«Bir yanlış qərarı hər şey dəyişdi»
«Yerli mütəxəssislər elə maaş istəyir ki... »
Rövşən ƏHLİMANOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Neftçi»də «təmizləmə» başladı
Klubun akademiyasında islahatlar qaçılmazdı
-
Kamran Quliyevə qalan miras
İstənilən nəticə Elxan Məmmədovun da gündəliyinə yazılacaq
-
«Qarabağ» həm xal itirdi...
... həm də pul
-
Diplom sahibinin məsuliyyətsizliyi...
... Yaxud AFFA Kosovonu niyə seçdi?
-
Qurban Qurbanova növbəti badalaq
Çünki azərbaycanlıdır, bu ölkəni düşünür, həqiqətən iş görmək istəyir...
-
«Pul israf edilir»
Bəxtiyar Musayev od püskürdü: «Keyfiyyəti düşünən yoxdu»
-
«Komandaların sayının artmasını istəyirəm»
Qurban Məmmədov: «Bütün bunları dərhal yoluna qoymağımız mümkün deyil»
-
«Bizim konkret büdcəmiz var»
Ayxan Abbasov: «Bunun əsasında işləyəcəyik»
-
Cəzaya səbəb olan faktlar...
... Varsa, niyə gizlədilir?
-
Kif atmış qanunlar
Bir az şübhə, bir az qisas, bir az da...
-
«Keşlə»də başıpozuqluq...
... Yaxud Ramiz Məmmədovun haqlı üsyanı
-
Təlaş dolu qarışıqlıq
Futbol tariximizdə ilk - 2 futbolçu danışılmış oyunlarda şübhəli bilinir
-
Topaz Premyer Liqanın nəhs turu
Əhmədov bu gün etik qaydalara tüpürdü, sabah isə...
-
«Bu cür hesab gözləmirdik»
«Qəbələ» klubunun prezidenti: ««Qarabağ»ın hegemonluğuna son qoymağa çalışacağıq»
-
«Artıq tükənmişəm»
Nizami Hacıyev: «Bu yaşda xaricə getmək mənasızdır»
-
«Digər futbolçulara da dərs olsun»
Tərlan Əhmədov: «Biz və siz oyunlara başqa prizmadan baxırıq»
«Simurq»un prezidenti Anar Bəkirovun futbolinfo.az saytına müsahibə verib. Müsahibəni təqdim edirik.
- «Simurq»un yeni dövrədəki çıxışını necə dəyərləndirirsiniz?
- «Lap yaxşı çıxış etmişik» desəm, düzgün olmaz. Çalışacağıq ki, qarşıdakı oyunlarda qələbə qazanaq. Komanda son oyunlarda özünə gəlib. Baxmayaraq ki, bunların 2-sini səfərdə oynamışıq. Lider komandalarla yaxşı oyun göstərərək heç-heçəyə qalmışıq.
- Bu dövrədə yalnız «Sumqayıt» üzərində evdə qələbə qazanmısız. Komandanın qələbə qazana bilməməsinin səbəbi nədi?
- Ev oyunu deyəndə, biz 14 tur ancaq səfərdə oynamışıq. Mən gəlməmişdən əvvəl meydanın qurulmasında bəzi səhvlər var idi. Artıq onlar da öz həllini tapır. Komanda bir ilə qurulmur. İnşallah, hər şey yaxşı olar.
- Bu turda AZAL-la qaşrılaşacaqsız. Bu oyun haqda düşüncələrinizi bilmək maraqlı olardı...
- Komanda hazırlaşır. Futbolçular yalnız qələbə üçün gəlir. AZAL-la oyunlarımız çətin keçir, amma sonuncu dəfə biz Zaqatalada qələbə qazanmışdıq. İnanıram ki, bu dəfə də hər şey bizim üçün yaxşı bitəcək.
- «Simurq»un iddiası bəlli deyil. Yəni bilmək olmur ki, Avropa üçün oynayır, yoxsa çempionatdan düşməməyə çalışır...
- Ancaq Avropa üçün çalışırıq. Ötən ilin iyununda Avropa Liqasına düşmək qərarı qəbul edilib. Düzdü, indi çox xal fərqi var. Çalışacağıq ki, qələbə qazanaq.
- Kubokdan da kənardasınız. Avropaya getmək ehtimalı var, amma çox azdı. Yeni mövsümdən çempionluq iddiası olacaq? Hər halda Zaqatala azarkeşləri də bunu gözləyir...
