Zəhərlənmə faciəyə çevirildi
Lökbatanda qaza qatılan maddənin 8 nəfəri öldürdüyü, qurbanlardan 4-nün isə uşaq olduğu deyilir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Avropa sıxılmış qaza önəm verir
Təchizat təhlükəsizliyi üçün LNG investisiyalarına müraciət edən AB tutumun yarısını istifadə edir
-
Dünyada LNG-yə tələbat artır
Hazırda 400 milyon ton sıxılmış qaz istehlakı 20 ildə iki dəfə artacaq
-
Sıxılmış qaz ixracı artırılacaq
ABŞ ən yaxın müttəfiqinə 10 milyard kubmetr LNG göndərməyi hədəfləyir
-
Yunanlar qaz tapıb
Ehtimal olunan yataqların ölkənin 50 illik təlabatını ödəyəcəyi deyilir
-
Qaz qəliz şeydir
Neftdən fərqli olaraq nə qoxusu var, nə də rəngi
-
Azərbaycanın Rusiya ilə qaz mübadiləsi
Qış belə davam edərsə tələbatlar minimuma düşəcək
-
Avropanın ümidi – Bakı qazı
Sabiq prezident: “Azərbaycanla əməkdaşlıq üçün vədedici gələcəyi var”
-
London ixracatçılar axtarır
Böyük Britaniya Rusiyadan qaz idxalını dayandıracaq
-
“Büdcə zəfi”ndəki rəy ...
Neft-qaz hasilatında nə nəzərdə tutulub?
-
Qaz gəlirləri 4 dəfə artıb
Gömrük Komitəsi hesabat yaydı
-
Qaz və siyasət…
Ucuz enerji təzyiqi bəzən öz bəhrəsini verir, amma ...
-
Azərbaycan qazının elçıləri
TANAP-dan ikinci qol ayrılacaq?
-
Anbarlar 91 faiz dolub
İsti hava və külək tələbatı azaldıb
-
Rus qazını istəmirlər
Təkcə bir kəmərdə 86 faiz azalma olub
-
İkinci kəmər hazırdır
Azərbaycan Avropada mövqeyini möhkəmləndirir
-
“Sibirin gücü” “Şimal axınını” əvəz edə biləcəkmi?
Rusiya rublla qaz alanlara endirim vəd edir
Lökbatanda kütləvi qaz zəhərlənmə hadisəsi baş verib. Minval.az-ın məlumatına görə, hadisə faciəyə çevrilib - 8 nəfər ölüb. Ölənlərdən 4-ü uşaqdır. Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Vilayət Əsgərov küçəsində baş verən kütləvi zəhərlənmə nəticəsində Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzə 40 xəstə gətirilib.
00:30 (6 mart)
Səhiyyə Nazirliyinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, xəstələrin vəziyyəti hazırda orta-ağırdır: «Mərkəzə gətirilənlər arasında uşaqlar da var. Onlara ilkin yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda mərkəzdə müalicə alanlar böyüklərdir. İlkin məlumatlara görə, hadisə təbii-metan qazından baş verib».
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov isə APA-ya açıqlamasında deyib ki, hadisə yerinə 20-ə yaxın təcili yardım maşını göndərilib. Onun sözlərinə görə, ərazidə təcili yardım briqadaları tərəfindən 100-ə yaxın sakinə ilkin tibbi yardım göstərilib, vəziyyətləri nisbətən ağır olanlar xəstəxanaya göndərilib: «İlk olaraq, hadisə yerinə gəldikdə, ətraf ərazidə kəskin qaz iyi hiss olunurdu. Deyilənlərə görə, təbii qaza vurulan əlavə maddənin normadan artıq olması zəhərlənməyə səbəb olub. İnsanlar həm də təlaşda olublar. Onların hər birinə ilkin tibbi yardım göstərilib. Hazırda ərzidə vəziyyət stabildir və insanlar sakitləşiblər».
Hadisə nəticəsində ölüm faktının qeydə alınmasına gəlincə, M.Həmidov bunun şahidi olmadıqlarını deyib. Onun sözlərinə görə, ətrafda olan insanlar bir nəfərin dünyasını dəyişdiyini deyirlər: «Amma bu fakt hələki təsdiqlənməyib. Ölüm faktı olubsa da, bu təbii qazdan zəhərlənmə nəticəsində olmayıb. Çünki təbii qızın təsiri yüksək olsaydı, ərazidə bir nəfər yox, daha çox sayda insan dünyasını dəyişərdi».
***
23.38
Bakının Lökbatan qəsəbəsində qazdan kütləvi zəhərlənmə ilə bağlı ilk ölüm xəbəri gəlib. Musavat.com xəbər verir ki, Lökbatan qəsəbəsinin sakini Natalya Məmmədova dünyasını dəyişib.
