
Putin niyə atəşkəs istəmir?
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Təbəssümləri də saxtadır
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Zelenski: “Hər işğalçı sonunda gedəcək”
Stansiyanı örtən qoruyucu səthdə 15 metrlik dəlik açılıb
İranda 700 bank zülmətə qərq oldu
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
... Yaxud 9 may “qələbə” paradı
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Rusiyaya giriş qaydalarının dəyişməsi mənfi və müsbət tərəfləri
Rusiyanın Qələbə Günündə iştirak edən ölkələrin siyahısı açıqlanıb
Rusiyaya daxil olmaq istəyən əcnəbilər 72 saat əvvəl səfirliyə müraciət etməli olacaqlar
Lavrov: “Hamısı bizimlə müharibə aparır”
... Yaxud Qələbə paradında ucadan oxunan “Faust”
Almaniya İsraildən müdafiə sistemi alıb
Qərb Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiq edib. Sanksiyalar içərisində ən çox diqqəti çəkən məqam Rusiyadan kömür ixracatının dayandırılmasıdır. Bu Rusiya üçün nə deməkdir və Avropa Birliyi bu qadağanı necə kompensasiya edə biləcək?
Dünən sanksiyalar ilə bağlı qərar Avropa Komissiyasının saytında yerləşdirilib və bu da qadağaların qüvvəyə minməsi anlamına gəlir. Deməli, bu gün etibarən Avropa şirkətləri Rusiyadan kömür satın almaq müqavilələri bağlaya bilməyəcəklər. Əvvəlki dövrdə bağlanan müqavilələr isə avqustadək icra olunub başa çatmalıdır.
Rusiyada kömür istehsalının son illər artımı qeydə alınırdı. 2021-ci ildə Rusiya istehsalı əvvəlki il ilə müqayisədə 7 faiz artıraraq 262 milyon tona çatdırıb. 2024-cü ilədək isə bu rəqəmi 445 milyon tona çatdırmağı hədəfləyirdi. Rusiyanın kömür ixracatından illik gəliri 12.4 milyard dollar idi. Avropa Birliyi Rusiyanın gömür ixracatının 26.3 faizini təşkil edirdi. Bu orta hesabla illik 3.5 milyard dollar Avropa Birliyindən kömür idxalına görə Rusiyaya valyuta ödənişi demək idi. Avropa Birliyinin son qərarından sonra digər alıcıların da Rusiyadan kömür idxalının azaldacağı gözlənilir. Belə ki, Rusiya kömür ixracatının 22 faizi Cənubi Koreya, Yaponiya və Tayvana ünvanlanıb ki, sözügedən ölkələr, xüsusən ilk iki dövlətin sanksiyalara qoşulacağı gözləniləndir.
Rusiya Avropa Birliyinin kömür idxalının 45 faizini formalaşdırırdı. Rusiyadan ən çox kömür alan Avropa ölkəsi illik 22.3 milyon ton idxal ilə Almaniya idi. Daha sonra Niderland (15.8 milyon ton), Polşa (9.1 milyon ton) və İtaliya (5.8 milyon) Rusiyadan kömür alıcıları idilər.
Kömür ixracatına müəyyənləşən qadağa Rusiya üçün valyuta gəlirlərinin azalması və məşğulluq baxımdan neqativ təsirlərə malikdir. Belə ki, Rusiya istehsal etdiyi kömürün yarıdan çoxunu ixrac edirdi. İstehsala görə dünyada Çin, Hindistan, İndoneziya, Birləşmiş Ştatlar və Avstraliyadan sonra 6-cı olan Rusiya 217 milyon ton xarici satışla ixracat həcminə görə İndoneziya və Avstraliyadan sonra ilk üçlüyə daxil idi. Bu isə o deməkdir ki, kömür qadağası Rusiya üçün valyuta itkisinə səbəb olacaq. Digər tərəfdən isə, kömür sənayesi Rusiyada məşğulluğun təminatına xüsusi dəstək verən sahələrdəndir. İxracatın minimumlaşdırılması fonunda bu sahədə də iş yerlərinin azalacağı istisna deyil.
Qərb sanksiyaları genişləndirməkdə davam edir. Ukraynada isə sanksiyalara adekvat olaraq müharibənin miqyası genişlənir.