

ABŞ ən yaxın müttəfiqinə 10 milyard kubmetr LNG göndərməyi hədəfləyir
Ehtimal olunan yataqların ölkənin 50 illik təlabatını ödəyəcəyi deyilir
Neftdən fərqli olaraq nə qoxusu var, nə də rəngi
Qış belə davam edərsə tələbatlar minimuma düşəcək
Sabiq prezident: “Azərbaycanla əməkdaşlıq üçün vədedici gələcəyi var”
Böyük Britaniya Rusiyadan qaz idxalını dayandıracaq
Neft-qaz hasilatında nə nəzərdə tutulub?
Gömrük Komitəsi hesabat yaydı
Ucuz enerji təzyiqi bəzən öz bəhrəsini verir, amma ...
İsti hava və külək tələbatı azaldıb
Təkcə bir kəmərdə 86 faiz azalma olub
Azərbaycan Avropada mövqeyini möhkəmləndirir
Rusiya rublla qaz alanlara endirim vəd edir
“Şimal axını 1” kəməri ümumi gücünün 20 faizinə düşüb
Brüssel Moskvaya cavab olaraq 15 faizlik qənaət təklif edir
Robert Sekuta: “Azərbaycanın təbii qazı Avropanın enerji təhlükəsizliyinə vacibdir”
Elə tarixi məqam yaranıb ki, bir vaxtlar Azərbaycanın və onun resurslarına ciddi baxmayanlar (ölkələr) bu gün ardı-ardına Azərbaycan qazına “elçı düşürlər”. Hətta TAP-dan 100 km-lərlə uzaq olan ölkələr də nə yolla olursa olsun, Azərbaycandan kömək istəyirlər.
Sonuncu belə istək Moldovadan oldu. TAP-la bu ölkənin qaz alması üçün Yunanıstandan Bolqarıstana, oradan da Rumıniyaya, daha sonra Moldovaya keçməsi lazımdır. Göründüyü kimi elə də asan deyil.
Amma mümkündür.
“Qaz elçıləri” arasında ən bəxti gətirən ölkələr Türkiyə, Yunanıstan, Albaniya və İtaliya ilə qonşu olan ölkələrdir. Çünki TAP bu ölkələrdən keçdiyi üçün İnterkonnektorla məsələni həll etmək olacaq. Amma digərləri üçün bu çətin olacaq.
Əgər “elçilər” daha çox qaz almaq istəyirlərsə, Türkiyə və Yunanıstan sərhədindən başlayaraq yeni boru kəməri inşa etməli, ya da investisiya qoymalıdırlar ki, biz özümüz çəkək. Çünki, TAP-a kompressor qurğusu qoşmaqla onun illik 10 milyard kub metr gücünü 20-yə çatdıra bilərik. Amma bundan yuxarı qaldırmaq mümkün deyil. Lakin TAP-ın öz mənbəyini götürdüyü TANAP-ın diametri 142 sm, daha sonra 122 sm və Mərmərə dənizi boyunca isə 91 sm təşkil edir. TAP isə TANAP-ın ardınca layihələndirilərkən sonu 11 alternativ kəmər marşrutu qiymətləndirildikdən sonra ekoloji, təhlükəsizlik və sosial nöqteyi-nəzərdən ən məqsədəuyğun yer kimi İtaliya seçilib. Daha dəqiq İtaliyanın cənubunda, San Foca yaxınlığında yerləşən Melendugno bələdiyyə ərazisinin Lecce məntəqəsindən sahilə çıxır. İtaliya ərazi sularında boru kəmərinin dənizdə yerləşən hissəsi təxminən 45 km, qurudakı hissəsi isə təxminən 8 km təşkil edir.
Deməli, Avropanın qaz təminatını daha yüksək səviyyədə həyata keçirmək üçün TANAP-ın planlaşdırılan 32 milyard kub metrlik potensialından istifadə edərək, ondan (TANAP-dan) yeni qol ayırmaq və yeni marşrut üzrə yönəltmək lazım olacaq.