- Birincisi, bizim azarkeşlər həmişə bizdən qələbə gözləyir. Bu il bildiyiniz kimi, 10 komanda mübarizə aparır və ən azı 6 klub çempionluğa oynayır. Zaman keçdikcə siz görəcəksiz ki, bizim klublar necə güclənəcək.
- «Simurq» ötən il də Avropaya getməyə çalışırdı, amma alınmadı...
- Ötən il kubok oyununda yadınızdadırsa, «Qarabağ»la «Neftçi» qarşılaşırdı. Anar Salmanov səhv qərar verib penalti verməsəydi, «Simurq» 4-cü yerlə Avropaya vəsiqə qazanacaqdı. Amma Salmanovun yanlış qərarı hər şeyi dəyişdi.
- Bu il hakimliklə bağlı problemlər var və bütün komandalar şikayət edir. Siz necə düşünürsüz?
- Mən deyərdim ki, ildən-ilə hakimliyin səviyyəsi artır. Mən öz komandamı nəzərdə tutaraq deyirəm. Ötən ilə nisbətən bu il komanda daha rahat oynaya bilir. Ola bilsin ki, bəzi oyunlarda nədənsə narazılığımız olub. Biz bu narazılığı vaxtında Xaqani Məmmədova da, Ramin Musayevə də çatdırmışıq. Komanda çıxır oynayır, hücum edir, amma epizodlardan yararlana bilmir. Əgər biz həmin qolları vura bilsəydik, hakim bunu necə ləğv edə bilərdi?
- İcraiyyə Komitəsinin iclasında Premyer Liqada komanda sayı artırıldı. Bundan başqa 21 yaş və legioner limiti haqda fikirlərinizi bilmək maraqlı olardı...
- Biz digər klublara baxanda daha yaxşı gənc futbolçunu heyətə cəlb edə bilmirik. Çünki onların maaşları çoxdu. Bu səbəbdən biz ordan-burdan yerli futbolçu tapmağa çalışırıq. Keçən il komandaların sayı çox idi və futbolçu tapmaq da asan idi. 21 yaş da pis qərar deyil. Cəmi 1-2 dənə azyaşlı oyunçu var ki, əsas heyətə cəlb edilib. Artıq bütün klublar 1994 təvəllüdlü futbolçu axtarmağa başlayacaq. Həmin mövqelər də boşalacaq. Kim özünü sübut edə bilirsə, o özünə yer tapacaq.
- Bəzi klublarımız var ki, ulduz məşqçi və futbolçulara üstünlük verir. «Simurq»un gələcək planlarında bu cür məsələlər yer alıb?
- Mən futbola gələndə o qədər də anlayışım yox idi. Biz də tanınmış bir məşqçi cəlb etmişdik. Sonra səhv qərar olduğunu bildik və bizə işləyən, amma ulduz olmayan birini gətirdik. Georgi Çixradze komandaya gələndə, 10-cu pillədəydik. Amma o komandanı yuxarı pillələrə qaldırdı. Döyüşkən bir komanda yaradıb.
- Avropaya gedə bilmirsiniz, döyüşkən komanda olsa da, nəticə yüksək deyil. Bu səbəbdən baş məşqçi postunda hər hansı bir dəyişiklik gözlənilir?
- Gələn ilə yox. Komandanın oyunu var. Sadəcə, yüksək səviyyəli oyunçular yoxdu ki, oyunun taleyini dəyişsinlər. Burada oyunçuların ustalıq səviyyəsi öz sözünü deyir. Bizim klublar o pulu futboldan qazanmırsa, boş-boşuna o pulu xərcləmək nə dərəcədə düzgündü?
- Akademiyada vəziyyət necədi?
- Akademiyada vəziyyət yaxşı deyil. Amma iş gedir. İkinci stadionumuz da quraşdırılacaq. Üstəlik AFFA tərəfindən bir nəfər də təyinat alacaq. Elxan müəllimlə danışanda işləyən adamın idman direktoru təyin edilməsini bildirmişəm. İşləsin, mən də ona nə kömək lazım olsa, göstərəcəm. Bizə hələ heç kim gəlməyib, heç adını da bilmirəm. Azərbaycanda çox az uşaq məşqçiləri var ki, onlar həqiqətən iş apara bilərlər. Bir məsələ də var. Bizim işsiz yerli məşqçilərə yaxınlaşırsan, deyirsən işsizsən, hələlik gəl bizimlə işlə, yeni bir iş olsa, gedərsən. Onlar da elə bir maaş istəyir ki, elə bir «Atletiko»dan mütəxəssis gətirirsən. Bu barədə 4-5 nəfərlə görüşmüşəm. Amma çox əmək haqqı istədiklərindən, bu, mümkün olmayıb.