
Trampın NATO planları tutur
Almaniya müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır
Almaniya müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır
İsveç müdafiə xərclərini ÜDM-in 3,5 faizinə çatdırmağı hədəfləyir
Qərbdə savaş gözləntiləri artdı, əksəriyyət Rusiyanı göstərir
Almaniya İsraildən müdafiə sistemi alıb
Trampın sammitdə iştirak etmək üçün yalnız bir şərti var
NATO ölkəsi Trampın tələb etdiyi 5 faizlik həddi keçdi
Tanınma nişanı olmayan Rusiya hərbi təyyarəsi narahatlıq yaradıb
Eks-prezident NATO ölkələrini hədələdi
Dünya ölkələri müdafiəyə 2024-cü ildə 2,7 trilyon dollar xərcləyib
Ordusu olmayan NATO ölkəsi narahat olmağa başlayır
Hərbi ekspert tarix verdi
Vahid Avropa ordusu – mif, yoxsa reallıq?
Tramp daha bir yüksək rütbəli ABŞ komandirini işdən çıxarıb
NATO üzvləri təhlükə hissləri artdıqca müdafiəyə nə qədər pul xərcləyirlər?
ABŞ və Ukrayna arasında faydalı qazıntılarla bağlı yeni saziş müqavilənin detalları məlum oldu
İsveç müdafiəyə əlavə sərmayə qoymağa qərar verdi
NATO liderləri Rusiyanın Ukraynaya bir aydır davam edən işğalına qısa və uzunmüddətli cavablarını müzakirə etmək üçün cümə axşamı Brüsseldə görüşür. Ukrayna prezidenti Vladimir Zelenskinin onlara əlavə yardım üçün birbaşa müraciət edəcəyi gözlənilir.
Görüşdən əvvəl Zelenski ingilis dilində video-müraciət edərək, NATO üzvlərindən Ukrayna ordusuna silah da daxil olmaqla, “effektiv və məhdudiyyətsiz” dəstək istəyib.
Zelenski bütün dünyadakı insanları Rusiyanın işğalına qarşı ictimai etiraz aksiyaları keçirməyə çağırıb.
Zelenski “Ukraynanı dəstəkləmək, azadlığı dəstəkləmək, həyatı dəstəkləmək üçün Ukrayna simvolları ilə gəlin. Meydanlarınıza, küçələrinizə çıxın, özünüzü göstərin və eşitdirin” deyib.
NATO-da müzakirələrdən əlavə ABŞ prezidenti Co Bayden cümə axşamı “Böyük Yeddilər”in (“G7”) liderləri və Avropa Şurası ilə görüşür. Milli təhlükəsizlik müşaviri Cek Sallivan ümumi məqsədin “son bir ayda gördüyümüz qətiyyət və birliyin nə qədər gərəkdirsə, o qədər davam edəcəyini eşitmək” olduğunu deyib.
Sallivan deyib ki, buraya öhdəliklərinə əməl edən ölkələrin Ukraynaya hərbi texnikanın artırılması və Rusiyaya qarşı mövcud sanksiyaların tətbiqinə əməl edilməsi ilə yanaşı müharibədən zərər çəkən insanlara humanitar yardımın artırılması yollarını axtarmaq da daxildir.
Bayden Rusiyanın siyasi xadimləri, oliqarxları və digər qurumlarına qarşı sanksiyaların yeni mərhələsini elan etməlidir.
Britaniyanın cümə axşamı bildirdiyinə görə, yeni sanksiyalar paketinə neft və qaz ödənişlərinin edildiyi “Qazprombank” və Rusiyanın ən böyük özəl kreditoru “Alfa Bank”ın aktivlərinin dondurulması daxildir. Sanksiyaya məruz qalanlar arasında neft maqnatı Yevgeni Şvidler, “Sberbank”ın baş direktoru German Qref və xarici işlər naziri Sergey Lavrovun ögey qızı Polina Kovalyova da var.