
“Putinin əməkdaşlığı budur?”
İran “S-400”lə bağlı Rusiyaya etiraz etdi
İran “S-400”lə bağlı Rusiyaya etiraz etdi
Cinayətə, təxribatçıya və onların himayədarlarına burda yer yoxdur
Qarşıda qarşılıqlı olaraq daha kəskin addımlar atıla bilər
Bakının cavab addımları Moskvanı heyrətləndirməyə davam edir...
Milli informasiya təhlükəsizliyi üzrə fövqəladə vəziyyət elan olunmalıdır
Azərbaycan mədəniyyəti bir çox dövlətlər və xalqlar üçün nümunədir
Ruslardan ibarət iki banda ələ keçdi
Kim Çen In göz yaşlarını saxlaya bilmədi
“Ukrayna Qəhrəmanı” PUA-lardan qorunmağın yolunu tapıb
Ukraynanın “F-16” pilotları azalır
İki hadisəni özümüz müqayisə edərkən ortaya əcaib nəticə çıxır
III Dünya müharibəsi zamanı özünüzlə götürəcəyiniz vacib əşyalar
“Rossiya Seqodnya” Rusiyanın feyk xəbər klonlayan peykidir
Həm qorxutmağa çalışır, həm də hörmət tələb edir
Yaxın Şərq yenidən dizayn edilərkən, yeni bir Qafqaz da formalaşır
Almaniya silah alışını sürətləndirir
Avropa Komissiyası Avropa İttifaqına üzv ölkələrə qaz istehlakında könüllü olaraq 15 faizlik qənaət etməyi təklif edib. Komissiya qeyd edir ki, bu təklif Rusiyadan gələn qazın tamamilə kəsilməsi ehtimalına hazırlıq kimi verilib.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen iyulun 20-də jurnalistlərə deyib: “Biz Rusiyadan verilən qazın tam kəsilməsinə hazır olmalıyıq və bu, ən ehtimal olunan ssenaridir”.
Avropa İttifaqı Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hücumu ilə bağlı Moskva üzərinə ağır iqtisadi sanksiyalar qoyub.
Moskva buna cavab olaraq Avropa İttifaqının bəzi üzv ölkələrinə nəql edilən qazın həcmlərini azaldıb.
***
Ursula fon der Leyen deyib: “Rusiya bizi şantaj edir. Rusiya enerjidən silah kimi istifadə edir. Və odur ki, bütün hallarda Avropa Rusiyadan qazın verilməsinin istər qismən, istərsə də tam kəsilməsinə hazır olmalıdır”.
Xəbər verilir ki, Rusiyadan verilən qazın tam kəsilməsi və ya həcmlərin kəskin azaldılması Avropada fabrik və zavodları bağlanmağa, əhalini isə qaz istehlakını azaltmağa məcbur edə bilər.
Bundan başqa qazın nəqlində fasilələr yanacağın bu növünün qiymətlərini kəskin qaldıra və iqtisadi resessiya yarada bilər.
Ötən il Avropa İttifaqında istehlak olunmuş qazın 40 faizi Rusiyadan idxal edilib.
***
Avropa Komissiyasının təklifinə görə qazın istehlakına 15 faizlik qənaət avqustun 1-dən martın 31-dək davam etməlidir.
Qənaət olunacaq qazın həcmi hər bir ölkənin 2016-2021-ci illər arasında qaz istehlakı göstəriciləri əsasında müəyyənləşdirilməlidir.
Avropa Komissiyasının bu təklifi hələki könüllü səciyyə daşıyır, lakin Avropa İttifaqında kəskin qaz çatışmazlığı baş verərsə məcburi müstəviyə keçirilə bilər. Qəbul olunması üçün bu təklifə Aİ-nin 27 üzvündən azı 15-nin razılığı lazımdır. Bu, Aİ əhalisinin 65 faizi deməkdir.
Avropa diplomatları bu təklifin müzakirə olunmasına iyulun 22-də başlamalıdırlar, daha sonra təklif iyulun 26-da Aİ enerji nazirlərinin iclasında qəbl olunmalıdır.
Beynəlxalq Valyuta Fondu prezident Valdimir Putinin mümkün qaz şantajı barədə xəbərdarlıq edib və bildirib ki, qazın tam kəsilməsi Aİ iqtisadiyyatına boğucu təsir göstərə bilər.
BVF-in xəbərdarlığında deyilir ki, Rusiyadan verilən qazın həcmlərinin azalması artıq Avropadakı iqtisadi artıma təsir göstərməyə başlayıb.
Bu da proqnozlaşdırılır ki, Macarıstan, Slovakiya və Çexiyada iqtisadi artım 6 faizədək azala bilər.