo sapiens”mi kəsib?

Arxeoloji qazıntılar nəticəsində tapılmış yeni daşlaşmış qalıqlar neandertalların Afrikadan gələn müasir insanlar tərəfindən məhv edilmələri fikrinə şübhə yaradır.

Fransanın cənubundakı mağaradan tapılan uşaq dişi və daş alətlər müasir insanların əcdadları hesab edilən “homo sapien”lərin təxminən 54 min il əvvəl Qərbi Avropada yaşadıqları qənaətinə yer açıb.

Bu müddət əvvəllər güman ediləndən bir neçə min il çoxdur və iki insan növünün uzun müddət birlikdə mövcud olduğunu göstərir.

Bununla bağlı araşdırma “Science Advances” jurnalında dərc olunub.

Bildirilir ki, Tuluza Universitetinin professoru Ludovic Slimakın rəhbərlik etdiyi qrup Rona vadisindəki “Grotte Mandrin” adlı mağarada uşaq dişi və daş alətlər tapıb.

Professor Slimak deyir ki, müasir insanların qədim məskəninə işarə edən tapıntılar onu heyrətə gətirib:

“İndi biz bilirik ki, Homo sapien-lər bura düşündüyümüzdən 12 min il əvvəl gəliblər və sonra öz yerlərini neandertallara veriblər. Bu, bütün tarix kitablarının hərfi mənada yenidən yazılması deməkdir”.

Neandertallar Avropada 400.000 il əvvəl meydana çıxıblar. Mövcud nəzəriyyələrə görə, onlar təxminən 40.000 il əvvəl - “homo sapien” Afrikadan Avropaya gələndən az sonra yox olublar.

Amma yeni tapıntılar göstərir ki, bu iki növ Avropada təxminən 10.000 ildən çox bir yerdə yaşamış ola bilərdilər.

London Milli Təbiət Tarixi Muzeyinin professoru Kris Stringer müasir insanların neandertalları tezliklə üstələməsi fikrini rədd edərək bunun “bir gecədə” baş verən dəyişiklik olmadığını söyləyir.

“Bəzən neandertallar, bəzən də “homo sapien”lər üstün olublar, yəni onların arasında daha həssas bir tarazlıq vardı” - o, belə deyib.

Araşdırma qrupu daha alt təbəqələrdəki qazıntılar zamanı bu bölgədə təxminən 20 min il yaşamış neandertallara aid fəsillər tapıb.

Ancaq əsl sürpriz 54 min il əvvələ aid təbəqədə “homo sapien” növündən olan uşağa aid diş və neandertallardakından fərqli üsullarla hazırlanmış daş alətlər idi.

Tapıntılar onların bu bölgədə təxminən 2000 il yaşadıqlarını, sonra oradan getdiklərini, bir neçə min il sonra geri dönərək müasir insanlar qayıdana qədər (təxminən 44.000 il əvvəl) daha bir neçə min il orda yaşadıqlarını göstərir.

“Bir gəl-get durumu olub. “Homo sapien” növü qısa müddətə ora gəlib, ardınca bir boşluq yaranıb - bəlkə də iqlimə görə yox olublar. Sonra neandertallar yenidən qayıdıblar” - professor Stinger belə deyir.

Digər mühüm tapıntı uşaq dişiylə eyni təbəqədə tapılan daş alətlərdir. Bu alətlər Rhone vadisində və Livanda aparılan bəzi qazıntılarda tapılanlarla eynidir, amma indiyə qədər elm adamları onların hansı insan növü tərəfindən hazırlandığına əmin deyildilər.

Bəzi tədqiqatçılar qazıntılar zamanı tapılan kiçik daşların ox ucları ola biləcəyini deyirlər. Bu təsdiqlənərsə, əhəmiyyətli bir kəşf olacaq. Çünki 54 min il əvvəl “homo sapien”lərin neandertalların öhdəsindən gəlmələrinin səbəbi yay və ox kimi qabaqcıl silahlardan istifadə etmələri ola bilər. Ancaq belədirsə, bu, yalnız müvəqqəti üstünlük təmin edib, çünki neandertalların sonradan geri qayıtdığı görün

Yaxşı, əgər “homo sapien” növü neandertalları dərhal yox etməyibsə, nə üçün sonradan biz önə keçdik? Üstünlüyümüz nə idi?

Alimlər bu mövzuda müxtəlif fikirlər irəli sürürlər, məsələn, sənət və dil bacarığına görə daha yaxşı beynimiz olduğunu deyirlər.

Professor Stringerin fikrincə, əsas səbəb bizim daha mütəşəkkil olmağımızdır:

“Biz daha yaxşı əlaqələr qururduq, sosial qruplarımız daha böyük idi, bilikləri daha yaxşı qoruyurduq və hər şeyi bu biliklər üzərində qururduq”.

Neandertallarla daha uzun müddət bir yerdə yaşadığımızı 2010-cu ildə orqanizmimizdə aşkar edilmiş bir neçə neandertal geni də təsdiqləyir.

Professor Stringer genlərin necə qarışdığına dair heç bir məlumat olmadığını deyir:

“Həyat yoldaşlarını sülh yoluyla alıb-almadıqlarını bilmirik. Başqa qrupdan olan qadınları qollarından çəkib almış ola bilərlər. Tərk edilmiş, yetim qalmış və ya itmiş neandertal körpələri övladlığa götürmüş ola bilərlər. Bütün bunlar mümkün variantlardır. Biz hekayəni tam olaraq bilmirik. Amma daha çox məlumat, daha çox DNT və daha çox kəşflərlə biz neandertal dövrünün sonunda nə baş verdiyini anlayacağıq”.