vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
15:42 | 1 oktyabr 2022 | Şənbə Məqaləyə 1917 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rus qazını istəmirlər

Təkcə bir kəmərdə 86 faiz azalma olub

İLHAM

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya və Qərb arasında 1968-ci ildən qurulan qaz ticarəti 2022-ci ildə ildırım sürəti ilə qapanmaya gedir.

25 may 2022-ci ildən Yamal-Avropa (Rusiya-Belarus-Polşa-Almaniya) boru kəməri fəaliyyətini tam dayandırdı. Onun gündəlik buraxıcılıq gücü 90 milyon kubmetr qaz idi. 

Daha sonra (31 avqustdan) “Şimal axını-1” layihəsi ilə Yamaldan Almaniyaya ötürülən qaz (maksimal gündəlik nəql gücü 160 milyon kubmetr).

İndi məlum olub ki, Rusiya-Türkiyə-Avropa marşrutlu “Türk axını” kəməri ilə Avropaya gündəlik nəql edilən qaz həcmləri maksimum 43,1 milyon kubmetrdən 32 milyon kubmetrədək azalıb.

Ukrayna üzərindən Avropaya nəql həcmləri iyun ayından 42 milyon kubmetr ətrafında stabildir, amma vaxt vardı bu marşrutla gündəlik Avropaya 300-310 milyon kubmetrədək qaz nəql edilirdi.