***
Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından musavat.com-a verilən məlumata görə, hazırda 18 nəfər Lökbatan sakini Toksikoloji Mərkəzə aparılıb. Onların içində bir nəfər hamilə qadının olduğu deyilir.
Stansiyadan sayta onu da deyiblər ki, Lökbatanda 15-ə yaxın təcili yardım briqadası çalışır. Xəbərdə o da bildirilir ki, vəziyyət həddən artıq kritikdir. Təcili Tibbi Yardım Stansiyasından verilən xəbərdə daha sonra bildirilir ki, Bakının Yasamal, Səbayel, Qaradağ və başqa rayonlarının təcili yardım briqadaları Lökbatana göndərilib. Stansiyadan zəhərlənənlərin arasında ölən olmadığı bildirilib.
***
22:25
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində kütləvi zəhərlənmə baş verib. APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə qəsəbənin Vilayət Əsgərov küçəsində baş verib. Bu küçədəki 4 beşmərtəbəli yaşayış binasında qazdan kütləvi zəhərlənmə olub.
Sakinlər APA-ya bildirilib ki, bu gün saat 19 radələrində qaz kəsilib. Bir saat sonra isə binalara qazın verilişi yenidən bərpa olunub. Bu vaxt qazdan kəskin qoxu gəlib. Bu qoxu kütləvi zəhərlənməyə səbəb olub.
Məlumata görə, dörd binada yaşayan sakinlərdən 100 nəfərə qədəri zəhərlənib. Hadisə yerinə ilkin olaraq 30-a yaxın təcili tibbi yardım briqadası cəlb olunub. Eyni zamanda sakinlər özləri də şəxsi avtomobillərlə xəstəxanalara müraciət edirlər.
Hadisə yerinə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov da gəlib.
İcra başçısı APA-ya bildirib ki, özü məsələ ilə məşğuldur: “Rayon hüquq-mühafizə orqanlarının, eyni zamanda “Azəriqaz”ın rayon idarəsinin məsul şəxsləri də hadisə yerindədirlər. Araşdırma aparılandan sonra ətraflı məlumat veriləcək”.
Hadisə yerində olan “Azəriqaz” İstehsalat Birliyinin Qaz Satışı İdarəsinin rəisi Vaqif Namazovun bildirdiyinə görə, ilkin araşdırma zamanı təbii qaza vurulan aderant maddəsinin miqdarının qədərindən artıq olduğu müəyyənləşdirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları da hadisə yerinə gəliblər. Onlar ərazidə radioloji, kimyəvi, bioloji, bakteroloji səyyar mobil laboratoriya quraşdırıblar və araşdırmaya başlayıblar.
Hadisə yerində gəlmiş təcili tibbi yardımın həkimlər isə bildiriblər ki, aderantın yaratdığı zəhərlənmə öldürücü deyil. Bu zəhərlənmə xəstədə halsızlıq, başgicəllənmə və ürəkbulanması yaradır, ilkin tibbi yardım göstərilməsindən sonra isə xəstənin vəziyyəti normallaşır.
***
22:10
Yerli sakinlərin musavat.com-a bildirdiklərinə görə, xeyli sayda təcili yardım maşınları qəsəbəyə gəlib. Həkimlər qazdan zəhərlənənləri müayinə edir, ilkin tibbi yardım göstərirlər.
***
Musavat.com-un əməkdaşının rəsmi mənbələrdən aldığı məlumata görə, Lökbatan qəsəbəsində təbii qazın veriliş zamanı əlavə edilən qatqılar normadan bir qədər yüksək olub. Ona görə də, insanlar arasında zəhərlənmə halları baş verib.
Rəsmi mənbələr ölənlərin olması barədə məlumatları təsdiqləmir. Və zəhərlənən insanların təcili yardım maşınlarıyla Qaradağ rayon xəstəxanasına daşındığı bildirilir.
Hadisə ilə bağlı fotolar və əlavə məlumatlar tezliklə saytımızda olacaq.
***
21:00
Bir neçə dəqiqə öncə «Facebook» sosial şəbəkəsində qorxunc bir xəbər yayılıb.
«Facebook» sosial şəbəkəsindəki «Yığışın - Söhbət Var» səhifəsində belə bir xəbər paylaşılıb: «ŞOK XƏBƏR ALDIQ İNDİCƏ! Lökbatanda zəhərli qaz buraxılıb. Ölənlər və yaralananlar durmadan artır - deyirlər. Lökbatandan olanlar qazı AÇMAYIN. Dəqiqləşdirməyə çalışırıq xəbəri»
Biz hazırda bu xəbərin doğru olub-olmadığını dəqiqləşdirməyə çalışırıq.